“Ağ Çiçəyim”in dövlətə 300 min manata yaxın .....                     ABŞ və İranın qarşılıqlı zərbələri gecə boyu davam edib .....                     Milli Depozit Mərkəzinin İdarə Heyətinə təyinat olub .....                     “Bakı və İrəvan razılığa gəlməlidir, cavab gözləyirik” .....                     MDB büdcəsi haqda şok qərar: Azərbaycan ildə bu təşkilata neçə milyon ödəyir? .....                     Paşinyan "boz kardinal"la yollarını ayırır .....                     "Bax, Aytən Səfərova, bu budur.." .....                     Rusiya BMT-nin yeni baş katibindən nə gözləyəcək? .....                     Qubada 5 aylıq hamilə xəstəxanada ölüb .....                     Dərmanları rütubət içində saxlayıblar .....                     Dövlətə 8 milyon manat borcu olan inşaat şirkəti auditdən yayınır .....                     Qida Təhlükəsizliyi Agentliyi QİDALARIMIZIN TƏHLÜKƏSİZLİYİ ilə məşğuldur, amma... .....                     Bitməyən qərəzin məntiqi NƏTİCƏSİ .....                     ABŞ İranda uşaq xərçəng xəstəxanasını raketlə vurdu?.. .....                     Gənci avtomobildə kəmərlə boğdular, hər şeyi "TikTok"da canlı göstərdilər .....                     Le Penin prezidentliyə gedən yolu .....                     "Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq .....                     Almaniyadan “Toyota Camry” gətirəcəyinə söz verdi, 18 mini ələ keçirdi .....                     Ünvanlı sosial yardım üçün müraciət edib, amma... .....                     “Xalq Bank” 2026-cı ilin ilk yarısını ciddi AZALMALARLA başa vurub .....                     Qısqanclıq mübahisəsi məhkəməyə daşındı: .....                     "Azərneft"ə məxsus teplovozu satmaq istəyən “makler” azadlığa buraxıldı .....                     "Bəlkə də camış göstərsən, tanımazlar..." .....                     Plastik əməliyyat: Dünya kinosunun güzgüsündə qadının görünməz ağrısı .....                     Tramp çıxışında Çinin ABŞ seçkilərinə müdaxiləsindən danışacaq .....                     İranda savaş gedir, ABŞ Kubaya müdaxiləni düşünür .....                     Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib .....                     "200-ə yaxın bilet 2-3 dəqiqəyə satıldı..." .....                     Bu 30 ildə Qarabağ azad olundu, Əliabad-Piran yolu çəkilmədi... .....                     İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb .....                     Bakıda bu orta məktəbdə ŞIDIRĞI qızıl alveri .....                     Elxan Səmədov PFL-in prezidenti vəzifəsində qalacaq .....                     “Eyni xəstəyə fərqli rəylər verilir” .....                     Bazarda yerli limon tapılmır: Qiyməti "cib yandırır" .....                     İmişlidə Nurullayevlərə qarşı fəhlə etirazı .....                     Müştərilər təşvişdə: Banklar bağlanır? .....                     AQTA bu pozuntuları istehlakçı şikayətindən əvvəl aşkarlamalı idi .....                     Rusiya İrandan kimi çıxarmağa çalışır? .....                     AQTA-nın yeni qərarı nələrə yol açacaq? .....                     ABŞ "green card" üçün 100 min dollarlıq təminat tətbiq edə bilər .....                 

“AENT-E" şirkətinin rəhbəri vətəndaşa külli miqdarda ziyan vurub - ŞİKAYƏT VAR
Tarix: 11-03-2015, 12:46 | Çap et
“AENT-E" şirkətinin rəhbəri vətəndaşa külli miqdarda ziyan vurub
Bakı şəhəri, Xətai rayonu Naximov küçəsi ev 144 A-da yaşayan Qəmbərov İsa Cəmaləddin oğlu şikayət ərizəsi ilə redaksiyamıza müraciət edib. Vətəndaş "AENT-E" MMC-nin direktoru Əkbər Cəfərovun qanunsuz əməllərindən şikayətçidir. O deyir ki, 2014-cü ilin iyul ayında min bir əzab-əziyyətlə yığdığı pulla şirkətin Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında tikdiyi hündürmərtəbəli binadan ümumi sahəsi 79.11 kvadratmetr olan mənzil alıb: "Hələ tikilməkdə olan, mənzil forması almayan yarımçıq tikili almaq məqsədilə şirkətə 17 150 ABŞ dolları ödədim. Amma mənə əvvəlcə tavan hissəsi bağlanmaqda olan mənzil göstərilmişdi. Sonradan isə bəlli oldu ki, mənim mənzilim o deyil, bağlanmaqda olan tavanın üst hissəsində hələ tikilməyən mənzil olacaqmış. Mənzilin pulunun yerdə qalan hissəsini MMC-nin direktoru Əkbər Cəfərovun razılığı əsasında hissə-hissə ödəməyə qərara aldım. Cəmiyyət direktoru mənzili maksimum 2 aya tikib mənə təhvil verəcəyinə söz verdiyi halda, artıq 9 ay keçməsinə baxmayaraq, heç bir iş görülməyib və mənzildən əsər-əlamət yoxdur. 16 iyul 2014-cü ildən bu günə kimi binada heç bir tikinti işləri aparılmayıb. Mən isə mənzilimin qapısının belə haradan olacağını bilmirəm.

Yəni şirkət rəhbəri məni bu gün, sabah deyə-deyə aldadır. Nə evimi ala bilirəm, nə də ödədiyim pulu. Əkbər müəllimlə dəfələrlə telefon vasitəsilə əlaqə saxlamışam, üzbəüz görüşmüşəm. Hər dəfə başımın altına yastıq qoyur. Və deyir ki, ürəyini sıxma hər şey yaxşı olacaq. Amma yaxşılığa doğru heç nə görmürəm. Çünki bu adam mənimlə yanaşı, onlarla insana qarşı bu cür özbaşınalıq edib. Şirkət rəhbəri bir mənzili saxta sənədlərlə bir neçə şəxsə satıb. Buna görə də hazırda acınacaqlı vəziyyət yaranıb. 17 150 dolları yığana kimi nə əziyyətlər çəkmişəm bunu bircə Allah bilir. Əkbər Cəfərovdan fərqli olaraq mənim maddi imkanım elə də yüksək səviyyədə deyil. Halal zəhmətlə pul qazanan adamam. Sizin vasitənizlə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərliyindən və digər dövlət qurumlarının rəsmilərindən xahiş edirəm ki, mənə öz yardım əllərini uzatsınlar və MMC-nin direktoru barədə lazımi tədbirlər görsünlər". Vətəndaşın şikayəti əsasında apardığımız araşdırma nəticəsində öyrəndik ki, mənzil fırıldağında ittiham olunan "AENT-E" MMC-nin direktoru Əkbər Cəfərov bu ilin yanvar ayında həbs olunub. Belə ki, "AENT-E" MMC-nin direktorunun qanunsuz əməlləri barədə Xətai Rayon Məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətinın yaydığı məlumata görə, araşdırmalar zamanı cəmiyyətin direktoru Əkbər Cəfərovun qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində cəmiyyət tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb. Əldə etdiyimiz məlumatlara görə, şirkət rəhbəri bir neçə gün həbsdə yatdıqdan sonra nəyinsə müqabilində sərbəst buraxılıb. Onun pul atdığı şəxslər isə hələ də əlacsız vəziyyətdə qalıblar. Onu da bildirək ki, qeyd olunan ünvanda yerləşən binanın tikintisini əvvəllər müğənni Aygün Kazımovanın qardaşı Kazımov Kazım Ələsgər oğlu həyata keçirib. Lakin Bakı şəhərində tikinti işləri ilə məşğul olan K.Kazımov vətəndaşlara külli miqdarda ziyan vurduğuna görə 2012-ci ildə həbs edilib.

Onun bir mənzili bir neçə nəfərə sataraq dələduzluq əməlləri törətdiyi bildirilir. İstintaqdan boyun qaçırdığı üçün məhkəmə onun barəsində axtarış elan edib. Xətai Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili A.Süleymanovun rəhbərlik etdiyi əməliyyat qrupu onu tutaraq istintaqa təhvil verib. K.Kazımovun barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra binanın tikintisi "AENT-E" MMC-yə həvalə edilib. Göründüyü kimi, başı bəlalı binadan mənzil alan İsa Qəmbərov və digər vətəndaşlar MMC direktorundan nə pullarını, nə də mənzillərini ala bilirlər. Bu qədər qanunsuzluğa imza atmasına baxmayaraq, Əkbər Cəfərov hələ də azadlıqda gəzir. Növbəti saylarımızda şirkət rəhbərinin Qaraçuxur və Hövsan qəsəbələrində həyata keçirdiyi tikinti işləri, vergidən yayınması və 10-HD-002 dövlət nömrə nişanlı qara rəngli "Toyoto Land Cruiser"i haqda ətraflı məlumat verəcəyik. Bizi izləyin.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ağ Çiçəyim”in dövlətə 300 min manata yaxın VERGİ BORCU VAR
Bu gün, 11:08
ABŞ və İranın qarşılıqlı zərbələri gecə boyu davam edib - TƏFƏRRÜAT
Bu gün, 11:07
Milli Depozit Mərkəzinin İdarə Heyətinə təyinat olub - DOSYE
Bu gün, 11:03
“Bakı və İrəvan razılığa gəlməlidir, cavab gözləyirik” - KREML
Bu gün, 11:02
MDB büdcəsi haqda şok qərar: Azərbaycan ildə bu təşkilata neçə milyon ödəyir? - ARAŞDIRMA
Bu gün, 10:59
Paşinyan "boz kardinal"la yollarını ayırır -hakim komandada böhran
Bu gün, 10:57
"Bax, Aytən Səfərova, bu budur.."
Bu gün, 10:55
Rusiya BMT-nin yeni baş katibindən nə gözləyəcək? –Moskvanın tələbi açıqlandı
Bu gün, 10:48
Qubada 5 aylıq hamilə xəstəxanada ölüb
Bu gün, 10:46
Dərmanları rütubət içində saxlayıblar - “Buta Farm” cərimələndi
Bu gün, 10:32
Dövlətə 8 milyon manat borcu olan inşaat şirkəti auditdən yayınır - DETALLAR
Bu gün, 10:30
Qida Təhlükəsizliyi Agentliyi QİDALARIMIZIN TƏHLÜKƏSİZLİYİ ilə məşğuldur, amma... - BİZİM YOX!
Bu gün, 10:24
Bitməyən qərəzin məntiqi NƏTİCƏSİ – Azərbaycanın AŞPA-dan tam çıxması GÜNDƏMDƏ
Bu gün, 10:22
ABŞ İranda uşaq xərçəng xəstəxanasını raketlə vurdu?.. -İSRAİL KİV
Bu gün, 10:18
Gənci avtomobildə kəmərlə boğdular, hər şeyi "TikTok"da canlı göstərdilər - TƏFƏRRÜAT
Bu gün, 10:15
Le Penin prezidentliyə gedən yolu - GƏLİŞMƏ
Bu gün, 10:07
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq
Bu gün, 10:04
Almaniyadan “Toyota Camry” gətirəcəyinə söz verdi, 18 mini ələ keçirdi - 4 illik HƏBS CƏZASI
Bu gün, 10:00
Ünvanlı sosial yardım üçün müraciət edib, amma... - MÜRACİƏT
Bu gün, 09:58
“Xalq Bank” 2026-cı ilin ilk yarısını ciddi AZALMALARLA başa vurub - HESABAT
Bu gün, 09:49
Qısqanclıq mübahisəsi məhkəməyə daşındı: - Əri tərəfindən döyülən qadın onu bağışladı
Bu gün, 09:46
"Azərneft"ə məxsus teplovozu satmaq istəyən “makler” azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 08:26
"Bəlkə də camış göstərsən, tanımazlar..." - partiya sədri
Bu gün, 07:30
Plastik əməliyyat: Dünya kinosunun güzgüsündə qadının görünməz ağrısı - Günel Musa yazır...
Bu gün, 07:16
Tramp çıxışında Çinin ABŞ seçkilərinə müdaxiləsindən danışacaq - CBS
Bu gün, 07:09
İranda savaş gedir, ABŞ Kubaya müdaxiləni düşünür - GƏLİŞMƏ
Bu gün, 07:07
Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib
Bu gün, 07:06
"200-ə yaxın bilet 2-3 dəqiqəyə satıldı..." - MƏZƏLƏNİRLƏR?
Bu gün, 07:05
Bu 30 ildə Qarabağ azad olundu, Əliabad-Piran yolu çəkilmədi... - MÜRACİƏT
Bu gün, 06:53
İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb - "Mehr"
Bu gün, 06:42
Bakıda bu orta məktəbdə ŞIDIRĞI qızıl alveri - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
Elxan Səmədov PFL-in prezidenti vəzifəsində qalacaq - de
Bu gün, 06:30
“Eyni xəstəyə fərqli rəylər verilir” - NARAZILIQ VAR...
Bu gün, 06:28
Bazarda yerli limon tapılmır: Qiyməti "cib yandırır" - QƏHƏTƏ ÇƏKİLİB
Bu gün, 06:24
İmişlidə Nurullayevlərə qarşı fəhlə etirazı - Pulların ödənilməsi tələb edilir
Bu gün, 06:14
Müştərilər təşvişdə: Banklar bağlanır? - AKTUAL
Bu gün, 06:07
AQTA bu pozuntuları istehlakçı şikayətindən əvvəl aşkarlamalı idi - Ekspertdən İRAD
Bu gün, 06:05
Rusiya İrandan kimi çıxarmağa çalışır? – Putinin təyyarə tapşırığı SENSASİYA doğurdu
Bu gün, 06:03
AQTA-nın yeni qərarı nələrə yol açacaq? - ARAŞDIRMA
Bu gün, 06:01
ABŞ "green card" üçün 100 min dollarlıq təminat tətbiq edə bilər - WSJ
Bu gün, 05:59
Əməkdar artist tıxacın əlindən evini satır - ÖZÜ AÇIQLADI
Bu gün, 05:57
"Regional Su Meliorasiya Xidməti" vergi borcu olan şirkətlə 75 min manatlıq müqavilə bağlayıb - FOTOFAKT
Bu gün, 05:55
Rezonans doğuran iş bağlandı: Əsgəranın "icra başçısı" təmiz çıxdı - TƏFƏRRÜAT
Bu gün, 05:52
ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıb - CENTCOM
Bu gün, 05:50
Bakıda gəncin ölümündə ittiham edilən rəis və müəllimin cəzaları yüngülləşdirilib
Dünən, 18:03
İran Rusiya ilə iki strateji məsələdə anlaşdı: -Azərbaycan nə qazanacaq?
Dünən, 18:01
Türkiyədəki 2 300 azərbaycanlı həkim qazancdan məhrum qalır - MÜSAHİBƏ
Dünən, 17:55
Lənkəranın icra başçısı özünə yeni qadın müavin təyin etdi - ƏMR
Dünən, 17:52
Aktyora qarşı “sui-qəsdin” təşkilatçıları bilindi – Bakıdakı şəbəkə üzvləri görün kimlərdir
Dünən, 17:46
Müəllimlər kağız-kuğuz işlərindən qurtulacaq - Təhsil ekspertindən İZAH
Dünən, 17:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru