AMEA-ya seçkilərlə bağlı yeni ilginc iddia səsləndi – Seçilənlərin 5-nin ikili vətəndaşlığı var – Prezidentə şikayət olundu
Tarix: 26-08-2014, 11:39 | Çap et
 DİA.AZ: - Milli Elmlər Akademiyasındakı son semkilərdən narazı qalan Fizika üzrə müxbir üzvlüyə namizəd Elman Şahverdiyev prezident İlham Əliyevə açıq məktub ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciəti təqdim edirik:
“Cənab Prezident! AMEA-ya “seçkilər” adəti kimi PA-dan gələn təyinat siyahısı üzrə keçirildi. Fizika üzrə müxbir üzvlüyə namizəd idim. Baxmayaraq ki, elmi işlərimə sitatların sayı ən konservativ verilənlər bazasında- SCOPUS-da ən yüksəkdir, -549 sitat(öz-özunə istinadlarsız),- AMEA-dan kənarda qaldım. Fizika üzrə 7 müxbir üzv, 3 həqiqi üzv təyin edilib.
Müxbir üzvlüyə təyin edilmış 7 nəfərin işlərinə cəmi sitatların sayı mənim işlərimə sitatların sayından azdır.Burada bir nəfərin 3 minlik müəlliflər kollektivi tərkibində CERN-dəki Kollaborasiya işlərinə sitatlar sayılmayıb (elmə Hirş indeksini daxil edən alimin təklifinə əsasən).
Həqiqi üzv təyin edilmış 3 nəfərin işlərinə cəmi sitatların sayı mənim işlərimə olan sitatların sayından 1,7 dəfə azdır.
AMEA üzrə təyin edilmişlərdən ən azı beş nəfərin ikili vətəndaşlığına dair ciddi şübhələr var.
Qoy AMEA izah etsin ki, təyin edilmiş Nazim Məmmədovun dörd səsi necə 28 oldu (31 səsdən); o biri təyin edilmişlərin bir rəqəmli səsi necə baryeri aşdı!
Bu cür ədalətsiz təyinatları həyata keçirənlər Sizi fakt qarşısında qoyaraq inanırlar ki, Siz onların qərarını qəbul edib bu qeyri-obyektivliyə göz yumacaqsıniz.
Xahiş edirəm ki, seçkilərin AMEA Nizamnaməsinə uyğun keçirilmədiyini nəzərə alaraq nəticələrin ləğv edilməsi və yeni seçkilərin keçirilməsi üçün müvafiq qurumlara göstərişlərinizi verəsiniz. Cənab Pezident, mən Sizə bu xahişlə 01 iyuldan hər gün müraciət edirəm, hələ cavab almamışam”. Qarşı tərəfi də dinləməyə hazırıq...
DİA.AZ olaraq Elman Şahverdiyevin tərcümeyi halını diqqətinizə təqdim edirik:
Elman Məhəmməd oğlu Şahverdiyev 1958-ci ildə Cəbrayıl rayonunda anadan olub. Moskva Mühəndis-Fizika İnstitutunu bitirib. Moskvada Ümumi Fizika İnstitutunda namizədlik dissertasiyası müdafiə edib. 1997-ci ildən fizika-riyaziyyat elmləri doktorudur. AMEA Fizika İnstitutunda laboratoriya rəhbəridir və dinamik sistemlərdə xaosun idarə olunması problemləri ilə məşğul olur.Bu istiqamət dünya elmı üçün də nisbətən yenidir (20 il). Elmi biliklərə təsirinə görə xaosun kəşfini kvant nəzəriyyəsinin yaranması ilə müqayisə edirlər. Elman Şahverdiyev Azərbaycanda müxtəlif elm sahələrinin qovşağında (multidisciplinar) yerləşən bu sahənin yaradıcısıdir və beynəlxalq səviyyədə qəbul olunan aparıcı mütəxəssisdir. Science Citation indeks jurnallarında 60-dan yuxarı məqalə dərc etdirib. Demək olar ki, bütün məqalələri ingilis dilli jurnallarda dərc olunub. Aldığı fundamental nəticələr proqnozlaşdırmada, informasiya mübadiləsi zamanı məxfiliyin artırılmasında, kompakt və daha sürətli kompyuterlərin yaradılmasında, sistemlərlin fəaliyyətinin optimallaşdırılmasında, epidemik xəstəliklərin yayılmasının qarşısının alınmasında, yüksək sürətli wi-fi sistemlərində, distant security scan məsələlərində və sair istifadə oluna bilər. Elmi fəaliyyəti elmimizin dünya elminə inteqrasiyası istiqamətində davam edir. İndiyə qədər on dörd beynəlxalq qrant alıb (Yaponiya, Böyük Britaniya, İtaliya, Portuqaliya, Almaniya Universitetlərindən.).30 ildən artıq fəaliyyət göstərən Avropa İttifaqı Cərçivə Proqramları daxilində İndividual qrantı alan yeganə azərbaycanlı alimdir. İşləri haqqında Beynəlxalq mediada 25-ə yaxın populyar məqalələr dərc olunmuşdur. Nüfuzlu “London Press Service” 4 Dekabr, 2001 ci ildə Elman Şahverdiyevin də həmmüəllifi olduğu məqaləyə aid yazısında bu məqalədə alınan nəticəni Minilliyin ən mühüm experimentlərindən biri kimi xarakterizə etmışdir. 20-dən yuxarı Beynəlxalq jurnallarda resenzent kimi fəaliyyət göstərir. Amerikada dərc olunan -Dynamical and Control Systems (IASR) Jurnalının Editorlarından biridir. Məqalələrinə olan sitatların sayı 1000-dən yuxarıdır(scholar.google.com). Ən çox sitatları olan ilk iki məqaləsinin hərəsinə 200 -ə yaxın sitat verilib. Hirş indeksi isə 15-dir. Bu göstəricilər Azərbaycan alimləri arasında bütün elm sahələri üzrə ən yaxşılarındandır. 4 Oktyabr, 2012-ci ildə Thomson Reuters Korporasiyası Azərbaycan fizikləri arasında Elman Şahverdiyevi “Fizikada Mükəmməlliyə” diplomu ilə təltif etmişdir. Bu barədə məlumat nüfuzlu Wall Street Jurnalda da dərc olunmuşdur (11 Oktyabr, 2012). Əlaqə tel:(mob) 050-631-55-97 e-mail:shahverdiev@physics.ab.az

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
Dünən, 17:51 |
|
|
|
| • İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
Dünən, 17:32 |
|
|
|
| • İdarə rəisi işdən azad edildi - FOTO
Dünən, 17:27 |
|
|
|
| • “Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
Dünən, 17:24 |
|
|
|
| • "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
Dünən, 17:16 |
|
|
|
| • Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
Dünən, 17:05 |
|
|
|
| • Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
Dünən, 17:02 |
|
|
|
| • II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
Dünən, 17:01 |
|
|
|
| • Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Dünən, 16:56 |
|
|
|
| • Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Dünən, 16:39 |
|
|
|
| • "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Dünən, 16:27 |
|
|
|
| • “Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Dünən, 16:24 |
|
|
|
| • Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Dünən, 16:03 |
|
|
|
| • Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Dünən, 16:02 |
|
|
|
| • "Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Dünən, 13:09 |
|
|
|
| • Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Dünən, 12:53 |
|
|
|
| • Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Dünən, 12:44 |
|
|
|
| • Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Dünən, 12:40 |
|
|
|
| • Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Dünən, 12:37 |
|
|
|
| • Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:29 |
|
|
|
| • Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Dünən, 12:26 |
|
|
|
| • Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 12:21 |
|
|
|
| • Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi
Dünən, 12:18 |
|
|
|
| • “Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” - İslam Rzayevin qohumundan ETİRAZ
Dünən, 12:13 |
|
|
|
| • Ermənilərlə... bundan sonra nə edək?
Dünən, 12:05 |
|
|
|
| • ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
Dünən, 11:56 |
|
|
|
| • Bura təhsil ocağıdır, YOXSA BAZAR? - İLGİNC İDDİALAR
Dünən, 11:46 |
|
|
|
| • Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı - 5 MİLYON VERMƏLİSƏN!
Dünən, 11:33 |
|
|
|
| • Buğda bahalaşdı: - Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Dünən, 11:18 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Dünən, 11:11 |
|
|
|
| • "Qarabağ"a... CAN QURBAN!
Dünən, 11:10 |
|
|
|
| • Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 11:02 |
|
|
|
| • "20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Dünən, 10:47 |
|
|
|
| • Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Dünən, 10:36 |
|
|
|
| • “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Dünən, 10:30 |
|
|
|
| • Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:33 |
|
|
|
| • Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Dünən, 09:28 |
|
|
|
| • Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Dünən, 09:19 |
|
|
|
| • Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Dünən, 09:13 |
|
|
|
| • Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Dünən, 09:07 |
|
|
|
| • “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Dünən, 09:05 |
|
|
|
| • Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Dünən, 09:03 |
|
|
|
| • Təhsil haqqını artıran universitetlər:
Dünən, 09:01 |
|
|
|
| • Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Dünən, 08:58 |
|
|
|
| • Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Dünən, 08:55 |
|
|
|
| • ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Dünən, 08:50 |
|
|
|
| • Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Dünən, 08:49 |
|
|
|
| • Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Dünən, 08:46 |
|
|
|
| • Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Dünən, 08:44 |
|
|
|
| • Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Dünən, 08:42 |
|
|
|
|