Deputatın fikrinə sözardı: .....                     "Qaradağ Şüşə Zavodu" ASC özəlləşdirilib .....                     “Qardaşımla birgə 16 milyon vermişik” .....                     Qərb Gürcüstanı “vurub”, Ermənistanı niyə gücləndirir: .....                     Zabil Qəhrəmanovun cinayət işi məhkəmə baxışına verilib .....                     Rektor Afət Seyidzadəyə vəzifə verdi .....                     "İnsanların həyatına qənim kəsilmisiniz?" .....                     Anar Bayramov ona etimad göstərdi .....                     İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib .....                     Deputat sahibkarların problemindən danışdı .....                     Moskva və Ankara "S-400"lərin mümkün təkrar satışını müzakirə edir .....                     “Agro Norm”un təsisçisi şirkətdən milyonlarını götürüb ayrıldı .....                     Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi .....                     “Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi .....                     Azərbaycan iqtisadiyyatının nə qədər böyüdüyü açıqlandı .....                     Bazarda mağazanın qarşısına paltar asmaq üstündə qadınlar arasında dava .....                     Sanki kimsə Naxçıvanın boşaldılmasına çalışır... .....                     Avropada və Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi .....                     Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi .....                     Simonyana “torba”nı onlar tikibmiş .....                     Qardaşına çıxarılan hökmə görə qadın hakimə qarşı xuliqanlıq etdi, həbs olundu .....                     Balakəndə qəbiristanlığı sel basdı: .....                     "Rabitəbank"da yeni təyinatlar .....                     "Məmur məni otağa dəvət etdi, qızlar imkan vermədi ki..." .....                     Təhsil TV-yə yeni direktor təyin edildi .....                     Hərbi gücümüzü artırmağa MƏHKUMUQ... .....                     "Qarabağ" Kamilo Duranın "Seltik"ə keçdiyini açıqlayıb .....                     Qubanın korrupsiya bazarı: Sakinlərə qənim kəsilən Şahin israfilov kimə arxalanır? .....                     Cərrahiyyə Klinikası 124 min manatlıq tikiş sapları alır .....                     “Azərbaycan artıq Cənubi Qafqazın hava məkanının sahibidir” .....                     Ərdoğan NATO liderlərinə qala yeməyində nə ikram etdi? .....                     Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var? .....                     "Bakını sürücülərin başına dar etməyin!" .....                     “Arzum”la Etibar Məmmədovu nə birləşdirir? .....                     ASCO-nun 2025-ci ildə gəlirlər artsa da, .....                     Ağcabədi sakininə saxta attestat verilib .....                     Bir “laqonda” üstündə başlayan mübahisə 4 illik həbsə səbəb oldu .....                     Sülh sazişi gələn ilə qaldı? .....                     "Sənətkarlar çoxdur, hamı bizdən mükafat gözləyir" .....                     Qardaşlar sevgi münasibətinə görə yeniyetməni bağlayıb döydülər, başını unitaza saldılar .....                 

Sosial şəbəkələr Azərbaycanda ciddi hüquqi çərçivəyə salınacaq - TƏFƏRRÜAT
Tarix: 12-06-2026, 09:45 | Çap et

Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanan qanun layihəsi ictimai müzakirəyə çıxarılıb. Layihəyə görə, 16 yaşadək uşaqlar üçün müəyyən ediləcək sosial şəbəkələrdə hesab açılması qadağan olunur. 16-18 yaş qrupu üçün isə valideyn razılığı, valideyn nəzarəti və əlavə təhlükəsizlik mexanizmləri nəzərdə tutulur.

MEDİA-nın təşkilatçılığı ilə keçirilən müzakirələrdə müvafiq dövlət qurumları, media subyektləri və jurnalist təşkilatlarının səlahiyyətli nümayəndələri, həmçinin əlaqəli sahələr üzrə məsul şəxslər, rəqəmsal məzmun yaradıcıları və ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, uşaqların erkən yaşlardan sosial şəbəkələrdən nəzarətsiz istifadəsi gələcəkdə müxtəlif psixoloji və sosial problemlərə yol aça biləcəyini göstərir: “İnkişaf etmiş ölkələrdə uşaqlar üçün zərərli hesab edilən, onların fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən sosial media istifadəsinin məhdudlaşdırılması istiqamətində müxtəlif qanunvericilik tədbirləri həyata keçirilir.

Müasir diaqnostik təhlillər erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsini gələcəkdə müxtəlif problemlərə səbəb ola biləcəyini aşkarlayıb. Ölkəmizdə İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik bir neçə əsas aspekti əhatə edir və uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz şəkildə fəaliyyət göstərməsini hədəfləyir. Bu qanun layihəsi rəqəmsal dünyanın mövcud problemlərindən qorunma baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə müvafiq dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi də vacib hesab olunur”. 

O həmçinin bildirib ki, nəzərdə tutulan dəyişikliklər internet provayderləri və rəqəmsal platformaların uşaqların inkişafı ilə bağlı sosial və hüquqi məsuliyyətini artıracaq, eyni zamanda vətəndaşların rəqəmsal təhlükələrdən və informasiya risklərindən qorunmasına xidmət edəcək.

Əhməd İsmayılov qeyd edib ki, layihə çərçivəsində yaş yoxlaması üçün toplanan şəxsi məlumatların saxlanılması və reklam məqsədilə üçüncü tərəflərə ötürülməsi qadağan olunur. Eyni zamanda, yetkinlik yaşına çatmayan şəxslərin sosial şəbəkələrdə paylaşdığı məlumatların sonradan tam silinməsi hüququ da nəzərdə tutulub: “Qanun layihəsi rəqəmsal təhlükələrdən qorunma, sağlam informasiya mühitinin formalaşdırılması və uşaqların mənəvi-intellektual inkişafının müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, qanunun effektiv tətbiqi üçün valideynlər, müəllimlər və cəmiyyət arasında rəqəmsal maarifləndirmənin gücləndirilməsinin vacib olduğu qeyd edilib”.

Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və Kommunikasiya sektorunun müdiri Həvva Hüseynli isə bildirib ki, qanun layihəsi əsasən kütləvi məzmun paylaşımı və geniş əlaqə imkanları yaradan sosial media platformalarını əhatə edir. Onun sözlərinə görə, qanun layihəsində bütün sosial şəbəkələrə məhdudiyyətlərin tətbiqi nəzərdə tutulmur:

“Burada yaş məhdudiyyəti tətbiq edilən sosial media platformaları anlayışı xüsusi yer alır. Müvafiq dövlət qurumları həmin siyahını formalaşdıracaq. Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi, eləcə də təhsil, səhiyyə və işgüzar fəaliyyətlərə çıxış məhdudlaşdırılmayacaq”.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov bildirib ki, Azərbaycanda məktəbyaşlı uşaqların 64%-i sosial mediadan aktiv istifadə edir və onlar gündə 5 saatdan çox vaxtını rəqəmsal platformalarda keçirir:

“İstifadə daha çox TikTok və WhatsApp üzərindən həyata keçirilir. Valideynlərin 43%-i isə övladlarının sosial media istifadəsinə nəzarət edə bilmədiyini etiraf edir. Layihənin məqsədi sosial medianı qadağan etmək deyil, uşaqlar üçün daha təhlükəsiz mühit yaratmaqdır. Bu çərçivədə 16 yaşadək şəxslərin sosial mediadan istifadəsinə məhdudiyyət, 16–18 yaş aralığında isə valideyn razılığı ilə istifadə nəzərdə tutulur. Eyni zamanda “sonsuz sürüşdürmə” kimi istifadəçini platformada uzun müddət saxlamağa yönələn funksiyalara da məhdudiyyətlərin tətbiqi planlaşdırılır”.

Sözügedən tədbirdə iştirak etdiyini xatırladan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas sosial media qanunu ilə bağlı detallara diqqət çəkib. O, Sherg.az-a bildirib ki, təklif olunan qanun layihəsi əsasən sosial media platformalarının Azərbaycanda daha ciddi hüquqi çərçivəyə salınmasını hədəfləyir: 

“Yeni yanaşmaya görə, xarici platformalar ölkədə fəaliyyət göstərmək üçün rəsmi qeydiyyatdan keçməli, filial və ya əlaqə mərkəzi yaratmalı, Azərbaycan dilində operativ kommunikasiya təmin etməlidirlər. Qanun layihəsi hazırlanarkən aidiyyəti qurumlar qlobal sosial media şirkətlərini məlumatlandırıblar. Onlar da əməkdaşlığa hazır olduqlarını bildiriblər. Qanun qüvvəyə mindikdən sonra onun icrası üçün sosial media platformalarına 12 ay vaxt veriləcək. Yəni əgər Meta, Google və TikTok kimi platformalar bu qanunun tələblərinə əməl etsələr, Türkiyədə olduğu kimi Bakıda da onların ofisləri açılacaq və Azərbaycan dilində dəstək xidmətləri yaradılacaq. Qanun pozuntularına qarşı mərhələli sanksiya mexanizmi də nəzərdə tutulur. İlk mərhələdə xəbərdarlıq, daha sonra 100 min və 300 min manatadək inzibati cərimələr tətbiq olunur. Tələblər yerinə yetirilmədiyi halda iqtisadi məhdudiyyətlərə - o cümlədən reklam gəlirlərinin bloklanmasına və bank köçürmələrinin məhdudlaşdırılmasına qədər gedən tədbirlər planlaşdırılır. Son mərhələdə isə ciddi pozuntular davam edərsə, məhkəmə qərarı ilə mərhələli şəkildə internet trafikinin azaldılması nəzərdə tutulur”.

F. Pərdəşünas qeyd edib ki, layihənin diqqət çəkən hissələrindən biri də platformaların dizayn və funksional məsuliyyətidir:

““Sonsuz sürüşdürmə”, avtomatik video oynatma kimi istifadəçini platformada daha uzun saxlamağa xidmət edən xüsusiyyətlərin məhdudlaşdırılması tələb olunur. Bu, xüsusilə uşaqların rəqəmsal asılılıq riskinin azaldılması məqsədi daşıyır. Burada əsas prinsip ondan ibarətdir ki, dövlət birbaşa şəxsi məlumatlara müdaxilə etmir, məsuliyyət platformaların üzərinə qoyulur və onlar yetkinlik yaşına çatmayanların sistemə daxil olmasının qarşısını almalıdırlar. Vəsiqə və ya mygov tələbi olmayacaq. Platformalar istifadəçiləri mobil nömrə, e-poçt ünvanı və bank kartı məlumatları vasitəsilə identifikasiya etdikdən sonra həmin məlumatları dərhal siləcəklər. Bu metod bir çox ölkədə özünü doğruldub və böyük şirkətlər qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstəriblər. Azərbaycan isə bu günə qədər kiçik bazar kimi qiymətləndirilirdi və onlar iqtisadi baxımdan bu bazara kifayət qədər önəm vermirdilər. Bundan sonra isə qanun onları buna məcbur edəcək. Lakin bütün bunlar praktikada, təbii ki, yayınma hallarının tam qarşısını ala bilməz. Sonda məsuliyyət yenə də valideynlərin və ailələrin üzərinə düşəcək. Davamlı maarifləndirmə işi də bu proseslə paralel şəkildə mütləq aparılmalıdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputatın fikrinə sözardı: - Yerli məhsulları marketə kim buraxmır?
Dünən, 18:05
"Qaradağ Şüşə Zavodu" ASC özəlləşdirilib
Dünən, 17:53
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Dünən, 17:51
Qərb Gürcüstanı “vurub”, Ermənistanı niyə gücləndirir: - Tiflis hələ də “Ukrayna ssenarisi”ndən yayınmağa çalışır
Dünən, 17:47
Zabil Qəhrəmanovun cinayət işi məhkəmə baxışına verilib - TƏFƏRRÜAT
Dünən, 17:44
Rektor Afət Seyidzadəyə vəzifə verdi - FOTO
Dünən, 17:28
"İnsanların həyatına qənim kəsilmisiniz?" - ETİRAZ VAR!
Dünən, 17:23
Anar Bayramov ona etimad göstərdi - ƏMR
Dünən, 17:18
İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib - İSNA
Dünən, 17:12
Deputat sahibkarların problemindən danışdı – İqtisadçı ÇIXIŞ YOLUNU göstərdi
Dünən, 15:45
Moskva və Ankara "S-400"lərin mümkün təkrar satışını müzakirə edir - Peskov
Dünən, 15:33
“Agro Norm”un təsisçisi şirkətdən milyonlarını götürüb ayrıldı
Dünən, 15:09
Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi - ŞƏRH
Dünən, 15:07
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi
Dünən, 14:58
Azərbaycan iqtisadiyyatının nə qədər böyüdüyü açıqlandı
Dünən, 14:54
Bazarda mağazanın qarşısına paltar asmaq üstündə qadınlar arasında dava – QƏRAR
Dünən, 13:12
Sanki kimsə Naxçıvanın boşaldılmasına çalışır... - FAKT BUDUR...
Dünən, 13:08
Avropada və Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi - SİYAHI
Dünən, 12:55
Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi - "Press TV"
Dünən, 12:51
Simonyana “torba”nı onlar tikibmiş - Adları açıqlandı
Dünən, 12:47
Qardaşına çıxarılan hökmə görə qadın hakimə qarşı xuliqanlıq etdi, həbs olundu - TƏFƏRRÜAT
Dünən, 12:44
Balakəndə qəbiristanlığı sel basdı: - İcra nümayəndəsi son vəziyyəti AÇIQLADI
Dünən, 12:35
"Rabitəbank"da yeni təyinatlar - BUNDAN SONRA...
Dünən, 12:27
"Məmur məni otağa dəvət etdi, qızlar imkan vermədi ki..." - Ansamblı haqdakı şayiələrə son qoydu
Dünən, 12:24
Təhsil TV-yə yeni direktor təyin edildi - FOTO
Dünən, 12:21
Hərbi gücümüzü artırmağa MƏHKUMUQ... - ÇÜNKİ...
Dünən, 12:19
"Qarabağ" Kamilo Duranın "Seltik"ə keçdiyini açıqlayıb
Dünən, 12:16
Qubanın korrupsiya bazarı: Sakinlərə qənim kəsilən Şahin israfilov kimə arxalanır? - İTTİHAM VAR...
Dünən, 12:07
Cərrahiyyə Klinikası 124 min manatlıq tikiş sapları alır - DETALLAR
Dünən, 12:03
“Azərbaycan artıq Cənubi Qafqazın hava məkanının sahibidir” - Poqosyan
Dünən, 11:59
Ərdoğan NATO liderlərinə qala yeməyində nə ikram etdi? - Məşhur aşpaz AÇIQLADI
Dünən, 11:57
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var? - İLGİNC
Dünən, 11:48
"Bakını sürücülərin başına dar etməyin!" - AYNA-ya sərt MESAJ
Dünən, 11:46
“Arzum”la Etibar Məmmədovu nə birləşdirir? – Sensasion detal
Dünən, 11:41
ASCO-nun 2025-ci ildə gəlirlər artsa da, ötən ili 17 milyon manat üzərində zərərlə başa vurub
Dünən, 11:40
Ağcabədi sakininə saxta attestat verilib -"Heç yer qəbul etmir, araşdıran yoxdur"/FOTO
Dünən, 11:34
Bir “laqonda” üstündə başlayan mübahisə 4 illik həbsə səbəb oldu - MƏHKƏMƏ
Dünən, 11:27
Sülh sazişi gələn ilə qaldı? – İrəvandan müəmmalı MÖVQE
Dünən, 11:20
"Sənətkarlar çoxdur, hamı bizdən mükafat gözləyir" - Hacı İsmayılov
Dünən, 11:15
Qardaşlar sevgi münasibətinə görə yeniyetməni bağlayıb döydülər, başını unitaza saldılar - TƏFƏRRÜAT
Dünən, 11:13
ABŞ bombaladı - İran generalı öldü
Dünən, 11:10
Rusiya azərbaycanlıları “günah keçisi” edib - Ekspert deyir ki...
Dünən, 11:07
Seyran Ohanyanın Göyçə sahilindəki əmlakı söküldü – FOTO
Dünən, 11:05
ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - ŞƏRH
Dünən, 11:03
İranın Azərbaycandakı bankının mənfəəti 28% azalıb
Dünən, 11:01
NATO-nun Ankara zirvəsi: - real siyasət, nəticə və açıq qalan suallar
Dünən, 10:58
“Nadir Quliyev adına Bakı-Taxıl”ın GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ AZALIB – HESABAT
Dünən, 10:57
5 ildə nazirliyə 386 milyonluq heyvan satan şirkətin nə saytı, nə də sosial mediası var - İcazə verin, şübhələnək...
Dünən, 10:53
50 000 manatadək cərimələr: Bu model iqtisadiyyatı hara aparır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:49
ABŞ Zəngəzurda "yeni neft" tapıb - GƏLİŞMƏ
Dünən, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru