“Dost dediyin o doğmalıq, o səmimiyyət yoxdur”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova “Günə uğurla” verilişində deyib.
Xaricdən yenicə qayıdan ifaçı hazırda səmimi dostluqların qalmadığını bildirərək, keçmiş dostlarından gileylənib:
“Dostum yoxdur, desəm ki, unudublar, yəqin belədir. Sadəcə, tanışlar var. Dost dediyin o doğmalıq, o səmimiyyət artıq yoxdur. Anladım ki, şou-biznesdə əsl dostluq deyilən bir şey yox imiş. Bir oğlaq bürcü olaraq, hazırda ancaq işimlə məşğulam. Təyyarədən düşən kimi birbaşa bura gəldim. Az qaldı deyəm ki, təyyarəni ARB-yə sürün”.








