Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                     Ölkəmizin iqlim diplomatiyasında uğuru .....                     Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? .....                     Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... .....                     "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                     Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                     Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                     Trampın Qarabağla bağlı dedikləri... .....                     Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir? .....                     Xırdalanın abadlaşdırılması 2 milyon manata .....                     “2 gün mən, 2 gün də saxta həkimlər...” .....                     NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? .....                     Rusiya ABŞ-yə cavab olaraq Asiyada .....                     Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə .....                     Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... .....                     Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı .....                     Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı .....                     Hərbi pilotların peşəkarlığı artırılır .....                     Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir .....                     Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... .....                     Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı .....                     Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! .....                     Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib .....                     Ermənistanda xarici borcun azalması deyil, .....                     Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması .....                     TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib .....                     Rusiya dibə yuvarlanır? .....                     Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil .....                     Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? .....                     Bakının COP29 TÖHFƏSİ... .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, .....                     Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI .....                 

“Bank Standard” açıq bazar qaydaları hökmranlıq edir - Bank sektoru özbaşına buraxılanda belə də olmalı idi...
Tarix: 28-08-2014, 14:46 | Çap et
“Bank Standard” açıq bazar qaydaları hökmranlıq edir
Xatırladaq ki, bir müddət əvvəl Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin məlumatında bildirilmişdir ki,iddiaçı QSC “Bank Standard” KB-nin Hacıyev Rasim Əli Hüseyn oğluna qarşı pul ödənilməməsi və tələbin ipoteka predmetinə yönəldilməsinə tələbinə dair iddia ərizəsi məhkəməyə daxil olmuşdur .
Qeyd edək ki, bir neçə il öncə Qapalı Səhmdar Cəmiyyət “Bank Standard” Komersiya Bankı ilə Rasim Əli Hüseyn oğlu Hacıyev arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən illik 24 faiz ödənilməsi şərti ilə iyirmi dörd ay müddətinə 68 300 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsi üzrə cavabdeh Rasim Əli Hüseyn oğlu Haciyev başqasına məxsus olan əmlakı QSC “Bank Standard” KB-nin Əcəmi filialında girov qoymuşdur.
Əlbəttə ,əksəriyyət bilir ki, bu günləri heç bir bank, heç kimə elə -belə kredit vermir. Bankın Əcəmi filialının müdiri Manaf və onun Anar adlı köməkçisi 68 300 manat kreditin 13 faizini “şapka” şəkilində aldığına görə o krediti Rasim Əli Hüseyn oğluna gözüyumlu vermişdir. Rasim Əli Hüseyn oğlundan heç soruşulmamışdır ki,sən bu kreditlə nə iş görəcəksən , onu hara yatızdıracaqsan?
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) bildirir ki, başqasının əmlakını qirov qoyanda bankın Əcəmi filialının müdiri Manaf müəllim həmin əmlakın sahibindən heç soruşmayıb ki, “üç uşaq atasısan,sabah Rasim Əli Hüseyn oğlu Haciyev götürdüyü krediti qaytara bilməsə,evi də sənin əlindən alsaq, bəs sən ailənlə birlikdə harda yaşayacaqsan,axı bu sizin yeqanə evinizdi?!”
Ona görə soruşulmurdu ki, o vaxtlar QSC “Bank Standard” KB-nin sahibi Heydər Babayev İqtisadi İnkişaf naziri idi . Sonra Rasim Əli Hüseyn oğlu Hacıyev həmin krediti qaytara bilmədiyinə görə QSC “Bank Standard” KB 68 300 manatın üstünə öz astronomik faizlərini gəlib və son nəticədə 66 723 manat əsas borca 14 296,58 manat məbləğində faiz borcu, 11.041,08 manat isə cərimə üzrə borc gələndən sonra Rasim Əli Hüseyn oğlu Hacıyevin ümumlikdə borcu 92.060,66 manata gəlib çıxıb.
Ancaq bank ,müştəriyə pulu ödəmək üçün şans vermək əvəzinə, gözünü dikib Rasim Əli Hüseyn oğlu Hacıyevin qoyduğu özgə əmlakına. Üçüncü tərəf də,yəni əmlakın sahibi,Nərimanov rayon məhkəmə icraçılarının onun xəbəri olmadan ,əmlakının qiymətləndirilməsi üçün “Sərraf–N” MMC –ə qöndərdiklərinə və “Sərraf-–N” MMC adlı qiymətləndirmə şirkətinin banka sərf etdiyi qiyməti çıxartdığına görə,onları cavabdeh kimi Nərimanov rayon məhkəməsinə vermişdir.
Onu da bildirək ki,ki,bu məsələdə daha bir şübhəli məqam üzə çıxır.Belə ki,məsələni araşdıranda açıqca sezmək olar ki, “Sərraf –N”MMC –nin bank ilə sanki müəyyən yaxınlığı var və onlar əlbir iş görürlər.Əgər belə olmasaydı ,həmin qiymətləndirmə şirkətinin nə marağı var idi ki,girov qoyulan əmlakı bazar qiymətindən dəfələrlə az qiymətləndir?!
Məsələdən agah olmayanlar üçün xatırladım ki,Bakı Nərimanov Rayon İcra Şöbəsinin 11.08.2012 –ci il tarixli sifarişinə əsasən “Sərraf –N”MMC tərəfindən 27.02.2012 –cil tarixdə qiymətləndirilmiş və hesabat təqdim olunmuşdur.
Peşəkar Hüquqşünaslar” İctimai Birliyinin sədri, tanınmış hüquqşunas Tağı Hüseynov Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) açıqlamasında bildirmişdir ki,hesabatda əmlaka 20. 10.2012 –ci il tarixdə baxış keçirilməsi göstərilsə də ,bu həqiqətə uyğun deyildir.
Bu o səbəbdən mümkün deyil ki,o əmlaka banka girov qoyulduğu zaman ,yəni, 2007 –ci ildə baxış keçirilmişdir.Təqdim olunan həmin hesabata əsasən mənzil 165 min manat dəyərində qiymətləndirilmişdir.Bu qiymət isə ekspert hesabatının tamamilə əsassız olduğundan xəbər verir.Belə ki,göstərilən ünvanda yerləşən əmlakın minimal bazar qiyməti 400.000 manat təşkil edir.
Necə ola bilər ki, Bakı şəhərində ən bahalı ərazilərdən birində 3 otaqlı, super təmirli ev cəmi 165.00 manata dəyərləndirilsin? Onda, cavabdeh “Sərraf-N” MMC-nin qeyd olunan mənzili hansı əsaslarla bu cür aşağı qiymətə dəyərləndirilməsi sual doğurur.
Qeyd edək ki,təəsüflər olsun məsələ ilə bağlı Nərimanov Rayon Məhkəməsinin hakimi Turqay Hüseynov hansısa maraqlara görə üçüncü tərəfin Rayon İcra Şöbəsinə və “Sərraf” MMC-nə qarşı “əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair iddianı əsassız sayaraq onu təmin etməmiş və bununla da çox ədalətsiz qərar çıxarmışdır.
Lakin bu qətnamə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti edən əmlak sahibi ümid edir ki,məhkəmənin bu mərhələsində hakim ədalətli qərar çıxaracaq və ümumiyyətlə bu məsələdə haqq-ədalət sonda öz yerini tapacaq.
İddianin təmin olunmamasını bilən bank isə öz növbəsində bu məqamda, amansızcasına, sanki krediti götürən və bankda əmlakını qirov qoyan şəxslər heç azərbaycanlılar yox,düşmən Ermənistanın vətandaşlarıdırlar ,təkrarən, yuxarıda göstərdiyimiz məbləgdən savayı cavabdeh Rasim Əli Hüseyn oğlu Hacıyevun Yasamal rayon məhkəməsinin 17 iyun 2009-cu il tarixli 2(004)-2424/2009 saylı qətnamə üzrə qalan 66 723 manat məbləğində əsas borcunun üstünə illik 4,75 faiz yani illik 3.169,34 manat,aylıq olaraq isə 264.11 manat faiz gəlmişdir.
Bankın qənaətinə görə guya cavabdehin 45 ay müddətində kredit borcunu qaytarmaması nəticəsində banka 11.884,95 məbləğində zərər dəymişdir.
Bunu əsas gətirərək Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Komersiyya bankı Nərimanov rayon məhkəməsinə müraciət edərək ondan xahiş edib ki, 11.884,95 manat məbləğində süni surətdə şişirdilmiş həmin pulun tutulması haqda bankın xeyrinə qətnamə qəbul etsin.
Daha konkret desək ,bank istəyir ki, məhkəmə həmin borcun bank qarşısında ipoteka ilə yüklü edilmiş, Rasim Əli Hüseyn oğlu Haciyev tərəfindən girov qoyulmuş üçüncü tərəfin əmlakına yönədilməsinə dair qərar çıxarsın.
Fikir verin ,kredit veriləndə filial müdiri tərəfindən böyük məbləğdə şapka alınır ,kredit illik, yüksək -24% -ə verilir,sonra əlavə faizlər, üstəlik axırda da hələ “Bank Standard”-ın Tamerlan adlı əməkdaşı başına bir qrup idmançı toplayıb üçüncü tərəfin qapısına gəlir ki, bəs nə vaxt əmlakı satıb,bizə borclu olduğun faizləri,cərimələri və məbləği ödəyəcəksən?
Bundan başqa bankın Əcəmi filialının müdiri Manaf müəllimin köməkçisi Anar,əmlakın sahibinə zənq edib “Bandotdellə” hədə-qorxu gəlir ki, “evdən çıxmalısan,bu bizim evdir”.Bu günləri bəlkə də “Bank Standard” bu iş prinsipi ilə işləmir,ancaq vaxtı ilə- Heydər Babayev nazir olanda ona arxalanıb Manafkimilər və onun işçiləri müştəriyə qarşı belə təyziqlər və hədə-qorxular tədbiq edirdilər.
Buna görə artıq başqa çıxış yolu görmədiyindən üçüncü tərəf prezident İlham Əliyev cənablarına müraciət etməyə hazırlaşır.Çünki o bir qrup alverçi dəstənin qurduğu oyunun qurbanı olub,özü də bu bankın sahibinin nazir olan vaxtı.
Əmlak sahibi deyir ki,” bank hal-hazırda mənim əmlakımın üstünə elə yüksək faizlər yükləyib ki,elə bil mən Azərbaycan Respublikasının yox,düşmən Ermənistan dövlətinin vətəndaşıyam,özü də milliyətcə də azərbaycanlı yox,sanki erməniyəm. Belə olmaz , bunlar nə vaxtacan Azərbaycan dövlətinin adından millətə qan udduracaqlar.
Qonşu Gürcüstan dövlətində elə bir vətandaş yoxdur ki,onun banka kredit borcu olmasın, ancaq Gürcüstan dövləti bunu başa düşür ki,vətəndaşının hal-hazırda ödəmə qabiliyyəti yoxdur.
Ona görə də öz vətəndaşlarını banklardan mümkün qədər qorumağa çalışır. Bu gün bizim bəzi üzdəniraq “bazar banklarının ” devizi,məntiqi belədir :“Siz müştərilər verdiyimiz əmanəti vaxtında qaytarsaydız,biz o pula yumurta alacaqdıq,həmin yumurtadan da toyuq əmələ qələcəkdi və sonra da toyuq yenidən yumurtalyacaqdı ”. Bunların vətəndaşlara yeritdikləri devizə baxın.
Deməli bunların sözündən belə çıxır ki, güya ümid etdikləri həmin yumurtanı vətəndaş sındırıb və bu səbəbdən də “bazar bankı” yumurtasız qalıb. Ancaq bir anlığa fikirləşmirlər ki,bunların “yumurta pulunu” götürən düşmən deyil, onlar da bu ölkənin tam hüquqlu vətəndaşlarıdır və əgər vətəndaş pulu geriyə qaytara bilmirsə ,demək buna ciddi səbəblər var.
Belə banklar bunu araşdırmaq,faizləri azaltmaq ,çətin vəziyyətdən çıxa bilməsi üçün müştərilərə mümkün qədər güzəştə getmək əvəzinə , onsuz da iflas olan binəva müştərilərilərə aman vermir,onları tam məhv etmək siyasətini tuturlar.
Yeri gəlmişkən , bu həqiqətləri görən,dilə gətirən təkcə sadə adamlar deyil.Məsələn,bu yaxınlarda Milli Məclisin plenar iclasında çıxışı zamanı hörmətli deputatımız ,iqtisadçı Vahid Əhmədov haqlı olaraq olaraq deyib ki,”Əhalinin hər 10 nəfərindən 9-un banklara borcu var “
Onun sözlərinə görə, 2008-ci ildə dünyada böhran olsa da, Azərbaycandan yan keçdi: “Azərbaycanın apardığı siyasət nəticəsində bu, böhran nəticəsində aradan qalxdı.
Amma ölkədə bank sistemində müəyyən problemlər qalmaqdadır. İstehlak kreditlərinin faizinin yüksək olması əhaliyə mənfi təsir göstərir”.
Millət vəkili kredit faizlərinin yüksək olmasından şikayətlənib: “Təsəvvür edin, 22%-dən az kredit verən bank yoxdu. Buna görə də əhalinin evləri, maşınları banklarda girovdu. Əhalinin hər 10 nəfərindən 9-un banklara borcu var. Bu probemlər aradan qalxmalıdır”.
Axı bunlar kimdilər?!Hansı qanunlara əsaslanırlar?!Ölkə qanunlarına əsaslanmaq əvəzinə, onlar nə üçün özbaşına çıxartdıqları qeyri-rəsmi qanunları özlərinə bayraq tuturlar.
Bəlkə elə xalqı dövlətə qarşı qaldıran bir dəstədirlər?! Ona görə də vətəndaşların hamısı üz tutur mətbuata ki,qoy bankların camaatın başına açdığı oyunlardan cənab prezidentin xəbəri olsun.
Bunların vətəndaşlara qarşı belə amansız münasibəti seçki qabağı iqtidara qarşı anti-kompaniyaya bənzəyir.Bəlkə bunlar vaxtı ilə vəzifələrini itirdiklərinə görə,indi bu yola əl atıb qisas almaq məqsədilə əhalidə dövlətə qarşı nifrət oyatmaq istəyirlər.
Krediti verəndə bir soruşardınız ki,”ay ev sahibi sənin əmlakını özgəsi banka qirov qoyur,sənin bu evdən savayı evin varmı yaşamağa? Sabah üç uşaqla ailənlə harda yaşayacaqsan?!
Qanunla biz sənin əmlakını qirov götürüb,Rasim Əli Hüseyn oğlu Haciyevə kredit verə bilmərik”Nə danışırsınız ,o vaxtı “Bank Standard” KB-nin qılıncının arxası da kəsirdi,qabağı da.
Əcəmi filialının müdiri Manaf müəllimə maraqlı deyildi ki,əmlakı qirov qoyulan üçüncü tərəfin bundan savayı evi var ya yox.Onda Manaf müəlimi yalnız kredit buraxdığı məbləğin “şapkası” maraqlandırırdı…
qafqaznews.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21
Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18
Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14
Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12
Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04
Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02
Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00
TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58
Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21
Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17
Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10
Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01
“Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57
Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44
“Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35
Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33
Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25
Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20
Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru