Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu var .....                     Yeniyetmələr yol ayrıcında: AUE -nin milli variantı .....                     Azərbaycan neftinin qiyməti 118 dolları keçib .....                     Naxçıvanlılar 30 faiz aşağı maaş alırlar... .....                     Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? .....                     İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... .....                     “Space FM”ə yeni direktor təyin edildi .....                     Tramp IRS-ə qarşı iddiasını geri çəkib: .....                     Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR... .....                     Bu yağan yağış deyil... MƏMUR YEYİNTİSİNİN ifadəsidir... .....                     Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... .....                     Azərbaycanlı yazıçı Bakıdan deport olundu .....                     Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır .....                     Bu, Rusiya üçün ən ağrılı məqamdır .....                     "SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb .....                     Onun qəbuluna düşmək ÇƏTİNDİR .....                     "İnsanın ömrünün bir anında nəfəsalma zamanı var" .....                     Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? .....                     ADSEA şefi özünü belə sığortalayır .....                     İran-ABŞ müharibəsi davam edəcəkmi? .....                     “Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, .....                     Stabil maaş: yeni dəbdəbə? .....                     Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ .....                     “Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” .....                     Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş .....                     Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir .....                     İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib .....                     ABŞ-dan daha bir KUBA HƏMLƏSİ .....                     "Onlar gərginlikdən bəslənirlər..." .....                     Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı .....                     Xalq artistləri "Turan marşı"nı təqdim edəcək .....                     Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı .....                     Gah yol çəkir, gah da lift quraşdırır... .....                     Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                 

İŞİD Türkiyəyə necə girdi...
Tarix: 8-10-2014, 15:26 | Çap et
İŞİD Türkiyəyə necə girdi...
Türkiyədə kürdlərlə təhlükəsizlik qüvvələri arasında hələ də ara verməyən toqquşmalarda ölənlərin sayı 16-ya çatıb.

Virtualaz.org saytı xəbər verir ki, Türkiyə qaynaqları onlarla ağır yaralının xəstəxanalarda olduğunu, ölənlərin sayının arta biləcəyini bildirir.

Suriyanın Türkiyə ilə sərhədindəki Kobani kürd şəhərinə “İslam Dövləti” (İŞİD) qüvvələrinin hücumuna qarşı Ankaranın hərbi müdaxilə etməməsinə etiraz olaraq başlayan iğtişaşlar ölkənin cənub-şərq əyalətləri olan Diyarbəkir, Mardin, Siirt, Van və Batmanda, habelə Muş və digər şəhərlərdə başlayıb.

Ən çox ölüm hadisəsi küçələrin savaş meydanına çevrildiyi Diyarbəkirdə baş verib və orada azı 8 nəfər odlu silahdan açılan atəşlərdən, kəsici alətlərlə endirilən zərbələrdən, qaz fişənglərindən aldıqları xəsarətdən və daş zərbələrindən ölüb.

Polis etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edir. Xüsusi təyinatlı polisin iğtişaşları yatırmaqda gücsüz qalmasından sonra hökumət şəhərlərə ordu birliklərini yeridib.

İğtişaşların başladığı 6 şəhərdə komendant saatı elan edilib, Siirt və Diyarbəkir küçələrində tanklar gözə dəyir. Orduya iğtişaşçılara atəş açıb-açmamaq əmrinin verildiyi hələ məlum deyil. Lakin daxili işlər naziri Afkan Ala zorakılıqlara yol verənlərə qarşı amansız olacaqlarını elan edib.

Beləliklə, Kobani şəhərini almaq üzrə olan “xilafət ordusu” hələ Türkiyə sərhədlərini keçməsə də İŞİD deyilən və getdikcə daha çox qlobal təhdidə çevrilən kabus artıq Türkiyəyə girib. Çünki bu qanlı iğtişaşların bilavasitə səbəbi İŞİD və onun Türkiyə sərhədlərinin cəmi 1 kilometrliyinə qədər irəliləyən, yaxşı silahlanmış qüvvələridir.

Türkiyə kürdləri hökuməti İŞİD-in Suriyanın şimalında kürdlərə divan tutmasına göz yummaqda ittiham edir və “xilafət ordusu” na qarşı qurudan müdaxilə istəyir. Habelə Türkiyədən kürd könüllülərin İŞİD-lə vuruşmaq üçün sərhədi keçməsinə icazə verilməsini tələb edirlər.

