Test .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                     Moskva caynağını çox dərinə ilişdirib .....                     Bakının İrəvandakı əsas adamı kimdir? .....                     Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb .....                     Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                     Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                 

Minimum əməkhaqqımız nə qədər olmalıdır - TƏHLİL
Tarix: 6-04-2015, 09:44 | Çap et
Minimum əməkhaqqımız nə qədər olmalıdır
Həmkarlar İttifaqları Konfederasiyası ilə bir sıra sosial qurumlar Əmək Məcəlləsinə dəyişiklik etməklə minimum aylıq əmək haqqı mexanizminə düzəliş təklif edirlər. Bu da onun hesablanması zamanı təkcə işçinin deyil, ailəsinin də minimum tələbatlarını nəzərə almağı ehtiva edir. Əhalinin sosial müdafiəsinin təmini baxımından bu, şübhəsiz ki, olduqca əlverişli təklifdir.

Minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə verilən ən aşağı ödəniş olmaqla, qanunla bu sahədə müəyyən edilən sosial normativdir. Məlum olduğu kimi onun mahiyyəti həmin əməkhaqqıya çalışan şəxsin öz minimum tələbatını ödəyə bilməsindən ibarətdir.

Minimum əməkhaqqı mexanizminə ilk dəfə deyil ki, dəyişiklik etmək təklif olunur. Bundan əvvəlki təkliflər reallaşmayıb. Minimum aylıq əməkhaqqı elə bir mürəkkəb mexanizm və sistemdir ki, istənilən dəyişiklik ciddi əsaslandırma tələb edir. Sonuncu təklifin də bu sahədə müvafiq hesablamalar aparıldıqdan və xarici təcrübə öyrənildikdən sonra reallaşdırıla biləcəyi deyilir.

Dörd il öncə də ölkədə layiqli əməyin təmin olunmasına dair dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində onun iqtisadiyyatın sektorları üzrə diferensiallaşdırılması lazım gəldiyi söylənilmişdi. Sonradan bu təklif hökumət tərəfindən dəstəklənməyərək minimum aylıq maaşın sahələr üzrə fərqləndirməyin düzgün olmadığı bildirildi.

Xarici təcrübədə ABŞ başda olmaqla, Avropa ölkələrində isə başqa mexanizm mövcuddur. Belə ki, onlarda əməyin saata görə ödəniş sistemi tətbiq edilir ki, üstəlik, sözügedən ölkələrin hər birində bu sahədə ayrıca hədd müəyyən edilib.

Almaniya bu ildən əməyin saata görə 8,5 avro olmaq şərti ilə minimal ödəniş sisteminə keçən sonuncu ölkə oldu. Fransada isə xeyli vaxtdır saata görə 13 ABŞ dolları (9,5 avro), ABŞ-da 7,25 dollar ödəniş sistemi tətbiq olunur. Avstraliyada isə 17 dollar...

Dediyimiz budur ki, minimum aylıq əmək haqqı və ümumiyyətlə, əməyin minimal ödənişi sahəsində ciddi şəkildə əsaslandırılmış mexanizm yoxdur.

Ancaq məsələ bundadır ki, hansı formada olmasından asılı olmayaraq, dünyanın demək olar hər yerində, o cümlədən ölkəmizdə də əməyin minimal ödəniş sistemi bütün sahələrdə ödənilən aylıq maaşların real olaraq əsasən aşağı həddini müəyyən etməyə imkan yaratmaqla bir növ əhalinin sosial müdafiəsini təhlil və təmin etmək baxımından, olduqca mühüm əhəmiyyətə malikdir.

Məsələn, əməyin saata görə ödəniş sisteminin tətbiqi bizdə mümkün deyil. Çünki buna hazır deyilik. O səbəbdən ki, əməyin saata görə minimal ödəniş sisteminə keçid hələ nə dövlət büdcəmiz, nə də özəl sektorun mövcud imkanları baxımından real sayılmır. Belə ki, gündəlik 8 saatlıq iş rejimiylə götürsək saata görə minimum 1 manat səviyyəsində ödəniş həyata keçirilərsə onda gərək, ixtisassız əməyə ölkəmizdə ayda 240 manat əməkhaqqı ödənilsin. Buna ölkə iqtisadiyyatının mövcud imkanları daxilində indi nail olmaq mümkün deyil...

Ancaq ölkəmiz 2004-cü ildə “Avropa Sosial Xartiyası”na qoşulmaqla sözügedən sənədin 4-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq işçilərə və onların ailələrinə layiqli həyat səviyyəsini təmin edəcək səviyyədə əmək haqqı ödəmək vəzifəsi götürüb ki, həmin sənədi ratifikasiya etməklə minimum əmək haqqının ölkə üzrə orta aylıq əmək haqqı səviyyəsinin 60 faiz civarında olması prinsipiylə razılaşıb.

Düzdür, bu, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. Ancaq, buna mərhələrlə nail olmaq mümkündür. O mənada ki, aradakı fərqi aradan götürmək üçün çox iş görmək lazımdır. Məlum olduğu kimi fevralın sonuna Azərbaycanda orta aylıq əmək haqqı 444,4 manat təşkil edib ki, bu da ötən illə müqayisədə 4,3 faiz çoxdur.

Digər tərəfdən, ölkəmizdə yaşayış minimumu göstəricisi vardır. Və cari il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə o, 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün isə 108 manat məbləğində müəyyən edilib. Hazırda minimum aylıq əmək haqqının 105 manat olduğunu nəzərə alsaq ölkə üzrə yaşayış minimumunun 80,2 faizi səviyyəsindədir.

Odur ki, ölkəmizdə inkişaf etmiş ölkələrin təcrübəsinin tətbiqi mümkün olmasa da minimum aylıq əmək haqqının əhalinin sosial müdafiəsi baxımından rolu genişləndirilməlidir. Və bu, hansı formada baş verməyindən asılı olmayaraq özündə məhz, ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunu əks etdirməklə təmin olunmalıdır.

Elə hökumətin də əsas məqsədi minimum əməkhaqqını yaşayış minimumu ilə bərabərləşdirməkdən ibarətdir. Dövlət başçısı ölkəmizdə minimum əmək haqqının artırılması istiqamətində son 10 ilin ərzində 12 sərəncam imzalamışdır ki, sonuncu dəfə 2013-cü ilin sentyabr ayındakı eyni sənədi də nəzərə alsaq 12 dəfə artırılaraq, 105 manata çatdırılıb.
AzVision.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Test
Bu gün, 10:31
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru