“Azeri Light” markalı Azərbaycan nefti 2 dollar ucuzlaşıb.
"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin bir barelinin son ticarət qiyməti 1,99 ABŞ dolları və ya 2,05% azalaraq 95,13 ABŞ dollarına düşüb.
Əvvəlki ticarət sessiyasında “Azeri Light”ın bir bareli 97,12 ABŞ dollarına satılmışdı.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.















