1:0 üstünlük, natamam heyət, zədə kabusu və “Tvente” təhlükəsi .....                     Ev sahibini bıçaqla hədələyərək quldurluq edən şəxsə .....                     Şərurda "Bu kənddə kişi yoxdur" sözünə görə dava düşdü .....                     Zeynəbdən ONU QINAYANLARA: .....                     Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur .....                     Koçaryanla Sarkisyan Bakıya verilə bilər? .....                     Ermənistan Rusiyanın etirazına səbəb olan qərarı təsdiqlədi .....                     Azərbaycanda akkumulyator istehsalçısına yeni rəhbər təyin edilib .....                     Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabrda baş tuta bilər .....                     Azərbaycan Suriyaya daxil olur: .....                     Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək .....                     «Qala Həyat Sığorta» əvvəlki kimi işləyə bilmir .....                     Azərbaycandan Rusiyaya və əksinə uçan təyyarələr havaya qalxa bilmədi .....                     Paşinyan Putinin “sifarişlərini” yerinə yetirir? .....                     “Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim” .....                     CNN-lə məhkəmə .....                     Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi .....                     Aİ referendumu: .....                     Eyni məhsulları Azərbaycanda 345 manata, ABŞ-də isə 654 dollara almaq mümkündür .....                     Vətəndaşlar asfalt çəkdirirlər, aidiyyəti qurumlar kef edirlər: Belə işləməyə nə var? .....                     “Son əsgər dəfn edilməyənə qədər savaş bitməyib” .....                     Xəstə qadını xüsusi amansızlıqla öldürənin İTTİHAM AKTI .....                     “Qarabağ” 1,4 milyon manatlıq transfer edir? .....                     Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub .....                     Zaur Mikayılov Mirzəcan Xəlilov işbirliyinin arxasında daha nələr dayanır .....                     Köçəryanın halı pisləşdi, xəstəliyi ortaya çıxdı .....                     “Sinay Group”un kapitalı 230 min manat azaldıldı .....                     "Baktelecom"un "Rabitəbank"dakı payı "Aztelekom"a ötürülüb .....                     Bakıda DƏHŞƏT: .....                     Ceyhun Cəlilov da BELƏ YEYİR... .....                     Özünü kriminal aləmin üzvü kimi təqdim edərək quldurluq edən gənclə bağlı .....                     XARİCDƏ TƏHSİL VƏD EDƏN FIRILDAQÇILAR... .....                     Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir .....                     Milyonluq mülki iddia üzrə bəraət almış sahibkarla bağlı .....                     Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı .....                     Məhkəmə ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı qərarı açıqladı .....                     Köçəryan və Sərkisyanla bağlı bu səhv düzəldilməlidir .....                     Ermənistan qurumdan çıxarılacaq? .....                     “City Finance” BOKT-un rəhbərliyinə təyinat olub .....                     Təsirli dönüş və irəli: .....                 

Aİ referendumu: - Ermənistanın xarici siyasət balansı dəyişə bilərmi?
Tarix: Bu gün, 12:12 | Çap et

Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqına üzvlüklə bağlı referendum hazırlıqlarını gündəmə gətirməsi İrəvanın xarici siyasətdə Qərbə inteqrasiya kursunu daha açıq şəkildə nümayiş etdirməsi kimi qiymətləndirilir. Paşinyan prosesin mürəkkəb və uzunmüddətli olduğunu vurğulasa da, bu bəyanat Ermənistanın Avrasiya məkanından tədricən uzaqlaşmaq niyyətinin növbəti siqnalı hesab olunur. Ekspertlər hesab edirlər ki, mümkün referendum həm ölkədaxili siyasi müzakirələri, həm də Ermənistanın Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərini yenidən gündəmə gətirə bilər.

  • Ermənistanın Aİ-yə üzvlük istiqamətində addımlar atması ölkənin Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərinə necə təsir göstərə bilər?
  • Avropa İttifaqına üzvlüklə bağlı referendum təşəbbüsü Ermənistan daxilində hansı siyasi və ictimai prosesləri sürətləndirə bilər?

Mətbuat Şurası İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı referendum məsələsini gündəmə gətirməsi Cənubi Qafqazın geosiyasi mənzərəsində diqqətdən kənarda qala bilməyəcək yeni mərhələnin başlanğıcıdır. Baş nazir Nikol Paşinyanın açıqlamalarından görünür ki, söhbət artıq yalnız Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsindən getmir. İrəvan ölkənin gələcək inteqrasiya istiqamətini müəyyənləşdirəcək siyasi qərarın hazırlanmasına başlayır.

Paşinyanın prosesi uzun və mürəkkəb kimi xarakterizə etməsi də təsadüfi deyil. Çünki Ermənistanın qarşısında sadəcə yeni xarici siyasət prioriteti deyil, mövcud siyasi, iqtisadi və təhlükəsizlik sistemlərinin yenidən qurulmasını tələb edən seçim dayanır.

Ermənistan uzun illər Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə sıx siyasi və iqtisadi əlaqələr sistemində yer alıb. Bu münasibətlər yalnız ticarət və iqtisadi əməkdaşlıqla məhdudlaşmayıb, ölkənin təhlükəsizlik arxitekturasının mühüm hissəsini də təşkil edib. İndi isə İrəvanın Avropa istiqamətində daha açıq və institusional addımlar atması həmin modelin gələcəyi barədə sualları qaçılmaz edir.

“Əslində, burada söhbət bir gündə Rusiya ilə münasibətlərin kəsilməsindən getmir. Daha fundamental məsələ Ermənistanın özünü hansı inteqrasiya məkanının tərkibində görmək istəməsidir.

İrəvanın vəziyyətində əsas paradoks da məhz bundan ibarətdir. Ermənistan hələ Avropa İttifaqına üzv deyil və üzvlük prosesi uzun illər çəkə bilər. Eyni zamanda Ermənistanın Aİİ-də iştirakı davam edir və Paşinyan özü də bu iki istiqamətin müəyyən mərhələdən sonra hüquqi baxımdan bir-biri ilə uzlaşmayacağını etiraf edib. Deməli, referendum məsələsi əslində gələcəkdə Ermənistanın hansı iqtisadi və siyasi inteqrasiya modelinə üstünlük verəcəyini müəyyənləşdirə biləcək strateji seçimə çevrilir.

Bu seçimin iqtisadi tərəfi Ermənistan üçün heç də sadə deyil. Aİİ Ermənistan iqtisadiyyatı üçün hazırda real və işlək ticarət məkanıdır. Rusiya ilə formalaşmış ticarət əlaqələri, logistika kanalları, enerji münasibətləri və əmək miqrasiyası uzun illər ərzində bir-birinə bağlı iqtisadi sistem yaradıb. Ermənistanın Avropa istiqamətinə keçidi isə bu əlaqələrin bir hissəsinin yenidən qurulmasını tələb edə bilər.

Başqa sözlə, Aİ-yə inteqrasiya siyasi qərar kimi qəbul edilsə də, onun iqtisadi nəticələri gündəlik həyatda, biznes mühitində, ticarətdə və enerji bazarında hiss olunacaq” deyə politoloq bildirib.

Onun sözlərinə görə, başqa bir tərəfdən Avropa istiqaməti Ermənistan üçün yeni imkanlar da yarada bilər. Aİ bazarına çıxışın genişləndirilməsi, institusional islahatlar, investisiyaların artması, hüquqi və iqtisadi standartların Avropa normalarına uyğunlaşdırılması Ermənistan iqtisadiyyatının strukturunu dəyişə bilər.

O vurğulayıb ki, bunun müqabilində Ermənistan daha yüksək rəqabət və standartlarla üzləşəcək. Buna görə də Aİ-yə inteqrasiya sadəcə siyasi şüar deyil, iqtisadi modelin dəyişdirilməsi deməkdir.

Politoloqun fikrincə,məsələnin ən həssas tərəfi isə təhlükəsizlikdir. Ermənistanın Rusiya ilə münasibətlərində son illərdə baş verən dəyişikliklər göstərdi ki, İrəvan əvvəlki təhlükəsizlik modelinə əvvəlki qədər etibar etmir. Ancaq hal-hazırda da Rusiyanın Ermənistanın təhlükəsizlik və müdafiə sahəsində oynadığı rolun alternativi yoxdur.

Ermənistan hakimiyyətinin ritorikasında getdikcə daha çox “diversifikasiya”, “suverenlik” və alternativ təhlükəsizlik mexanizmləri anlayışları ön plana çıxır. Bu baxımdan Aİ ilə yaxınlaşma İrəvan üçün yalnız iqtisadi və siyasi seçim deyil, həm də təhlükəsizlik sisteminin yenidən düşünülməsi cəhdidir.

O bildirib ki, burada mühüm məqamı nəzərə almaq lazımdır: Avropa İttifaqına üzvlük NATO üzvlüyü və ya avtomatik hərbi təminat demək deyil. Ermənistan Rusiyanın təhlükəsizlik sistemindən uzaqlaşmaq istəsə belə, onun qarşısında dərhal hazır və tam alternativ təhlükəsizlik mexanizmi yaranmır. Bu isə İrəvanın qarşıdakı dövrdə ən çətin strateji problemlərindən biri olaraq qalacaq: “Referendumun Ermənistan daxilində siyasi nəticələri də az əhəmiyyət daşımır. Belə bir səsvermə ölkənin xarici siyasət məsələsini birbaşa daxili siyasi mübarizənin predmetinə çevirə bilər. Paşinyan hökuməti Avropa inteqrasiyasını suveren seçim, demokratik gələcək və dövlətin xarici asılılıqlardan azadlaşması kimi təqdim edə bilər. Müxalif qüvvələr isə iqtisadi riskləri, Rusiya ilə münasibətlərin pisləşməsi ehtimalını və təhlükəsizlik məsələlərini ön plana çıxara bilərlər.

“Referendum Ermənistan cəmiyyətində sadəcə “Avropaya bəli, yoxsa xeyr?” sualından ibarət olmayacaq. Bunun arxasında daha böyük sual dayanacaq: Ermənistan gələcəkdə hansı siyasi, iqtisadi və təhlükəsizlik sisteminin bir hissəsi olmaq istəyir? Məhz buna görə referendum ətrafında müzakirələrin getdikcə daha emosional və kəskin xarakter alması mümkündür”.

Yeganə Hacıyeva deyir ki, bu proses Moskvanın mövqeyi baxımından da müəyyən paradoks yaradır. Rusiya Ermənistanın belə bir məsələni referendum yolu ilə həll etməsinə prinsip etibarilə qarşı çıxmır. Lakin referendumun real siyasi nəticəsi Ermənistanın Avrasiya inteqrasiyasından uzaqlaşması olarsa, bu, Rusiya üçün Cənubi Qafqazdakı təsir imkanlarının azalması anlamına gələ bilər. Ermənistanın Aİİ-dən mümkün çıxışı Moskvanın yalnız İrəvanla siyasi münasibətlərinə deyil, regiondakı iqtisadi və geosiyasi mövqeyinə də təsir göstərə bilər.

Bununla yanaşı, Ermənistanın Avropa istiqamətində hərəkəti Rusiyanın regiondan tamamilə sıxışdırılması anlamına da gəlmir. Cənubi Qafqaz mürəkkəb geosiyasi rəqabət məkanıdır və burada Rusiya ilə yanaşı Avropa İttifaqının, ABŞ-ın, Türkiyənin, İranın və digər aktorların maraqları toqquşur. Ermənistanın Qərbə yaxınlaşması bu rəqabətin yeni mərhələsini formalaşdıra bilər”-deyə o əlavə edib.

Politoloqun fikrincə, Azərbaycan üçün məsələnin xüsusi əhəmiyyəti var. Ermənistanın Avropa inteqrasiyası təşəbbüslərində bizim üçün əsas məsələ Ermənistanın hansı istiqamətə getməsindən daha çox, bu istiqamətin regiondakı sülh, kommunikasiya xətlərinin açılması, iqtisadi əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik mühitinə necə təsir edəcəyidir.

Əgər Ermənistanın Avropaya inteqrasiyası iqtisadi inteqrasiya , regional kommunikasiyaların inkişafı, sülh prosesinin hüquqi institusional möhkəmlənməsi və qonşularla münasibətlərin normallaşması ilə müşayiət olunarsa, bu, Cənubi Qafqaz üçün yeni imkanlar yarada bilər.

Əksinə, Avropa inteqrasiyası yeni geosiyasi qarşıdurma xəttinə çevrilərsə, regionda onsuz da mövcud olan rəqabəti daha da kəskinləşdirə bilər.

Bu baxımdan Paşinyanın referendum təşəbbüsü Ermənistanın Rusiyadan birdəfəlik qopması barədə yekun qərar kimi deyil, daha böyük strateji ambisiya kimi qiymətləndirilməlidir.

Rəsmi İrəvan hazırda seçim mərhələsinə daxil olur. Bu seçimin nəticəsi yalnız Ermənistanın xarici siyasət kursunu deyil, onun iqtisadi modelini, təhlükəsizlik arxitekturasını və regiondakı rolunu da müəyyən edə bilər.

Bizimyol.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
1:0 üstünlük, natamam heyət, zədə kabusu və “Tvente” təhlükəsi -“Qarabağ” son döyüşə çıxır
Bu gün, 13:16
Ev sahibini bıçaqla hədələyərək quldurluq edən şəxsə AĞIR CƏZA
Bu gün, 13:09
Şərurda "Bu kənddə kişi yoxdur" sözünə görə dava düşdü — DETALLAR
Bu gün, 13:07
Zeynəbdən ONU QINAYANLARA: - “Yayda şuba geyinməliyəm?”
Bu gün, 13:01
Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur - Paşinyan
Bu gün, 12:59
Koçaryanla Sarkisyan Bakıya verilə bilər? - CAVAB
Bu gün, 12:58
Ermənistan Rusiyanın etirazına səbəb olan qərarı təsdiqlədi - KİV
Bu gün, 12:53
Azərbaycanda akkumulyator istehsalçısına yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:45
Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabrda baş tuta bilər - Zelenskinin Ofisi
Bu gün, 12:44
Azərbaycan Suriyaya daxil olur: - qaz, Türkiyə və böyük geosiyasi oyun
Bu gün, 12:42
Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək - DETALLAR
Bu gün, 12:40
«Qala Həyat Sığorta» əvvəlki kimi işləyə bilmir – YIĞIMLAR AZALIR, ÖDƏNİŞLƏR ARTIR
Bu gün, 12:38
Azərbaycandan Rusiyaya və əksinə uçan təyyarələr havaya qalxa bilmədi - DRON TƏHLÜKƏSİ
Bu gün, 12:31
Paşinyan Putinin “sifarişlərini” yerinə yetirir? - Köçəryanın həbsi ilə bağlı şok iddialar
Bu gün, 12:28
“Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim” - NARAZILIQ VAR...
Bu gün, 12:22
CNN-lə məhkəmə - Azərbaycanın vəkilindən ilginc açıqlamalar
Bu gün, 12:19
Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi - İLGİNC
Bu gün, 12:14
Aİ referendumu: - Ermənistanın xarici siyasət balansı dəyişə bilərmi?
Bu gün, 12:12
Eyni məhsulları Azərbaycanda 345 manata, ABŞ-də isə 654 dollara almaq mümkündür - ARAŞDIRMA
Bu gün, 12:08
Vətəndaşlar asfalt çəkdirirlər, aidiyyəti qurumlar kef edirlər: Belə işləməyə nə var? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:59
“Son əsgər dəfn edilməyənə qədər savaş bitməyib”
Bu gün, 11:56
Xəstə qadını xüsusi amansızlıqla öldürənin İTTİHAM AKTI - TƏFƏRRÜAT
Bu gün, 11:53
“Qarabağ” 1,4 milyon manatlıq transfer edir?
Bu gün, 11:48
Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI
Bu gün, 11:34
Zaur Mikayılov Mirzəcan Xəlilov işbirliyinin arxasında daha nələr dayanır - İTTİHAM VAR...
Bu gün, 11:31
Köçəryanın halı pisləşdi, xəstəliyi ortaya çıxdı – Paşinyandan “yox” cavabı
Bu gün, 11:25
“Sinay Group”un kapitalı 230 min manat azaldıldı
Bu gün, 11:20
"Baktelecom"un "Rabitəbank"dakı payı "Aztelekom"a ötürülüb - DETALLAR
Bu gün, 11:18
Bakıda DƏHŞƏT: - boğazından bıçaqlanan kişi öldü
Bu gün, 11:10
Ceyhun Cəlilov da BELƏ YEYİR... - İTTİHAM VAR...
Bu gün, 11:07
Özünü kriminal aləmin üzvü kimi təqdim edərək quldurluq edən gənclə bağlı QƏRAR
Bu gün, 11:03
XARİCDƏ TƏHSİL VƏD EDƏN FIRILDAQÇILAR... - Belə şirkətləri necə müəyyən etmək olar?
Bu gün, 10:59
Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir - “715 min dollarımı vermirlər”
Bu gün, 10:55
Milyonluq mülki iddia üzrə bəraət almış sahibkarla bağlı yenidən məhkəməyə müraciət edildi
Bu gün, 10:50
Rusiyada həbs edilən azərbaycanlı avtoritet bu hala salındı - QOD NİSANOVUN BAZARINDAN HAQQ TƏLƏB ETMİŞDİ
Bu gün, 10:36
Məhkəmə ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 10:30
Köçəryan və Sərkisyanla bağlı bu səhv düzəldilməlidir - Koçinyan
Bu gün, 10:27
Ermənistan qurumdan çıxarılacaq? - KTMT elan etdi
Bu gün, 10:24
“City Finance” BOKT-un rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:22
Təsirli dönüş və irəli: - “Sabah” Azərbaycan futbolunun statusunu dəyişdirdi
Bu gün, 10:17
Ermənistan üzünü NATO-ya çevirdi: Görüşlər başladı - Rusiya nə baş verdiyini anlamağa çalışır
Bu gün, 10:07
Paşinyan Putinin adamıdır, Köçəryanın həbsi oyundur - Rusiya nəşrindən sensasion iddialar
Bu gün, 10:00
"Sabah"ın Liqa mərhələsində rəqibləri bu gün Monakoda müəyyənləşəcək - UEFA Çempionlar Liqası
Bu gün, 09:57
Azərbaycanda yeni yaradılan investisiya şirkəti formasını dəyişir, kapitalını kəskin azaldır
Bu gün, 09:55
Nigar Fərhad saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:52
Köçəryan yenidən xəstəxanaya yerləşdirilib - “Yerevan Today”
Bu gün, 08:35
Neftin qiyməti 88 dollardan aşağı enib
Bu gün, 08:15
Vüsal Nəsirli Saleh Məmmədovun kadrları ilə dil tapdı - AAYDA-da görünən və ya görünməyən oyunlar
Bu gün, 08:08
Putin "B planı"nı işə saldı: - Avropaya hücum...
Bu gün, 08:04
Paşinyanın keçmiş hakimiyyətlə hesablaşması... - Koçaryan niyə həbs olundu?
Bu gün, 08:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru