Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                     Moskva caynağını çox dərinə ilişdirib .....                     Bakının İrəvandakı əsas adamı kimdir? .....                     Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb .....                     Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                     Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                 

"Azal" rəhbərliyində dəyişiklik gözlənilir... - İDDİA
Tarix: 7-04-2015, 12:33 | Çap et
"Azal" rəhbərliyində dəyişiklik gözlənilir...
Ölkəmizdə aviabiletlərin baha olması son günlərin ciddi müzakirə mövzusuna çevrilib. Müzakirələrin ana xətti "Azərbaycan Hava Yolları" QSC-nin, yəni "AZAL"ın ölkədə yeganə yerli aviaşirkət olması və bazarda hökmran mövqeyə sahib olması səbəbindən qiymətləri istədiyi kimi tənzimləməsi olub.

Aparılan araşdırmalar göstərir ki, Azərbaycanın aviasiya şirkətinin qiymətləri qonşu ölkələrdən ən azı 4-5 dəfə bahadır. Qonşu ölkələrin aviasiya şirkətlərinin müəyyən etdiyi uçuş qiymətləri ilə "AZAL"ın qiymətləri arasında ciddi fərq mövcuddur. Cahangir Əsgərovun rəhbəri olduğu QSC sərnişindaşıma qiymətlərini öz maraqları prizmasından müəyyənləşdirir. Bu isə haqlı narazılıqların yaranmasına gətirib çıxarır. Qurumun mətbuat katibi isə "bizim qiymətlər baha deyil, bizim təyyarələr Avropa istehsalıdır" deməklə səsləndirilən tənqidlərə cavab verib. Lakin qiymətlərə nəzər salanda görürük ki, "AZAL" rəsmilərinin açıqlamaları özünümüdafiədən başqa bir şey deyil. Məsələn, cədvəldə Bakıdan və Tbilisidən "AZAL" və digər hava yollarının qiymətləri göstərilib. Hər halda Tbilisidən uçan LOT hava yolları Rusiya istehsalı TU-154 ilə uçmur. Nə də AZAL-ın Frankfurta uçuş vaxtı verdiyi yeməklə LOT-un verdiyi yemək arasında 486 AZN-lik fərq yoxdur. Mövcud vəziyyət onu deməyə əsas verir ki, "AZAL" inhisarçı şirkət olduğundan kənar şirkətlərin Azərbaycan bazarına girməsinə imkan vermir. Məhz bu səbəbdəndir ki, "Wizzair", "Ryanair", "Pegasus", "Onurair", "Atlasjet" kimi ucuz hava yollarına şərait yaratmır. Ki, Bakıdan Avropaya ucuz qiymətə uçmaq istəyən tələbələr, gənclər də bu uçuşlardan yararlana bilsin. Nəzərinizə çatdırmaq istəyirik ki, ictimaiyyət nümayəndələri və ekspertlər Cahangir Əsgərovun bu sahədə yaratdığı süni bahalaşmaya sərt reaksiya göstəriblər: "Bilet qiymətləri ilə bağlı qısa araşdırmalar göstərdi ki, "AZAL" bu sahədə inhisarçıdır və istənilən istiqamətə bilet qiymətləri başqa ölkələrlə müqayisədə təxminən iki dəfə bahadır. Bakıya uçan başqa ölkə reysləri də "AZAL"ın diqtəsi ilə biletləri qat-qat baha qiymətə satmağa məcbur edilir. Novruz bayramı ərəfəsində Bakı-İstanbul-Bakı reysi 600 avro olur. Təxminən eyni məsafə olan Tbilisi-İstanbul-Tbilisi isə 200 avrodur. Bakıdan Kiyevə uçan reyslərdə qiymətlər 450-600 avro olur. Ukrayna Hava Yollarının eyni məsafədə olan digər ölkələrə uçuş qiyməti 200 avro civarındadır". İqtisadçı ekspert Natiq Cəfərli isə deyib ki, qiymətlərin baha olması ilə bağlı əsas səbəb "AZAL"ın inhisarçı mövqe tutmasıdır: "Bu şirkət ölkəyə digər şirkətləri buraxmadığına görə aviaxidmət bazarını təkbaşına idarə edir və istədiyi qiyməti müəyyənləşdirir. Bundan ən böyük zərbə isə səyahət etmək istəyən Azərbaycan vətəndaşlarına dəyir. Bütün dünyada neftin qiyməti ucuzlaşdığı üçün aviaşirkətlər də çox ciddi endirim kampaniyaları həyata keçirirlər, qiymətlərdə xeyli dərəcədə ucuzlaşma hiss olunur. Məsələn, Gürcüstan və Türkiyənin aviaşirkətlərinin qiymətlərinə nəzər salsaq, görərik ki xeyli dərəcədə enmələr müşahidə olunur. Avropa şirkətləri bizim üçün ağlasığmaz dərəcədə ucuz görünən qiymətlərlə uçuşlar həyata keçirirlər. Azərbaycanda Bakıdan Gəncəyə avtobusla getmək üçün xərclənən vəsaitlə Avropada Parisdən Madridə uçmaq mümkündür. Bütün dünyada ucuzlaşma getdiyi bir vaxtda Azərbaycanda AZAL inhisarçı mövqeyindən istifadə edib qiymətləri tənzimləmək istəmir, həm də bazara daha ucuz xidmət göstərən şirkətləri buraxmır. Nəticədə ölkədə çox ciddi bir proses başlayıb, xaricə uçmaq istəyən insanların əksəriyyəti Gürcüstan üzərindən uçmağa üstünlük verirlər. Hətta Türkiyə və Avropaya belə Gürcüstan aviaşirkətləri ilə uçuş həyata keçirirlər. Bazarda "AZAL"ın ciddi rəqibləri olmadıqca bu proses davam edəcək. Qiymətlərin aşağı düşməsi üçün mütləq rəqabətli mühit yaradılmalıdır". İqtisadçı ekspert Vüqar Bayramov isə söyləyib ki, aviabiletlərin qiyməti avro ilə hesablandığından qiymət artımı devalvasiyanın nəticəsidir: "Beynəlxalq praktikaya görə, region ölkələrində, o cümlədən Azərbaycanda aviareyslərin xərci yerli valyuta ilə deyil, avro ilə hesablanır. Faktiki olaraq hazırda Azərbaycan da daxil olmaqla, regionda aviabiletlərin qiyməti avro ilə təklif olunur və yerli valyutaya çevrilir. Avro əsas hesablama vasitəsidir və avronun manata nisbətən məzənnəsinin dəyişməsi birmənalı şəkildə manata çevrildiyində xərcin artmasına gətirib çıxarır. Dünya bazarında avronun dollara nisbətən məzənnəsində azalmalar müşahidə olunur. Ancaq Azərbaycan manatının dollara nisbətən məzənnəsi yumşaldığına görə bu, manatın avroya nisbətən məzənnəsinin yüksəlməsinə gətirib, çıxartdı. Ancaq bütün hallarda bu aspektdən "AZAL"ın təklif etdiyi təyyarə biletlərinin qiymətlərində artımların olması gözlənilən idi. Razılaşmaq lazımdır ki, gələcəkdə manatın avroya nisbətən məzənnəsinin necə dəyişməsindən asılı olaraq, şirkətin təklif etdiyi qiymətlərə baxılması və dəyişilməsi mümkündür. Gələcəkdə manatın avroya nisbətən məzənnəsinin möhkəmlənməsi müşahidə ediləcəksə, o zaman mütləq "AZAL" biletlərin qiymətlərinin azalmasına baxmalıdır. Avronun dollara nisbətən məzənnəsi aşağı düşür. 2015-ci ildə Avropa Mərkəzi Bankı təxminən 10 faizə yaxın yumşalma proqnozlaşdırırlar. "AZAL" devalvasiya faizindən artıq qiymət müəyyənləşdirməməlidir. Çünki bunun üçün iqtisadi əsas yoxdur". "Avil Travel"in direktoru İlqar İsmayılov isə mətbuata açıqlamasında söyləyib ki, "AZAL" hər bayramöncəsi ekonom-klassları bağlayır və müştərilər biznes-klassla uçmalı olur: "Ona görə ən ucuz biletlər 400-500 manatdan başlayır. Bilet belə bahalı olduqdan sonra tur-paketlərin də qiyməti qalxır. Ən ucuz tur-paket Türkiyəyədir, 600 manata başa gəlir, amma 3 ulduz hotel olmaq şərti ilə. Dubaya 3 ulduzlu hoteldə bir həftəlik Yeni il istirahəti 700 manatdan ucuz deyil". Qeyd edək ki, süni bahalaşma yaratmaqda ittiham edilən Cahangir Əsgərovun adı bir neçə ay əvvəl külli miqdarda yeyintidə, o cümlədən böyük vəsaitləri vergidən yayındırmaqda çəkilib. İddialara əsasən, Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində subasma müşahidə edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyevin mətbuata verdiyi məlumatda qeyd olunurdu ki, ərazidə qrunt sularının səviyyəsi qalxıb. Subasma yeraltı və yerüstü suların bilavasitə birgə təsiri nəticəsində baş verib. Araşdırmalardan sonra isə bəlli olub ki, yük və sərnişin daşımalarından milyonlarla manat gəlir əldə edən şirkətə dövlət büdcəsindən də yetərincə sərmayə yatırılıb. Nazirlər Kabinetinin məlumatına görə, 2005-2011-ci illərdə Dövlət İnvestisiya Proqramı çərçivəsində Dövlət Konserninə 489,6 milyon manat və ya 620 milyon dollar sərmayə qoyulub. Təkcə 2011-ci ildə hava limanına 150 milyon manat sərmayə qoyulub: "Bu qədər dövlət sərmayəsi, üstəlik yük və sərnişin daşımalarından əldə edilən gəlir hesabına hava limanında kanalizasiya sistemini yeniləşdirmək mümkün olmayıbsa, demək, ortada çox ciddi məsuliyyətsizlik və korrupsiya var". "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli isə deyilənlərə cavab olaraq bildirib ki, hava limanında heç bir problem yoxdur: "Hava limanında subasma halı yoxdur. Qrunt suları da qalxmayıb. Heç bir reys də təxirə salınmayıb. Hava limanına ayrılan 150 milyon manat vəsait də istiqaməti üzrə xərclənib. Buna da nəzarət edilir". Onu da bildirmək istəyirik ki, Cahangir Əsgərovun həyata keçirdiyi qanunsuzluqlar vətəndaşlara ciddi problemlər yaratmaqla yanaşı, həm də ölkə iqtisadiyyatına mənfi təsir göstərməkdədir. Hətta mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu yaxınlarda qeyd olunan məsələyə toxunub. Nazir deyib ki, turizmin inkişafı üçün milyardlarla vəsait xərclənsə də, bəzi məqamlar bunun effektini sıfıra endirir. Çünki istənilən turizmi inkişaf etdirmək istəyən ölkə birinci növbədə ölkəyə gediş-gəliş qiymətlərinin ucuzlaşdırmağa çalışır ki, turistlərin sayı çoxalsın. Bu cür gediş-gəliş qiymətləri olan halda isə turizm sektoru istənilən səviyyədə inkişaf etmir. Özəl qaynaqlardan əldə etdiyimiz məlumatlarda isə deyilir ki, yaradılan süni bahalaşma Dövlət İnvestisiya Proqramı çərçivəsində "AZAL"a ayrılan milyonların xərclənməsi zamanı yol verilən qanun pozuntuları və digər xoşagəlməz hallar Cahangir Əsgərovun postunu itirmək təhlükəsi yaradıb: "Artıq yuxarıların QSC rəhbərinə olan inamı da azalıb. Son vaxtlar adı müxtəlif qalmaqallı işlərdə, yeyintilərdə hallandırılan Cahangir Əsgərov yaxın vaxtlarda tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hətta onun indiyə kimi həyata keçirdiyi qanunsuz işlərə görə istintaqa cəlb ediləcəyi də gözlənilir". Qeyd edək ki, Cahangir Əsgərov 1950-ci ildə Bakıda anadan olub. 1980-cı ildə Leninqrad Mülki Aviasiya Məktəbini bitirib. 1972-ci ildən Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkassk Birləşmiş Aviadəstəsində ikinci pilot, Bakı şəhəri Zabrat Birləşmiş Aviadəstəsində eskadrilya müdiri, uçuş dəstəsi komandirinin müavini, 1978-ci ildən Yevlax Birləşmiş Aviadəstəsinin komandiri, Hava limanının rəisi, 1981-ci ildən Bakı Birləşmiş Aviadəstəsində ikinci pilot, kapitan, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1991-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-cü ildən Dövlət Konserninin Türkiyədə baş nümayəndəsi vəzifələrində işləyib. 1996-cı ildən "Azərbaycan Hava Yolları" QSC-nin baş direktorudur. Mövzu ilə bağlı qarşı tərəfin də münasibətini dərc edə bilərik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru