1:0 üstünlük, natamam heyət, zədə kabusu və “Tvente” təhlükəsi .....                     Ev sahibini bıçaqla hədələyərək quldurluq edən şəxsə .....                     Şərurda "Bu kənddə kişi yoxdur" sözünə görə dava düşdü .....                     Zeynəbdən ONU QINAYANLARA: .....                     Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur .....                     Koçaryanla Sarkisyan Bakıya verilə bilər? .....                     Ermənistan Rusiyanın etirazına səbəb olan qərarı təsdiqlədi .....                     Azərbaycanda akkumulyator istehsalçısına yeni rəhbər təyin edilib .....                     Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabrda baş tuta bilər .....                     Azərbaycan Suriyaya daxil olur: .....                     Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək .....                     «Qala Həyat Sığorta» əvvəlki kimi işləyə bilmir .....                     Azərbaycandan Rusiyaya və əksinə uçan təyyarələr havaya qalxa bilmədi .....                     Paşinyan Putinin “sifarişlərini” yerinə yetirir? .....                     “Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim” .....                     CNN-lə məhkəmə .....                     Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi .....                     Aİ referendumu: .....                     Eyni məhsulları Azərbaycanda 345 manata, ABŞ-də isə 654 dollara almaq mümkündür .....                     Vətəndaşlar asfalt çəkdirirlər, aidiyyəti qurumlar kef edirlər: Belə işləməyə nə var? .....                     “Son əsgər dəfn edilməyənə qədər savaş bitməyib” .....                     Xəstə qadını xüsusi amansızlıqla öldürənin İTTİHAM AKTI .....                     “Qarabağ” 1,4 milyon manatlıq transfer edir? .....                     Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub .....                     Zaur Mikayılov Mirzəcan Xəlilov işbirliyinin arxasında daha nələr dayanır .....                     Köçəryanın halı pisləşdi, xəstəliyi ortaya çıxdı .....                     “Sinay Group”un kapitalı 230 min manat azaldıldı .....                     "Baktelecom"un "Rabitəbank"dakı payı "Aztelekom"a ötürülüb .....                     Bakıda DƏHŞƏT: .....                     Ceyhun Cəlilov da BELƏ YEYİR... .....                     Özünü kriminal aləmin üzvü kimi təqdim edərək quldurluq edən gənclə bağlı .....                     XARİCDƏ TƏHSİL VƏD EDƏN FIRILDAQÇILAR... .....                     Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir .....                     Milyonluq mülki iddia üzrə bəraət almış sahibkarla bağlı .....                     Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı .....                     Məhkəmə ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı qərarı açıqladı .....                     Köçəryan və Sərkisyanla bağlı bu səhv düzəldilməlidir .....                     Ermənistan qurumdan çıxarılacaq? .....                     “City Finance” BOKT-un rəhbərliyinə təyinat olub .....                     Təsirli dönüş və irəli: .....                 

1:0 üstünlük, natamam heyət, zədə kabusu və “Tvente” təhlükəsi -“Qarabağ” son döyüşə çıxır
Tarix: Bu gün, 13:16 | Çap et

Azərbaycan futbolu üçün daha bir həyəcanlı gecə gəlib çatdı. “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsindən sonra bütün diqqətlər bu dəfə “Qarabağ”a yönəlib. Ağdam təmsilçisi bu gün saat 20:00-da Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubunu qəbul edir.

Əfsanəvi baş məşqçimiz Qurban Qurbanovun komandası ilk oyunda səfərdə minimal hesablı qələbə qazanaraq böyük üstünlük əldə edib. Kadi Borgesin qolu ilə qazanılan 1:0 hesablı qələbə “Qarabağ”a cavab görüşü öncəsi mühüm psixoloji və taktiki üstünlük verib. İndi isə həmin üstünlüyü qorumaq və uzun illərdir davam edən avrokubok ənənəsini növbəti mərhələyə daşımaq lazımdır.

Bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda sadəcə bir futbol qarşılaşması deyil, Azərbaycan futbolunun Avropadakı növbəti sınağı yaşanacaq. “Sabah”ın Çempionlar Liqasındakı tarixi uğurundan sonra “Qarabağ”ın da Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanması ölkə futbolu üçün möhtəşəm nəticə ola bilər. Üstəlik, “Qarabağ”a növbəti mərhələyə adlamaq üçün heç-heçə də kifayət edir.

Amma futbolun ən təhlükəli tərəfi də məhz budur ki, üstünlük əldə etmək başqa, onu sona qədər qorumaq isə tamam başqa məsələdir. “Tvente” artıq Bakıya hər şeyi dəyişmək, ilk oyundakı 0:1 hesabının əvəzini çıxmaq və Azərbaycan təmsilçisinin qarşısını kəsmək üçün gəlir.

“Qarabağ” səfərdə qazandığı üstünlüyü Bakıda qoruyub avrokuboklarda yoluna davam edəcək, yoxsa “Tvente” bu hekayənin sonunu yazacaq?

İdman jurnalisti Kənan Məstəliyev fikirlərini Musavat.com-a açıqlamasında bölüşdü: “Sabah”ın tarixi uğurundan cəmi iki gün sonra daha bir Azərbaycan klubunun avrokubokların əsas mərhələsinə yüksəlmək şansı ölkə futbolu adına böyük hadisədir. “Qarabağ” ilk oyunda ehtiyat qüvvələrin məhdud olduğu bir vəziyyətdə ağır səfərdən qələbə ilə qayıtmaqla çox vacib üstünlük əldə edib. İlk matçın nəticəsi bizi həm sevindirdi, həm də müəyyən qədər narahat etdi. Sevindirici məqam odur ki, komanda faktiki ehtiyat qüvvəsiz oynadığı halda belə çətin səfərdən qələbə ilə qayıtdı. Narahatlıq isə məhz ehtiyat qüvvələrin azlığı ilə bağlıdır. Bir oyunda müdafiə olunaraq, əks-hücumlarla qələbə hesabını qorumaq mümkündür. Amma Bakıda bunun eyni formada alınacağını düşünmürəm. “Tvente” uşaq deyil, ilk oyundan nəticə çıxaracaq və daha təhlükəli oynayacaq”.

Məstəliyev hesab edir ki, bu vəziyyətdə Qurban Qurbanovun qarşısında kifayət qədər çətin taktiki seçim dayanır: “Qurban Qurbanovun A planının hazır olduğuna şübhə etmirəm. Amma əsas məsələ B planıdır. Oyun istənilən kimi getməsə, ehtiyat qüvvələrin azlığı fonunda məşqçinin qarşılaşmaya necə müdaxilə edəcəyi ciddi sualdır. Əliağa Vahidin “Tutalım əsrimizin Həzrəti İsası mənəm, bu soxasoxda nə möcüzə icad eləyim?” misraları var. Bu gün həmin sözlər Qurban Qurbanovun dilindən səslənsəydi, bəlkə də vəziyyəti kifayət qədər dəqiq ifadə edərdi”.

İdman jurnalisti “Qarabağ”dakı zədə probleminə də xüsusi diqqət çəkib. Onun fikrincə, futbolçuların əksəriyyətinin ağır kontaktlardan deyil, əzələ problemlərindən sıradan çıxması araşdırılmalıdır: “Savo, Elvin, Sefas, son oyunda Bikalyo... Bunların heç biri ağır kontaktdan sonra zədələnməyib. Söhbət əsasən əzələ problemlərindən, yüklənmədən yaranan zədələrdən gedir. Bu, ciddi məsələdir. Məncə, Qurban Qurbanov bu işə cavabdeh olan şəxsdən hesabat tələb etməlidir. Niyə hər həftə bir futbolçu bu cür sıradan çıxır? Bunun səbəbi müəyyənləşdirilməlidir. Problemi yalnız transfer siyasəti ilə əlaqələndirmək də düzgün deyil. Desək ki, transfer edilmir, səhv etmiş olarıq. Transferlər edilir, hətta iki yeni futbolçunun da gəlməsi gözlənilir. Amma futbolçunu alıb iki həftə istifadə etdikdən sonra onun xidmətindən yararlana bilməmək çox üzücü vəziyyətdir. Bu məqama daha ciddi yanaşmaq lazımdır”.

“Tvente”nin də Bakıya tam optimal vəziyyətdə gəlmədiyini bildirən Məstəliyev hesab edir ki, niderlandlıların məcburən hücuma atılması “Qarabağ” üçün əlavə imkanlar yarada bilər: “Qonaqların qələbəyə ehtiyacı var və buna görə irəli gedəcəklər. Əslində, hücum futbolu onsuz da onların ənənəvi oyun tərzidir. Amma bu dəfə başqa çıxış yolları da azdır. Hücuma daha çox atıldıqca onsuz da ideal olmayan müdafiələrində boşluqlar yaranacaq. “Qarabağ” həmin boşluqlardan yararlanmalıdır. Qarşılaşmada hər iki komandanın qol imkanları olacaq. Bizim adımıza əsas məsələ onları boşa verməməkdir. Rəqib də fərqlənə bilər, biz də. Sadə səslənsə də, matçın taleyini daha dəqiq oynayan komanda müəyyənləşdirəcək. “Qarabağ” belə matçlara çox çıxıb və çox sınaqları geridə qoyub. Bunu da növbəti sınaq hesab etmək lazımdır. Qurban Qurbanova və komandaya inanmaq, “Sabah”a verdiyimiz dəstəyi “Qarabağ”a da göstərmək lazımdır. Dəfələrlə tarix yazmış, Azərbaycan futboluna böyük sevinclər yaşatmış bu kollektiv bunu haqq edir”.

Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
1:0 üstünlük, natamam heyət, zədə kabusu və “Tvente” təhlükəsi -“Qarabağ” son döyüşə çıxır
Bu gün, 13:16
Ev sahibini bıçaqla hədələyərək quldurluq edən şəxsə AĞIR CƏZA
Bu gün, 13:09
Şərurda "Bu kənddə kişi yoxdur" sözünə görə dava düşdü — DETALLAR
Bu gün, 13:07
Zeynəbdən ONU QINAYANLARA: - “Yayda şuba geyinməliyəm?”
Bu gün, 13:01
Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur - Paşinyan
Bu gün, 12:59
Koçaryanla Sarkisyan Bakıya verilə bilər? - CAVAB
Bu gün, 12:58
Ermənistan Rusiyanın etirazına səbəb olan qərarı təsdiqlədi - KİV
Bu gün, 12:53
Azərbaycanda akkumulyator istehsalçısına yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:45
Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabrda baş tuta bilər - Zelenskinin Ofisi
Bu gün, 12:44
Azərbaycan Suriyaya daxil olur: - qaz, Türkiyə və böyük geosiyasi oyun
Bu gün, 12:42
Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək - DETALLAR
Bu gün, 12:40
«Qala Həyat Sığorta» əvvəlki kimi işləyə bilmir – YIĞIMLAR AZALIR, ÖDƏNİŞLƏR ARTIR
Bu gün, 12:38
Azərbaycandan Rusiyaya və əksinə uçan təyyarələr havaya qalxa bilmədi - DRON TƏHLÜKƏSİ
Bu gün, 12:31
Paşinyan Putinin “sifarişlərini” yerinə yetirir? - Köçəryanın həbsi ilə bağlı şok iddialar
Bu gün, 12:28
“Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim” - NARAZILIQ VAR...
Bu gün, 12:22
CNN-lə məhkəmə - Azərbaycanın vəkilindən ilginc açıqlamalar
Bu gün, 12:19
Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi - İLGİNC
Bu gün, 12:14
Aİ referendumu: - Ermənistanın xarici siyasət balansı dəyişə bilərmi?
Bu gün, 12:12
Eyni məhsulları Azərbaycanda 345 manata, ABŞ-də isə 654 dollara almaq mümkündür - ARAŞDIRMA
Bu gün, 12:08
Vətəndaşlar asfalt çəkdirirlər, aidiyyəti qurumlar kef edirlər: Belə işləməyə nə var? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:59
“Son əsgər dəfn edilməyənə qədər savaş bitməyib”
Bu gün, 11:56
Xəstə qadını xüsusi amansızlıqla öldürənin İTTİHAM AKTI - TƏFƏRRÜAT
Bu gün, 11:53
“Qarabağ” 1,4 milyon manatlıq transfer edir?
Bu gün, 11:48
Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI
Bu gün, 11:34
Zaur Mikayılov Mirzəcan Xəlilov işbirliyinin arxasında daha nələr dayanır - İTTİHAM VAR...
Bu gün, 11:31
Köçəryanın halı pisləşdi, xəstəliyi ortaya çıxdı – Paşinyandan “yox” cavabı
Bu gün, 11:25
“Sinay Group”un kapitalı 230 min manat azaldıldı
Bu gün, 11:20
"Baktelecom"un "Rabitəbank"dakı payı "Aztelekom"a ötürülüb - DETALLAR
Bu gün, 11:18
Bakıda DƏHŞƏT: - boğazından bıçaqlanan kişi öldü
Bu gün, 11:10
Ceyhun Cəlilov da BELƏ YEYİR... - İTTİHAM VAR...
Bu gün, 11:07
Özünü kriminal aləmin üzvü kimi təqdim edərək quldurluq edən gənclə bağlı QƏRAR
Bu gün, 11:03
XARİCDƏ TƏHSİL VƏD EDƏN FIRILDAQÇILAR... - Belə şirkətləri necə müəyyən etmək olar?
Bu gün, 10:59
Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir - “715 min dollarımı vermirlər”
Bu gün, 10:55
Milyonluq mülki iddia üzrə bəraət almış sahibkarla bağlı yenidən məhkəməyə müraciət edildi
Bu gün, 10:50
Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı - QOD NİSANOVUN BAZARINDAN HAQQ TƏLƏB ETMİŞDİ
Bu gün, 10:36
Məhkəmə ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 10:30
Köçəryan və Sərkisyanla bağlı bu səhv düzəldilməlidir - Koçinyan
Bu gün, 10:27
Ermənistan qurumdan çıxarılacaq? - KTMT elan etdi
Bu gün, 10:24
“City Finance” BOKT-un rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:22
Təsirli dönüş və irəli: - “Sabah” Azərbaycan futbolunun statusunu dəyişdirdi
Bu gün, 10:17
Ermənistan üzünü NATO-ya çevirdi: Görüşlər başladı - Rusiya nə baş verdiyini anlamağa çalışır
Bu gün, 10:07
Paşinyan Putinin adamıdır, Köçəryanın həbsi oyundur - Rusiya nəşrindən sensasion iddialar
Bu gün, 10:00
"Sabah"ın Liqa mərhələsində rəqibləri bu gün Monakoda müəyyənləşəcək - UEFA Çempionlar Liqası
Bu gün, 09:57
Azərbaycanda yeni yaradılan investisiya şirkəti formasını dəyişir, kapitalını kəskin azaldır
Bu gün, 09:55
Nigar Fərhad saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:52
Köçəryan yenidən xəstəxanaya yerləşdirilib - “Yerevan Today”
Bu gün, 08:35
Neftin qiyməti 88 dollardan aşağı enib
Bu gün, 08:15
Vüsal Nəsirli Saleh Məmmədovun kadrları ilə dil tapdı - AAYDA-da görünən və ya görünməyən oyunlar
Bu gün, 08:08
Putin "B planı"nı işə saldı: - Avropaya hücum...
Bu gün, 08:04
Paşinyanın keçmiş hakimiyyətlə hesablaşması... - Koçaryan niyə həbs olundu?
Bu gün, 08:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru