Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                     Moskva caynağını çox dərinə ilişdirib .....                     Bakının İrəvandakı əsas adamı kimdir? .....                     Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb .....                     Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                     Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                 

Mağazalardakı xarab məhsullar restoranlarda beş qat bahasına satılır - Özbaşınalıq
Tarix: 2-04-2015, 10:11 | Çap et
Mağazalardakı xarab məhsullar restoranlarda beş qat bahasına satılır
Ölkədə qida təhlükəzisliyi ilə bağlı hər hansı narahatlıq sezilmir. Nəzərə alsaq ki, dünya ölkələrinin çoxunda bu sahəylə bağlı xüsusi qurum, idarə fəaliyyət göstərir, Azərbaycanda məsələnin müzakirəsindən belə qaçılır. Çünki ölkəyə gətirilən yararsız məhsullara bir çox hallarda ciddi nəzarət yoxdur. Yerli istehsalçıların işinə də nəzarət zəifdir. Bu səbəbdən tez-tez kütləvi qida zəhərlənmələrinə şahidlik edirik. Qida zəhərlənmələrində restoran, sadlıq sarayı biznesinin xüsusi rolu var. Çünki mağaza, marketdən yığışdırılan yararsız məhsullar bir çox hallarda restoranlarda rahat şəkildə insanlara sırınır.

Respublikanın baş kulinarı Tahir Əmiraslanovun fikrincə, sadlıq sarayları Azərbaycan milli mətbəxini çox pis formaya salıb: “Kim harada, necə istəyir yemək reseptləri yaradır, güya yenilik edir. 250 manat verməklə yeni reseptə “patent” alırlar. Restoran, şadlıq saraylarında özbaşnalıq hökm sürür. Misal üçün, Yaponiyada kulinariya polisi fəaliyyət göstərir ki, onların səlahiyyətləri sadəcə, ölkə daxili ilə məhdudlaşmır. Bütün dünya üzrə
patentləşdirdikləri yapon mətbəxinə aid nümunələri hüquq müstəvisində qoruyur və lazım olsa cərimələyirlər. Bəs bizdə necədir? Bu gün restoranlardakı “usta”lar həm aşbazlıq edirlər, həm də sağlamlıq kağızı olmadan işləyirlər. Yüzlərlə insana süfrə hazırlayan ofisiantdan tutmuş, aşbazadək hər hansı gigiyenik qaydaya əməl edilməsi sual altındadır. Restoran mətbəxində hansı qaydalarla (misal üçün,təmiz və çirkli əllə) süfrəyə gələn təamların taleyi məlum deyil. Bütün bunlara hər hansı nəzarət mexanizmi yoxdur. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin(RGEM) problemlə mübarizəsi ürəkaçan deyil. Bu qurum restoranları xırdalığına qədər araşdırmır. Gigiyenik tələblərdən də söhbət gedə bilməz. Axı heç restoranlarda süfrəyə qoyulan və ya hazırlanan məhsulların çoxunun uyğunluq sertifikatı yoxdur. Tez-tez baş verən kütləvi qida zəhərlənmələri bunu sübut edir. Ort-basdır edilən zərərçəkənlərin sayı da ictimaiyyətdən gizlədilir. Halbuki, hələ illər əvvəl kulinariya polisinin olması və belə qurumun yaradılması barədə təklifi ilk dəfə mən irəli sürmüşdüm. Təəssüf ki, ixtisaslaşdırılmış kulinariya məktəbinin yoxluğu da bu problemin həllinə maneə yaradır.”

Məlumat üçün qeyd edək ki, ötən il Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 146 ictimai iaşə müəsisəssində apardığı monitorinq zamanı 82 təsərrüfat subyektində ciddi nöqsanlar aşkarlanmışdı. Bu barədə komitənin mətbuat katibi Fazil Talıblı Analitik.az-a bildirib: “Həmin obyektlər arasında nüfuzlu restoranlar da vardı. Sözügedən iaşə xidməti obyektlərinin bəzilərində şəraitin standartlara uyğun olmaması, sanitar normalara əməl edilməməsi kimi faktlara rast gəlinib. Ən acınacaqlısı odur ki, bəzi iaşə xidməti obyektlərindən götürülən nümunələrin laborator müayinəsinin nəticələri onların insan orqanizminə zərər vurduğunu göstərib. Bəzi obyektlərdə keyfiyyətsiz məhsulların (salatlar, kabablar üçün farşın tərkibi) istehsalı və satışı qadağan edilib və sanksiyalar tərtib olunub. 82 məhdudlaşdırıcı qərar və 33 inzibati protokol hazırlanıb. Cərimələrə gəlincə, İnzibati Xətalar Məcəlləsinə görə, nöqsanlı fəaliyyətə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000-5000 manat arası cərimələnməlidir.” Restoran heyətinin tibbi müayinəsinə gəlincə, komitə rəsmisi qeyd edib ki, qurumun tələblərinə görə restoranın mətbəxdə çalışanları 3 aydan bir, xidmət heyəti isə 6 aydan bir tibbi müayinədən keçməlidir: "Əgər müştəri və vətəndaşların hər hansı narazılığı varsa, komitəyə müraciət edə bilər.”

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə ölkəyə daxil olan zərərli və insan sağlamlığı üçün təhlükəli məhsulların istehlakında ilk növbədə gömrük idarələrini təqsirli bilir. Birlik rəhbərinin sözlərinə görə, həmin məhsula uyğunluq və gigiyenik sertifikatı verən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Səhiyyə Nazirliyi məsuldur: “Əgər qida zəhərlənməsi baş verirsə, elə bu qurumlar məsuliyyət daşıyır.”

Bu arada qeyd edək, bu gün təkcə küçədəki açıq qida ticarətindəki özbaşınalıq onu göstərir ki, Gigiyena və Epidemiologiya Mərkəzi də öz işini görə bilmir. Eyni zamana hələ də sadlıq sarayında süfrələrdə heç yerdə satışda olmayan naməlum içkiləri, müxtəlif adda məhsulları görürük. Hansı şəraitdə istehsalı, tərkibi məlum olmayan bu məhsulların mənfi təsiri isə təbiidir. Konkret bir faktı xatırladaq. Bir neçə ildir toyuq dönərinin satışını qadağan edən müvafiq qurum hələ də paytaxtdakı addımbaşı dönərxanalara nəzarət edə bilmir. Hər yerdə toyuq dönərinin satıldığını aşkar görmək çətin deyil. Mərkəzin şöbə müdiri İmran Abdullayev görəsən “hər şey nəzarətimizdədir” deyəndə, səriştəsiz çıxışının fərqində olurmu?

“Avropada kefiyyətsiz məhsula görə tonlarla mal məhv edilə bilər”

Ölkədən kənarda yaşayan və fəaliyyət göstərən təcrübəli kulinarımız Mədinə Məmmədova Analitik.az-a Azərbaycanda sağlam qida qıtlığından söhbət açıb: “Tez-tez Bakıya gəlirəm və çox dilxor oluram. Bakıda adı hallanan nüfuzlu restoranlardan birinə getmişdim. Məlum oldu ki, ən böyük restoranlarda belə xidmət, onun hissələri, müştəri ilə davranış qaydaları yoxdur. Başqa sözlə, Azərbaycanda bu məsələlər qulaqardına vurulur. Halbuki, yaşadığım Hollandiya və hər hansı Avropa ölkəsində restoran daxilində davranış, müştəri ilə münasibətlə bağlı kurslar keçməlisən. Bu məsələ təqdim olunan mətbəx, menyudan öndə gəlir. HoReCa adlı idarəetməçilik sistemi mövcuddur. HoReCa-otel, restoran, kafe (ingiliscədə, hotel, restaurant, cafe) sözlərinin ilk hecalarının birləşməsindən meydana gələn kəlmədir. HoReCa-qida və içki sektorunda xidmət verən qurumların əsas birliyidir. Bu sistem otel, restoran, kafe və digər xidmət sahələrində bənzər şərt və xüsusiyyətləri birləşdirən qurumdur. Hollandiyada da bu sistem oranın öz dilində “Uniforme Voorwaarden Horeca”(UVH) kimi tanınır. Bu sistem müvafiq qanunlarla tənzimlənir. Bakıda isə restoran açmaq üçün yalnız pul olması kifayətdir. Bakının restoranlarında bərbad xidmətdən sonra müştəriyə təqdim olunan keyfiyyətsiz qidalardır. Toy-düyündə saysız yeməklər arasında adam itib-batır. Sağlam qidalanma Avropa ölkələrinin ən prioritet məsələsidir. Burada gömrükdə aşkar olan keyfiyyətsiz məhsula görə tonlarla mal geri qaytarıla bilər. İaşə obyektlərindəki soyuducunun müvafiq dərəcəylə işləməsi belə gün ərzində dəfələrlə yoxlanılır, nəzarətdədir.
Bizdə isə market, mağaza ərzaq adı altında zir-zibil məhsullarla doldurulub. Azərbaycan sağlam, təhlükəsiz qidadan istifadəyə görə, beynəlxalq hesabatlarda ən son sıralarda, sonuncu dəfə bildiyimə görə 80-ci yerdə, hətta Ermənistandan sonra yer alıb. Axı öz insanımızı niyə zəhərləyirlər? Çox təəssüf ki, Vətənimə dönməyi arzulasam da, bu səbəblərdən qəribçilikdə yaşamağı üstün tutmalı oluram.”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Dünən, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru