İqtisadiyyat.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.
Məlumata əsasən, qurum bununla bağlı müəyyən hazırlıqları yekunlaşdırıb.
Belə ki, Abşeron rayonu, Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar sahəxarici və sahədaxili elektrik enerjisi təminatı işlərinin aparılması nəzərdə tutulub.
Sözügedən işlərin icrasını “Enerji Qrup” şirkəti həyata keçirəcək.
Bu işlərə 7,6 milyon manat sərf olunacaq.








