Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır .....                     "Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? .....                     Biləsuvarda əmi qardaşı oğlunu vurdu, .....                     "Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" .....                     Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! .....                     Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: .....                     “Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” .....                     Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” .....                     “TuranBank”ın borcları kəskin şəkildə artaraq .....                     Paşinyanın Avropa arzusu puç oldu: .....                     Ədliyyə Nazirliyinin qurumlarından .....                     Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib .....                     Generala yüksək vəzifə verildi .....                     Keçmiş nazirdən vahid müəllim formasına etiraz: .....                     Pensiya almaq çətinləşəcək? .....                     Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu .....                     Görün, millətə NƏ YEDİRİRLƏR... .....                     Köçəryanın bloku “qollarını çırmaladı”: .....                     Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var .....                     “MJ Financial Services BOKT” .....                     Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır .....                     Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb .....                     SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır .....                     Erməni müxalifətindən Rusiyaya gözlənilməz .....                     Aktrisadan Xalq artistinə DƏSTƏK: .....                     "Söhbət puldan düşəndə ayrılmışıq, hansısa rejissorun cibini doldurmaq üçün..." .....                     Qalmaqallı eks-direktorun işi Ali Məhkəmədə .....                     Türkiyəyə zərbə, yoxsa... .....                     ABŞ-nin məşhur “çaypulu”su turistləri narahat edir .....                     Paşinyana qarşı məhkəmə iddiası qaldırıldı .....                     Boşandıqdan sonra başqası ilə evlənirmiş .....                     Başçı rəssama olan borcunu icra nümayəndələrinə ÖDƏTDİRİR... .....                     Bu binada hərənin ən azı İKİ VƏZİFƏSİ VAR... .....                     "Lukoil"dən narazılıq: "Yanacağı az vururlar" .....                     Goranboyda Prezidentə yalan danışanlar kimlərdir? .....                     Sabiq xanım deputata yeni vəzifə verildi .....                     AZAL-ın Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artıb .....                     "Güdün, görüm nə vaxta qədər güdəcəksiz?" .....                     Restorana sərxoş vəziyyətdə daxil olmaq istəyən şəxs mühafizəçini bıçaqladı .....                     Rüşvətlə vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxslərin istintaqı başa çatıb .....                 

Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” - TƏFƏRRÜAT
Tarix: Bu gün, 15:05 | Çap et

Yevlax şəhərində 35 yaşlı kişi ögey qardaşını öldürüb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Mərdan mağazadan spirtli içki alaraq içmək üçün yaşadığı evdən çıxaraq piyada Yevlax şəhərində yerləşən ərzaq mağazasına gedib. Oradan spirtli içki olan pivə alaraq parkda içib və orada bir müddət oturduqdan sonra gecəyarısı yaşadığı evə qayıdıb.

Evin qapısından həyətə daxil olduqdan sonra onunla birlikdə yaşayan, ögey qardaşı Mahirin (adlar şərti verilib – red.) spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə olduğunu görüb. O, Mahirin əvvəllər də mütəmadi olaraq spirtli içki qəbul edərək sərxoşluq vəziyyətində onunla əsassız olaraq mübahisələr etməsini ona yaşadığı evdə dinclik verməməsi ilə əlaqələndirib.

Bu zaman Mərdan ögey qardaşına nə üçün mütəmadi olaraq spirtli içki içməsini irad bildirib və söhbət edən zaman Mahir yenə də əvvəlki günlərdə olduğu kimi onu nalayiq söyüşlərlə söyərək təhqir edib.

Mərdan Mahirlə mübahisə etməyib və onun sakitləşməsi üçün uzaqlaşaraq evin həyətyanı sahəsində olan həyət itinin yanına gedib. Amma Mahir əlinə bıçaq götürərək onun ünvanına uca səslə nalayiq söyüşlər söyüb və onun arxası ilə həyətin ortasına doğru gəlib. Həmin vaxt həyətdə olan it Mahirə tərəf qaçıb.

Daha sonra Mahir itin onun üstünə cummasından qorxaraq hər iki dizi üstə yerə çöküb. Həmin vaxt Mərdan ögey qardaşının əlindən bıçağın yerə düşdüyünü görüb və bıçağı götürərək ona xəsarətlər yetirib. Çoxsaylı xəsarətlər alan Mahir ölüb.

İstintaq orqanı tərəfindən Mərdanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Mərdan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, mərhum Mahir onun ögey qardaşı olub, yəni onların anaları eyni, ataları ayrı olub: “Mən anam Tamara və qardaşım Mahirlə birlikdə yaşamışam. Amma son vaxtlar Mahir narahatlıq yaratdığına görə anam Bakı şəhərinə gedib. Mahir illərlə spirtli içki qəbul edərək məni döyüb və mənə qarşı nalayiq ifadələr işlədib. Halbuki bir qardaş olaraq dəfələrlə onun həyatını xilas etmişəm. Mahir həmişə birinci mənim, sonra isə anamın başını kəsərək öldürəcəyini bildirib. Mahir məni öldürəcəyini dediyi üçün ondan çox qorxmuşam. Mahirə dəfələrlə xəbərdarlıq etmişəm və nəticə etibarı ilə düşünmə qabiliyyətini itirərək onu vurmuşam. Mənim Mahiri öldürmək fikrim olmayıb. Psixoloji vəziyyətim bu hadisənin baş verməsinə səbəb olub”.

Təqsirləndirilən şəxs deyib ki, hadisə baş verməmişdən öncə səhər saatlarında Mahirlə birlikdə mehribancasına bazarda çay içiblər: “Hadisə gecə saatlarında baş verib. Mən hadisə baş verənə qədər, son üç gün olardı ki, axşamlar evə gəlməmişəm. Mahir hər gün spirtli içki qəbul edib. Mən özüm də hadisədən əvvəl mağazaya gedərək pivə almışam və parkda yarım butulka pivə içmişəm. Evə qayıtdıqda Mahirin də içkili olduğunu gördüm. O, məndən əl çəkməyərək üzərimə hücum çəkdi, nalayiq ifadələr işlətdi. Mübahisənin baş verməsinin səbəbi Mahirin məni hədələyərək, başımı kəsəcəyini deməsi olub. Mən Mahirdən nə üçün bu hərəkəti edəcəyini soruşdum. O, səbəb kimi anamın tərəfini saxladığını göstərdi. Mən ona əl-üzünü yumasını bildirdim. O, da əl-üzünü yudu. Mən bağı sulayan zaman Mahir əlində bıçaqla üzərimə gəldi. Bu zaman it Mahirə hücum etdi. Amma itin zənciri çatmadı”.

Təqsirləndirilən şəxs daha sonra ifadəsində ögey qardaşını öldürmək fikiri olmadığını izah edib: “Mübahisə zamanı Mahirin əlində bıçaq olub. Həmin vaxt onun ayağı sürüşərək yıxıldığı üçün əlindəki bıçaq yerə düşüb. Mən də dərhal həmin bıçağı götürdüm və cibimə qoydum ki, görməsin. Əgər mənim Mahiri öldürmək fikrim olsa idi, elə həmin an onu öldürərdim. Mənim fikrimcə, həmin vaxt Mahir yıxılmasaydı, məni öldürəcəkdi. Bundan sonra o, məni söyərək yenə üzərimə hücum etdi, ayağıma xəsarət yetirdi. Mən də Mahirə bıçaqla vurmuşam. Birinci bıçaq zərbəsini vurduqdan sonra Mahirə qaçması üçün şərait yaratdım. Amma o, getmək əvəzinə, baltanın olduğu yerə doğru getdi. Mahirin baltaya tərəf getdiyini görərək yenidən onun kürək nahiyəsindən bıçaqla vurmağa başladım. Həmin vaxt Mahir üç dəfə baltanı götürməyə cəhd etdi. Mən də onun ön hissəsindən vurdum”.

Mərdan deyib ki, daha sonra törətdiyi hadisə barədə anasına məlumat verib və könüllü surətdə polisə təslim olub. Onun ifadəsinə görə, Mahirlə onun arasında əvvəllər də mübahisələr baş verib: “Hətta mən Mahir barəsində polisə də şikayət etmişəm. 2022-ci ildə Mahir mənim burnumu sındırdı. Mahirdə şizofreniya xəstəliyi olub. O, bir müddət psixatrik xəstəxanada stasionar müalicədə olub. Mən əvvəllər fəhlə kimi işləmişəm. Amma son üç-dörd ildə özümə qapanmışam və toyuq-cücə saxlamışam. Törətdiyim əməldən peşmanam”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mərdan 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır - ŞƏRH
Bu gün, 16:07
"Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? - ARAŞDIRMA
Bu gün, 15:57
Biləsuvarda əmi qardaşı oğlunu vurdu, məhkəmə hökm çıxardı
Bu gün, 15:55
"Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" - ADY rəsmisi
Bu gün, 15:53
Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! - ÇAĞIRIŞ...
Bu gün, 15:47
Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: - Hərəkat başlayır
Bu gün, 15:24
“Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” - Miskaryan
Bu gün, 15:18
Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” - TƏFƏRRÜAT
Bu gün, 15:05
“TuranBank”ın borcları kəskin şəkildə artaraq 284 milyon manata çatıb
Bu gün, 15:00
Paşinyanın Avropa arzusu puç oldu: - Ermənistan yenə Rusiyanın "qapısını döyəcək"
Bu gün, 14:59
Ədliyyə Nazirliyinin qurumlarından - 4 YENİ TENDER
Bu gün, 14:57
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib
Bu gün, 14:55
Generala yüksək vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:51
Keçmiş nazirdən vahid müəllim formasına etiraz: - "Vallah, gülməlidir”
Bu gün, 14:48
Pensiya almaq çətinləşəcək? - Azərbaycana dair MÜHÜM PROQNOZ
Bu gün, 14:45
Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu - FOTO
Bu gün, 14:43
Görün, millətə NƏ YEDİRİRLƏR... - FOTO
Bu gün, 13:12
Köçəryanın bloku “qollarını çırmaladı”: - Konstitisiya dəyişikliyinə qarşı
Bu gün, 13:05
Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 13:01
“MJ Financial Services BOKT” – 2 MİLYON MANAT BORCLANIR
Bu gün, 12:56
Bakı–Tiflis–Bakı qatarlarında sərnişin tutumu artırılır - NƏHAYƏT...
Bu gün, 12:53
Makron Dəməşqdəki partlayışlardan sonra xəsarət almayıb - Yelisey sarayından AÇIQLAMA
Bu gün, 12:25
SOS: Cəlilabadda heyvanlar kütləvi qırılır - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 12:25
Erməni müxalifətindən Rusiyaya gözlənilməz İTTİHAM
Bu gün, 12:15
Aktrisadan Xalq artistinə DƏSTƏK: - “O sənəti olmayan istedadsızlar…”
Bu gün, 12:14
"Söhbət puldan düşəndə ayrılmışıq, hansısa rejissorun cibini doldurmaq üçün..."
Bu gün, 12:06
Qalmaqallı eks-direktorun işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 12:02
Türkiyəyə zərbə, yoxsa... – Tarazlıq təhlükədə
Bu gün, 12:01
ABŞ-nin məşhur “çaypulu”su turistləri narahat edir – SSRİ-də qadağan edilmişdi
Bu gün, 11:55
Paşinyana qarşı məhkəmə iddiası qaldırıldı - KİV
Bu gün, 11:40
Boşandıqdan sonra başqası ilə evlənirmiş - Kürəkənin güllələnməsinin təfərrüatı
Bu gün, 11:38
Başçı rəssama olan borcunu icra nümayəndələrinə ÖDƏTDİRİR... - AXI NİYƏ?..
Bu gün, 11:30
Bu binada hərənin ən azı İKİ VƏZİFƏSİ VAR... - AY MAŞALLAH...
Bu gün, 11:25
"Lukoil"dən narazılıq: "Yanacağı az vururlar" - VİDEO
Bu gün, 11:15
Goranboyda Prezidentə yalan danışanlar kimlərdir? - Yeni çəkilən yol və körpü heç bir il dözmədi...
Bu gün, 11:04
Sabiq xanım deputata yeni vəzifə verildi - FOTO
Bu gün, 10:58
AZAL-ın Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artıb - FOTO
Bu gün, 10:56
"Güdün, görüm nə vaxta qədər güdəcəksiz?" - Firəngiz Mütəllimova ona yazılan mənfi rəylərdən danışdı
Bu gün, 10:53
Restorana sərxoş vəziyyətdə daxil olmaq istəyən şəxs mühafizəçini bıçaqladı - MƏHKƏMƏ
Bu gün, 10:47
Rüşvətlə vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxslərin istintaqı başa çatıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Nazim Tahirovun FIRILDAQ ŞƏBƏKƏSİ: Nə yoğurdum, nə yapdım... HAZIR BİNA TAPDIM! - Aldadılmış iş adamı şok faktları açıqlayır
Bu gün, 10:45
Keçmiş icra başçının imzasını saxtalaşdıran eks-bələdiyyə əməkdaşı ilə bağlı QƏRAR
Bu gün, 10:18
Bilgəh Kardioloji Sanatoriyasındə dincələnlər üçün "LAQONDA" SİMFONİYASI... - NARAZILIQ VAR...
Bu gün, 10:12
Səhiyyə nazirinə yeni müavin təyin edilib - DOSYE
Bu gün, 09:57
Ağstafa rayonunda dövlət tenderlərini kimlər udur? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 09:54
“Qala Həyat”nın İdarə Heyətinə yeni təyinat olacaq - TƏDARÜK VAR...
Bu gün, 09:52
Bakıdan Kişinyova: Narışkin və Mehdiyevin bağlanan casus “evləri” - Agent şəbəkəsinin təmizlənməsi
Bu gün, 09:44
Bakı–Naxçıvan marşrutu üzrə aviareyslər bərpa olunub - DİQQƏT!
Bu gün, 09:38
Naxçıvanda BEYNƏLXALQ SƏVİYYƏLİ SAXTAKARLIQ! - SƏN DEMƏ...
Bu gün, 09:22
Enişdə olan Almaniya üçün Azərbaycan nümunəsi... - GƏLİŞMƏ
Bu gün, 08:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru