Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) növbəti baş katibindən Ukraynadakı vəziyyətin obyektiv qiymətləndirilməsini gözləyir.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya “RİA Novosti” agentliyinə verdiyi müsahibədə bildirib.
"Kim seçilsə, biz onun Ukrayna böhranına hazırkı baş katibdən daha obyektiv yanaşacağını gözləyirik", - Nebenzya bildirib.
O, həmçinin Rusiyanın yeni Baş Katibdən Ukraynanın Buça şəhərində baş verən hadisələrin qurbanlarının siyahısını tələb edəcəyini vurğulayıb.
BMT-nin əvvəlki cavabları Rusiya tərəfini qane etmir.
BMT-nin hazırkı rəhbəri Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır.













