ABŞ-nin maliyyə naziri Skot Bessent Tehrana təzyiqi artırmaq üçün yeni kampaniyanın başladığını elan edib. Bu barədə "DİA-AZ" xarici KİV-ə istinadən xəbər verir. O bildirib ki, Birləşmiş Ştatlar “İranın dünyadakı maliyyə əlaqələrinə iqtisadi hücuma başlayır”.
“Məqsədimiz Tehran tək qalanadək bu zalım rejimi ayaqda saxlayan bütün iqtisadi dəstək kanallarını kəsməkdir”, – Bessent avqustun 24-də Vaşinqtonda mətbuat konfransında deyib.
Bessent bildirib ki, ABŞ İrandan gələn təhlükəyə “son qoyur”. Birləşmiş Ştatlar “İran rejiminin qanunsuz gəlirlərinin istənilən mənbəyini amansızcasına hədəfə alacaq”, deyə o, üçüncü ölkələrə xəbərdarlıq edib.
Bessentin sözlərinə görə, Tramp dünya liderlərinə konkret xahişlərlə zəng edir. Hər bir ölkəyə “İranla əlaqəli, müəyyən etdiyimiz fəaliyyəti... dayandırmaq” üçün konkret vaxt veriləcək.
Maliyyə naziri əlavə edib ki, İranı dəstəkləyən istənilən ölkə ABŞ sanksiyaları ilə üzləşməyə hazır olmalıdır.
ABŞ və İsrailin İranla müharibəyə başlamasından təxminən altı ay keçir. Müharibə Fars körfəzindən Hörmüz boğazı vasitəsilə enerji nəqlini ciddi məhdudlaşdırıb.















