Əsas Səhifə > Güney Press > Erməni və türk iş adamları Vanda görüşdülər

Erməni və türk iş adamları Vanda görüşdülər


Bu gün, 17:23

Ermənistan Sənayeçilər və İş Adamları Birliyinin rəhbərləri və erməni iş adamları Türkiyənin Van Ticarət və Sənaye Palatasını ziyarət etdilər.

Teleqraf xəbər verir ki, səfər “Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına dəstək: Sərhədlərarası əlaqələrin gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub.

Tərəflər sərhəd-keçid məntəqəsinin açılması və Van Ticarət və Sənaye Palatasının bu prosesdəki rolunu müzakirə ediblər.


Geri qayıt