İtin qarnını dodurmasan mütləq düşmən yalı içib sənə hürəcək.
Bəzi adamların paşinyan sevgisini, yaxud simpatiyasını anlamaq olmur. Şuşada Cıdır düzündə yallı gedərək bizə kinayə ilə gülən, Xankəndidə "parad"da çıxış edən paşinyana bu sevgi haradan yaranır? Məncə, son 200 ildəki qanımıza hopmuş, artıq vərdişə dönmüş unutqanlıq xəstəliyimizdən.
Bəli, bu gün paşinyanın qələbə qazanmasını mən də istəyirəm. Bu istəyin bircə səbəbi var. Rusiyanın ayağı ermənistandan kəsilsin. Vəssalam.
Hətta bəzi dostlar paşinyanın seçkidə qələbə qazanıb ermənistanı inkişaf etdirməcəyini sevinclə yazırlar. Xeyir olsun ermənistanın inkişafı sizin nəyinizə lazımdır? Niyə 200 ildir tuği-lənət olub boğazımıza dolanmış bu həyasız tayfanın məhv olmasını, ən yaxşı halda sürünə-sürünə yaşamasını arzulamırsınız? Niyə bir xalq olaraq mənim 7-8 nəsil insanımın Allahın verdiyi ömrü normal yaşamasına imkan verməyən bu şarlatan tayfası cavabını almasın? erməni kilsəsinin, erməni lobbisinin və onları Qafqazda maşa kimi istifadə edən böyük güclərin mövcud olduğu müddətdə onların səmimi sülh istədiyinə inanmaq sadəlövhlük yox, səfehlikdir. Həm də əlimizə fürət düşmüşkən gələcək nəsillərə problem buraxmamaq üçün.
Elə bilirsiniz paşinyan səmimidir? Qətiyyən. Sadəcə, o o torpaqlara heç bir bağlılığı olmayan, onsuz da SSRİ dağılandan sonra sayı təxminən yarıya düşmüş əhalinin ölkədə sürətlə azalmasını anlayayır və gələcək tarix üçün çalışır. Ölkə ləğv edilməsin deyə, başqa bir ölkənin hərbi koloniyasına çevrilməsin deyə.
Yəni paşinyan yalnız ermənistanı qorumur, bizim üçün gələcək potensial problemi qoruyur. ermənilərlə biz dost ola bilərikmi? Qətiyyən. Bu qətiyyəti birtərəfli yazıram. Çünki biz dost olacağıq. Son 100 ildə olduğu kimi. Amma onlar arxadan xəncər saplayacaq "dost" olacaqlar. Və gələcək nəsillər üçün yeni facilər miras qalacaq bizim kütləvi "sevgi"mizdən.
Bura qədər oxuyanlar məni qınayacaqlar ki, bəs dövlət, bəs dövlətin indiki siyasəti?
Deyim. Hamımız vaxtaşırı bir yerdən başqa yerə gedirik. Təyyarəyə bilet alırıq. Qonşu oturacaqda kimin oturduğunu bilirikmi? Yolboyu biləndə ki, hansısa səbəbə görə arzulamdığımız adamla yol yoldaşı olmuşuq neyləyirik? İtlə dostluq elə, çomağını əldən qoyma prinsipi ilə yolumuza davam edirik. Təyyarədən özümüzü, yaxud onu atası deyilik ki? Təxminən dövlət də eyni vəziyyətdədir. Nə onlar, nə də biz harasa köçəsi deyilik. Bircə yol qalır, sözdə dinc yaşamaq protokolu. Amma proseslərin gedişindəki mənzərəni diqqətlə izləyəndə biz qalibin ayağının altına yıxılmış məğluba göstərdiyi humanistliyi görürük. Və paşinyan da öz planları üçün bu aşağılanmış və rəzi vəziyyətlə ikiəlli razıdır. O rəzil olub! Amma başqa yolu da yoxdur. Qılınc başının üstündən asılıb. Azərbaycan kübar bir qalibdir. Etiketi pozmur. Amma məğlubun səviyyəsinə də enmir. Hətta ermənistanın bir necə zəncirini başqasının əlindən almışıq. Onu da xüsusi qeyd edək ki, Azərbaycan bu prosesdə diqtə edir, ermənistan isə boğazındakı xaltanın zənciri kimin əlindədir müticəsinə ona quyruq bulayır. Amma məsum deyil. Heç vaxt da məsum olmayacaq. Çünki paşinyanın ağıllı, düşünə bilən bir siyasətçi olmaqla bərabər, həm də düşənə bilən insandır. Onun da qürur və intiqam anlayışı var. Haqsız olsa da. O heç vaxt yaladığı dabanları unutmadığı kimi, bu "dabanyalama"nın dünyaya faş olunmasını da unutmayacaq. Hər gedişində, hər planında bir xəbislik, bir filmanlıq olacaq.
Gələk bizim cəmiyyətdəki özünü guya modern və sivil göstərmək xatirinə "dostluq" qiyyəsi çəkənlərə. 1987-çi ildən Zəfərə qədər Azərbaycan torpaqlarının işğalında 30 il ərzində təxminən 400-500 min adam iştirak edib. (Elə 44 günlük müharibənin sonlarında təkcə Ağdam ərazisində 20 minlik ermənistan respublikasının silahlı qüvvəsi çıxılmaz vəziyyətdə qalmışdı.) Ən azı 2 ildən bir Azərbaycan ərazisinə göndərilmiş işğalçı hərbi-terror kontingenti dəyişərsə 15 göndəriş olduğunu görürük. Bu o deməkdir ki, 3 milyon əhalisi olan ermənistandan ən azı hər 5-6 nəfərdən biri bizim torpaqlarımızda bizə güllə atıb. Azı 2 nəsil. Demək olar ki, hər ailədən azı bir nəfər. Hər ailə bizə güllə atmağa, bizi öldürməyə adam göndərib. İt kimi kəbərəni də olub, leşi tapılmayanı da, şil-şikəst olub gedəni də. Sizcə erməni kilsəsi, erməni lobbisi və "erməni maşası"nı tutmaq istəyənlərin, Azərbaycanı sevməyənləri olduğu bu "skvoznyak" dünyada onlar səmimi olacaqlar? Bəlkə sizi kimi "unudacaqlarını" gözləyirsiniz? Bu barədə düşünmək ən məntiqsiz yumordan başqa bir olmaz.
Bəli, ermənilər Bakıya gələcəklər, elə paşinyan da gələcək. Amma onlar həmişə bizim böyüklüyümüzü görməlidirlər. Yəni hər bir erməni olnardan üstün olduğumuzu, qalib olduğumuzu, onların zəncirinin bizim əlimizdə olduğunu və intiqam alacığımızı nifrətli və əzici baxışlarımızı əbədi görməlidir. Hər bir erməni bilməlidir ki, biz qisasçıyıq.
Quru qanunları və protokol qaydlarını pozmadan hər bir erməniyə ona düşmənimiz olduğunu və heç vaxt bağışlamayacağımızı bildirməliyik. Nifrətli, qisasçı baxışlarımızla, bizə möhtac olmalarını başlarına qaxınc eləməklə ilə, korrektəli şəkildə biz sizin Əzrayılınızıq deməklə. Məncə, bu hamımızın vətən borcudur. Onlar Azərbaycandan daha cılız və rəzil olduqları reallığını qəbul edərək qayıtmalıdırlar. Bunları etmək bizim borcumuzdur.
Deyəcəksiniz erməmistana onu göndərdik, bunu göndərdik. Çörəyə, suya qalanda bizim xalq acların və səfillərin qarnını həmişə doydurub. Hamının zəlil, səfil qonşusu olur. Onlar layiq olduğu bu həyatı yaşamağa borcludur.
P.S. Bu yazı mənim qənaətimdir. Faşist də deyə bilərsiniz...
Müəllif: Rasim İsmayılov - "DİA-AZ"