İndi tamamilə aydındır ki, Türkiyə hökuməti onun sərhədlərinə dirənmiş İŞİD təhdidinə qarşı çətin dilemma qarşısındadır. Türkiyə Silahlı Qüvvələri təhlükəyə qarşı sərhədə böyük sayda hərbi texnika və canlı qüvvə cəmləşdirib. Lakin Türkiyə ordusu sərhədin cəmi 1 kilometrliyində üç həftədən çoxdur amansız döyüşlər aparan tərəfləri ancaq izləyir və onlara müdaxilə etmir. Türkiyə komandanlığının sərhədə cəmləşdirilmiş qüvvələrə verdiyi əmrə əsasən ancaq ölkə ərazisinə atılan mərmilərə cavab atəşi açıla bilər.

Bu mərmilərin hansı tərəfdən atılmasının əhəmiyyəti yoxdur, yəni indiki əmrə əsasən Türkiyə ordusu sərhədin o tayında həm İŞİD-in, həm də onunla döyüşən və PKK-nın qolu olan, Suriyada müharibənin başlamasından sonra ölkənin şimalında “kürd muxtariyyəti” elan edən YPG-nin silahlı qanadının mövqelərinə zərbə endirmək səlahiyyətindədir.

Digər tərəfdən, Türkiyə Suriyanın şimalından 160 min kürd qaçqını qəbul edib, İŞİD-lə döyüşən YPG yaralılarına tibbi yardım göstərir və humanitar xarakterli digər addımlar atır. Türkiyə hökumətinin, prezident Rəcəb Tayyib Ərdoğanın son günlərə qədər olan taktikası İŞİD-lə kürdlər arasında gedən döyüşlərə qarışmamaqdan ibarət idi.

Əslində Ərdoğan əvvəlcə ümumiyyətlə İŞİD-ə qarşı koalisiyada yer almaq istəmirdi. Amma təhlükənin getdikcə irəlilədiyini görəndə Türkiyə parlamenti silahlı qüvvələrdən ölkə sərhədləri xaricində istifadəyə icazə verən qətnamı çıxardı. Ancaq türk ordusunun Suriya sərhədini keçməsi qərarı hələ verilməyib.

Ərdoğan İŞİD-lə quru döyüşünə girən ilk tərəf olmaq istəmir və “xilafət ordusu”nun da Türkiyə sərhədini keçməyəcəyinə ümid edir.

Digər tərəfdən, Ərdoğan şərtlər irəli sürür. Bildirir ki, Türkiyə Suriyanın şimalında İŞİD-in hədəfi olan kürdlərə ancaq bir halda dəstək verə bilərdi: ABŞ başda olmaqla beynəlxalq koalisiya hədəfinin təkcə İŞİD yox, Bəşər Əsəd rejimi olduğunu bəyan etsin. Türkiyə prezidenti bir gün əvvəl növbəti şərtini irəli sürərək bildirib ki, koalisiya hava zərbələri ilə kifayətlənməyib Suriya ərazisində yekun məqsədi Əsədi devirməkdən ibarət olan quru əməliyyatlarına başlasın.

Ancaq bu şərtlər qeyri-real görünür. ABŞ və digər Qərb ölkələri İraq və Suriyada İŞİD-ə qarşı quru döyüşlərinə girməyi istisna edirlər. ABŞ prezidenti Barak Obama anti-İŞİD strategiyasını elan edəndə quru əməliyyatlarının istisna olduğunu bildirib. Konqresin ona İraq və Suriyaya qoşun göndərməyə icazə verəcəyi də real deyil. Deməli, Türkiyə indi İŞİD ordusu qarşısında faktiki olaraq tək qalıb və belə davam etsə, cəmi bir neçə günə istər-istəməz “xilafət ordusu” ilə toqquşmalara girməyə məcbur olacaq.

Doğrudur, NATO bildirir ki, İŞİD Türkiyə sərhədini keçsə alyansın kollektiv müdafiə haqda bəndi işə düşəcək. Lakin bu halda belə NATO-nun Türkiyənin köməyinə quru qüvvələri göndərəcəyi inandırıcı deyil. Ən yaxşı halda hava dəstəyindən söhbət gedə bilər.

Hava zərbələrinin və Obamanın anti-İŞİD strategiyasının isə artıq indidən iflasa uğradığı ortadadır. Bir neçə həftədir ABŞ və müttəfiqlərinin təyyarələri İŞİD hədəflərinə zərbələr endirsələr də bunlar “xilafət ordusu”nun irəliləməsinr mane ola bilməyib. İŞİD hava zərbələrindən yayına bilmək üçün yaxşı təcrübəyə malikdir və onun qüvvələri tez-tez yerlərini dəyişərək koalisiya təyyarələrinin bombalarına hədəf olmurlar. Məsələn, İŞİD Kobaniyə hücuma keçəndə koalisiya təyyarələri 8 hava zərbəsi endirib, onlardan 4-ü ümumiyyətlə boşa çıxıb, qalanlar isə o qədər də effektli olmayıb.

Beləliklə, həm Türkiyə, həm NATO, həm ayrıca ABŞ üçün ciddi dilemma vəziyyəti yaranır. Türkiyə üçün PKK-nın qolu olan YPG ilə İŞİD demək olar ki, eyni dərəcədə təhdid sayıla bilər. YPG və onun Türkiyədəki ortağı PKK müstəqil Kürdüstan uğrunda illərdir türk ordusu ilə döyüşən separatçı terror təşkilatlarıdır.

İŞİD isə həm kürdləri, həm də Türkiyədəki digər dini azlıqları, hətta sünni çoxluğunun bir qismini düşmən hesab edən terror hərəkatıdır. Nəzəri baxımdan Türkiyənin bu düşmənlərin bir-birlərini zəiflətməsində marağı olmalıdır.

Ancaq YPG Kobanidən də çıxsa, o zaman Türkiyə daha təhlükəli düşmənlə üz-üzə qalacaq. Bu baxımdan Türkiyənin sərhədin o tayında baş verənlərə hərbi yöndən müdaxilə etməmək taktikası o qədər də uğurlu deyil.

Deyəsən, Türkiyədə indi başa düşməyə başlayıblar ki, təhlükənin bu qədər yaxına gəlməməsi üçün vaxtında Suriyanın şimalına ordu yeridib tampon bölgə qurmaq lazım idi...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu var
Bu gün, 09:31
Yeniyetmələr yol ayrıcında: AUE -nin milli variantı – Allah Uzaq Eləsin
Bu gün, 09:29
Azərbaycan neftinin qiyməti 118 dolları keçib
Bu gün, 09:09
Naxçıvanlılar 30 faiz aşağı maaş alırlar... - AXI NİYƏ?
Bu gün, 09:08
Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? – Mütəxəssis deyir ki...
Bu gün, 09:05
İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... - KİV
Bu gün, 08:04
“Space FM”ə yeni direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 08:02
Tramp IRS-ə qarşı iddiasını geri çəkib: - ABŞ-də 1,8 milyard dollarlıq fond yaradılır
Bu gün, 08:00
Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR... - İLGİNC FAKTLAR
Bu gün, 07:57
Bu yağan yağış deyil... MƏMUR YEYİNTİSİNİN ifadəsidir... - "Əslində Bakı çoxdan dayanıqlı şəhərdir..."
Bu gün, 07:48
Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... - Maləsəf... O hələ də İŞ BAŞINDADIR...
Bu gün, 07:31
Azərbaycanlı yazıçı Bakıdan deport olundu - TƏFƏRRÜAT
Bu gün, 07:24
Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır - ABŞ kəşfiyyatı
Bu gün, 07:03
Bu, Rusiya üçün ən ağrılı məqamdır - Zelenski
Bu gün, 07:02
"SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb - KİV
Bu gün, 07:00
Onun qəbuluna düşmək ÇƏTİNDİR - qəbul etsə də, NƏ FAYDASI?
Bu gün, 06:50
"İnsanın ömrünün bir anında nəfəsalma zamanı var"
Bu gün, 06:32
Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? - VİDEOFAKT
Bu gün, 06:21
ADSEA şefi özünü belə sığortalayır - FOTOFAKT
Bu gün, 06:10
İran-ABŞ müharibəsi davam edəcəkmi? - Sərdar Cəlaloğlu ŞƏRH EDİR
Bu gün, 06:06
“Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, çünki səhnədə ər-arvad deyildik, evdə...”
Bu gün, 06:02
Stabil maaş: yeni dəbdəbə? - ARAŞDIRMA
Bu gün, 06:00
Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ - GƏLİŞMƏ
Bu gün, 05:58
“Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” - Vuçiç deyir ki...
Bu gün, 05:56
Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş
Bu gün, 05:53
Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir - SİYAHI
Bu gün, 05:50
İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib - "Al Mayadeen"
Bu gün, 05:47
ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45
"Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38
Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru