Tehranın İmam Xomeyni və Mehrabad hava limanlarında bütün uçuşlar ləğv edilib.
APA-nın Tehran bürosunun məlumatına görə, İranın Mülki Aviasiya Təşkilatı Tehran şəhərində yerləşən Mehrabad və İmam Xomeyni hava limanlarından həyata keçirilən bütün uçuşların müvafiq bildirişədək dayandırıldığını açıqlayıb.
Təşkilat, həmçinin, ölkənin qərbindəki bütün hava limanlarının da müvafiq bildirişədək bağlandığını bildirib.








