Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? .....                     İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... .....                     “Space FM”ə yeni direktor təyin edildi .....                     Tramp IRS-ə qarşı iddiasını geri çəkib: .....                     Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR... .....                     Bu yağan yağış deyil... MƏMUR YEYİNTİSİNİN ifadəsidir... .....                     Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... .....                     Azərbaycanlı yazıçı Bakıdan deport olundu .....                     Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır .....                     Bu, Rusiya üçün ən ağrılı məqamdır .....                     "SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb .....                     Onun qəbuluna düşmək ÇƏTİNDİR .....                     "İnsanın ömrünün bir anında nəfəsalma zamanı var" .....                     Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? .....                     ADSEA şefi özünü belə sığortalayır .....                     İran-ABŞ müharibəsi davam edəcəkmi? .....                     “Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, .....                     Stabil maaş: yeni dəbdəbə? .....                     Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ .....                     “Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” .....                     Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş .....                     Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir .....                     İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib .....                     ABŞ-dan daha bir KUBA HƏMLƏSİ .....                     "Onlar gərginlikdən bəslənirlər..." .....                     Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı .....                     Xalq artistləri "Turan marşı"nı təqdim edəcək .....                     Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı .....                     Gah yol çəkir, gah da lift quraşdırır... .....                     Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                 

Kreml Azərbaycanın hesabına İrəvanı xilas etmək istəyir...
Tarix: 8-10-2014, 08:51 | Çap et
Kreml Azərbaycanın hesabına İrəvanı xilas etmək istəyir...
Qarabağ məsələsi ətrafında Rusiya tərəfdən maraqlı, eyni zamanda ehtiyatlı bir hərəkətlilik müşahidə edilməkdədir. Bu hərəkətlilik özünü əsasən moskvalı politoloqların dilindən problemin həllinə dair səslənən fikirlərin üst-üstə düşməsində göstərməkdədir. Belə rəylərin ortaq rezümesi kimi rusiyalı ekspert Sergey Markovun ötən həftə verdiyi müsahibəni göstərmək olar.

Tanınmış politoloq Azərbaycan, Rusiya və Ermənistan diplomatları arasında Qarabağla bağlı hansısa danışıqların getdiyini, ilkin mərhələdə Azərbaycanın işğal altındakı 7 rayonun boşaldılması müqabilində Ermənistanın iqtisadi və kommunikasiya blokadasının götürülə biləcəyini söyləmişdi. Təqribən eyni vaxtda belə bir versiya da səslənmişdi ki, rayonları almağın qarşılığında Azərbaycan bağlı yolları açacaq və Rusiya öz forpostu ilə Gürcüstana girmədən quru əlaqəsi yarada biləcək. Bəzi təhlilçilərin qənaətincə, Markovun məhz bu planı nəzərdə tutduğu istisna deyil.

Təbii ki, bu plan kağız üzərində olsa belə, bəlli məsələdir ki, danışıqlarda müstəsna olaraq iki tərəf iştirak edir - Bakı və Moskva. Ona görə ki, İrəvan çoxdan Rusiyanın “cibindədir və bu cür müzakirələrdə o, ciddi söz sahibliyindən məhrumdur. Ermənistan rəhbərliyi Kremlin ”bir sözünü iki edə bilməz".

Bəs bu qəbildən söz-söhbətlər nədən dövriyyəyə buraxılıb və ümumiyyətlə, Ermənistanın Azərbaycan hesabına blokadadan məhz indi çıxarılması Moskvanın hansı maraqlarından qaynaqlanır? Suala cavab verməyə çalışaq.

Bir sıra iqtisadçı analitiklər hesab edir ki, işğalçı ölkə Avrasiya layihələrinə qoşulduqdan sonra kommunikasiya baxımından ciddi maneələrlə üzləşəcək. Çünki Rusiya ilə Ermənistan arasında nəinki quru sərhədi, heç düz-əməlli kommunikasiya da yoxdur. Hazırda yalnız Gürcüstan vasitəsilə bir quru yolu mövcuddur ki, onu da etibarlı saymaq qeyri-mümkündür. Səbəb təkcə, coğrafi, iqlim amilləri ilə bağlı deyil, həm də Avropa Birliyi və NATO-ya üz tutan Gürcüstanın siyasi mövqeyi ilə əlaqədardır.

Məsələ ondadır ki, Moskvanın Gürcüstanda özünə loyal yeni hakimiyyət formalaşdırmaq və regionun bu mühüm ölkəsini öz ağuşuna qaytarmaq planları artıq fiasko olub - gürcülər və onların təzə rəhbərliyi Kremlin planlarına heç bir şans saxlamayaraq Avrointeqrasiya kursuna davam qərarı verib. Bunun nəticəsidir ki, rəsmi Tiflis Rusiyanı Ermənistanla birləşdirən Abxaziya dəmir yolunun Moskvanın şərtləri əsasında açılmasına da razılıq verməyib.

Demək, təcili şəkildə Rusiyadan Ermənistana başqa bir yolun açılması haqda fikirləşmək lazımdır. Belə bir yol isə əlbəttə ki, Azərbaycandan keçir. Siyasi şərhçilər güman edir ki, axır vaxtlar Moskvadan Bakıya ünvanlı reveransların artmasının mühüm bir səbəbi də öncəliklə elə budur. Hərgah, Bakıda buna elə də sevinmirlər. Niyə?

Erməni mənbələri iddia edir ki, Azərbaycan tərəfi hansısa səbəbdən (məsələn, rəsmi İrəvan daxildəki etirazları əsas götürərək son anda azad ediləcək rayonlarla bağlı fikrini dəyişsə) yolu və kommunikasiyaları açmasa, Kreml özü Azərbaycan vasitəsilə “de-blokada”ya girişmək zorunda qala bilər.

Qeyd edilir ki, Gürcüstan variantı Moskva üçün artıq risklidir, ona görə ki, bu ölkə Avropa Birliyinə assosiativ üzv olandan, ABŞ-ın hərbi müttəfiqi statusu qazanandan və NATO-nun son sammitindən sonra alyansın “qızıl siyahısı”ndadır. Üstəlik, məlumatlar var ki, Gürcüstanda alyansın mərkəzi açılacaq. Azərbaycanı isə heç kim ciddi müdafiə etməyə boyun olmayıb, yeganə Türkiyədir ki, onun da başı bu dəqiqə daha çox ayrı problemlərə qarışıb. Hər halda, bu da bir yanaşmadır.

Qərbə gəlincə, son zamanlar, Avropa və ABŞ-dan rəsmi Bakının ünvanına insan haqları ilə bağlı müstəsna olaraq tənqid seli axır. Bakının demokratiya paytaxtları ilə münasibətlərinin qəliz bir dövr yaşadığının növbəti, ən isti sübutu isə ABŞ və Avropa tərəfindən bir sıra Azərbaycan məmurlarına qarşı sanksiya tətbiq ediləcəyi ilə bağlı yayılan xəbəri göstərmək olar.

Bu barədə NATO Əməkdaşlıq İnstitutunun rəhbəri, hazırda Almaniyada olan Fərrux Məmmədli bildirib. Avropanın məlumatlı mənbələri ilə yaxın münasibətdə olan ekspert açıq şəkildə bildirib ki, Azərbaycan hakimiyyətinə Qərbin verdiyi möhlət bitmək üzrədir və yekunda dəyişiklik olmasa, bunun ardınca bir sıra azərbaycanlı məmurlara sanksiya tətbiq ediləcək. Məmmədov onun əlində bu məmurların ilkin siyahısının olduğunu da söyləyir.

* * *

Göründüyü kimi, Qərblə heç də isti olmayan münasibətlər Bakını Kremlin təzyiq və şantajlarına xeyli həssas edib. Belə vəziyyətdə, Kreml Qarabağ məsələsində stavkanı, plankanı aşağı da sala bilər. Niyə də salmasın, əgər qarşımızda Azərbaycanı hər vəchlə öz siyasi-hərbi təsir zonasına salmağa çalışan imperialist və qəzəbli Rusiya dayanıbsa. Onu da yaddan çıxarma olmaz ki, Kreml Azərbaycanın şimal sərhədi boyunca, ilk növbədə də Dağıstanda xeyli miqdarda canlı hərbi qüvvə və texnika cəmləşdirib.
\\ musavat.com \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? – Mütəxəssis deyir ki...
Bu gün, 09:05
İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... - KİV
Bu gün, 08:04
“Space FM”ə yeni direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 08:02
Tramp IRS-ə qarşı iddiasını geri çəkib: - ABŞ-də 1,8 milyard dollarlıq fond yaradılır
Bu gün, 08:00
Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR... - İLGİNC FAKTLAR
Bu gün, 07:57
Bu yağan yağış deyil... MƏMUR YEYİNTİSİNİN ifadəsidir... - "Əslində Bakı çoxdan dayanıqlı şəhərdir..."
Bu gün, 07:48
Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... - Maləsəf... O hələ də İŞ BAŞINDADIR...
Bu gün, 07:31
Azərbaycanlı yazıçı Bakıdan deport olundu - TƏFƏRRÜAT
Bu gün, 07:24
Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır - ABŞ kəşfiyyatı
Bu gün, 07:03
Bu, Rusiya üçün ən ağrılı məqamdır - Zelenski
Bu gün, 07:02
"SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb - KİV
Bu gün, 07:00
Onun qəbuluna düşmək ÇƏTİNDİR - qəbul etsə də, NƏ FAYDASI?
Bu gün, 06:50
"İnsanın ömrünün bir anında nəfəsalma zamanı var"
Bu gün, 06:32
Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? - VİDEOFAKT
Bu gün, 06:21
ADSEA şefi özünü belə sığortalayır - FOTOFAKT
Bu gün, 06:10
İran-ABŞ müharibəsi davam edəcəkmi? - Sərdar Cəlaloğlu ŞƏRH EDİR
Bu gün, 06:06
“Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, çünki səhnədə ər-arvad deyildik, evdə...”
Bu gün, 06:02
Stabil maaş: yeni dəbdəbə? - ARAŞDIRMA
Bu gün, 06:00
Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ - GƏLİŞMƏ
Bu gün, 05:58
“Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” - Vuçiç deyir ki...
Bu gün, 05:56
Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş
Bu gün, 05:53
Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir - SİYAHI
Bu gün, 05:50
İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib - "Al Mayadeen"
Bu gün, 05:47
ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45
"Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38
Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Dünən, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru