Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu .....                     Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir .....                     İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ .....                     TƏBİB-də kadr dəyişiklikləri davam edir .....                     Nazir regional idarə rəislərinin yerini dəyişdi .....                     Baş həkim öz istəyi ilə işdən çıxarıldı .....                     Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? .....                     AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib .....                     Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib .....                     İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynovdan kimlər və niyə şikayətçidirlər? .....                     Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək .....                     Ermənistan Rusiyaya idxalı qadağan edilmiş malları digər ölkələrə yönləndirəcək .....                     Kişi keçmiş arvadını övladları ilə birgə icazəsiz gəzintiyə çıxdığına görə döydü .....                     Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi .....                     Ermənistanda hərbçinin meyiti aşkarlanıb .....                     RUSLARIN SƏFƏRBƏRLİK QORXUSU .....                     Putini Ermənistandan rədd edəcəyik .....                     "CHP-yə qarşı təzyiqlər demokratiyaya zərbədir" .....                     Nazirdən QƏRAR .....                     Azər Mursaqulov yeni şöbə müdiri təyin etdi .....                     Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən .....                     Amansız qətl törədən böyük biznes sahibinə böyük bəraət .....                     “Sürücü yola yox, xətlərə baxır” .....                     TƏBİB-ə yeni təyinat .....                     165 ailədən Kəmaləddin Heydərova MÜRACİƏT .....                     Daha bir neçə separatçı evlərindən çıxarılır .....                     Keçmiş deputat Əlihüseyn Əliyev vəfat edib .....                     İbtidai təhsil sistemində təhsil mulyajlarının konveyeri .....                     Son bir ildə Mərkəzi Bankın valyuta ehtiyatları .....                     Kart ödənişləri ilə bağlı qərar verildi .....                     Yarım milyon manatlıq dələduzluqla bağlı məhkəmədə .....                     “PAŞA Həyat Sığorta” şirkətində yeni təyinat .....                     DSMF-nin filial müdiri vəzifəsindən azad olundu .....                     Məişət məsələləri üzrə ekspert, feminist deputatımız .....                     Əkiz övladlarını itirən aparıcı yenidən ana oldu .....                     Kəlbəcərdəki vəzifəsindən ayrıldı .....                     Dayısı oğlu ilə birgə keçmiş arvadını oğurlayan şəxs qərardan şikayətçidir .....                     Tramp onu Azərbaycana səfir GÖNDƏRİR .....                     BOĞAZI QURUYAN Qorçulu sakinləri... .....                     Saleh Məmmədovun kadrı şərikinin başına BELƏ OYUN AÇDI .....                 

RUSLARIN SƏFƏRBƏRLİK QORXUSU - Mümkün qərar azərbaycanlılar üçün də təhlükəlidir
Tarix: Bu gün, 12:21 | Çap et

Son günlər Rusiyada orduya yeni səfərbərlik elan ediləcəyi barədə xəbərlər çoxalıb. Xüsusilə də Rusiya “Z-kanalları” bu payız yeni səfərbərlik dalğasının baş verə biləcəyini bildirir. Bu xəbərlər Rusiyanın bəzi bölgələrində hərbi çağırışçıların səfərbərlik bildirişləri almağa başlaması ilə daha da aktuallaşıb. Eyni zamanda, hərbi qeydiyyat sisteminin təkmilləşdirilməsi və hətta sərtləşdirilməsi (çağırış alanların hüquqlarının məhdudlaşdırılması) müşahidə olunur.

Kreml səfərbərliyə gedəcəkmi? Bu gün Rusiya əhalisini ən çox düşündürən suallardan biri məhz budur. Bu sual əlbəttə ki, Rusiya vətəndaşlığı olan azərbaycanlıları da narahat edir. Rusiya bu müharibə dövründə açıq şəkildə göstərib ki, ilk olaraq qeyri-rusları “ovlamağa” və ən qaynar nöqtələrə “top əti” kimi göndərməyə üstünlük verir.

Cəbhədəki uğursuzluq, müharibənin dalana dirənməsi və çoxsaylı itkilərə baxmayaraq irəliləyişin olmaması ilk baxışda səfərbərliyin qaçılmaz olduğuna dair təsəvvür yaradır. Lakin riskli və nəticəsi şübhəli görünən səfərbərlik qərarının veriləcəyini sual altına alan xeyli ciddi məqamlar var.

Birincisi, iqtisadi səbəblərə görə səfərbərliyin elan ediləcəyi inandırıcı görünmür. Müharibə açıq şəkildə Rusiya iqtisadiyyatını və dövlət büdcəsini tükəndirir. Büdcə kəsirini qapatmaq üçün elmdən tibbə qədər hər cür xərc maddələri azaldılır, əvəzində, hər cür vergi və cərimələr artırılır. Aydındır ki, daha bir neçə il davam edən müharibə və yeni bir səfərbərlik onsuz da ağır olan iqtisadi vəziyyəti dərin böhran həddinə qədər pisləşdirə bilər.

İkincisi, siyasi səbəblərdir. Aydındır ki, səfərbərlik qərarı daha da böyük sosial gərginliyə səbəb olacaq və gözlənilməz nəticələr yaradacaq. Rusiyalılar zatən həm sosial-iqtisadi vəziyyətin pisləşməsindən, həm də internet bloklamaları başda olmaqla müharibənin yaratdığı digər çətinliklərdən narazıdırlar. Cəmiyyət müharibədən bezib. Vladimir Putinin reytinqi isə hətta Kremlə yaxın mərkəzlərin keçirdiyi rəsmi sorğulara görə belə durmadan, kəskin şəkildə aşağı düşür. Siyasi hakimiyyətin özü də hər nə qədər reallıq hissini itirsə belə, bunu görür və başa düşür. Buna görə də hakimiyyət bir neçə ildir rusiyalıları orduya pulla müqaviləli xidmətə cəlb etməyə çalışır, bəzən çağırışçılara təzyiq göstərir, bəzən tələbələri şirnikləndirir, bəzən kredit borclarını silməyi vəd edir və sair. Lakin səfərbərliyə getmir.

Üçüncüsü, sırf hərbi səbəblər var. 2022-ci ilin payızındakı qismən səfərbərlikdən bəri müharibə öz təbiətini kökündən dəyişib və "dron müharibəsi"nə çevrilib. Artıq canlı qüvvə və hərbi texnika ilə kütləvi hücumlar mümkün deyil. Yalnız kiçik qruplarla əraziyə nüfuz etmək taktikası aparılır ki, bu da böyük həcmli və effektiv irəliləyiş təmin edə bilmir. Hazırda cəbhədə heç normal təmas xətti də mövcud deyil. Bunun əvəzinə onlarla kilometr uzanan və hər iki tərəfdən dronlarla durmadan izlənilən “ölüm zonası” var. İndi hər iki tərəfdə o qədər çoxlu sayda dron var ki, bir əsgərə onlarla FPV dron düşür.

Üstəlik, bütün “Z-kanallar” da etiraf edirlər ki, ukraynalılar daha çox təkmilləşdirdikəri dronlarla təkcə birbaşa cəbhədə Rusiya canlı qüvvəsini və texnikasını məhv etmir. Həm də cəbhədən 100-150 kilometr məsafədəki logistika xətlərini vurur. Son olaraq Rusiyadan Krıma gedən yeni M-14 yolunun mütəmadi olaraq Ukrayna dronları ilə vurulması bunun əyani sübutudur. Bu yol həm də işğalçı qüvvələrin hərbi təchizatını həyata keçirir. Hazırda həmin yol faktiki olaraq keçilməz olub.

Odur ki, səfərbərlik olunsa belə, cəbhədə artıq canlı qüvvə sayı həlledici rol oynamır. Ukraynanın bir neçə PUA operatoru eyni zamanda onlarla, bəlkə də yüzlərlə rus əsgərinin qarşısını ala biləcək imkanlara malikdir.

Əlbəttə ki, Rusiya bir neçə yüz min əsgər cəlb edə, onları tələsik təlimləndirə, yarımçıq da olsa təchiz edə və Donbasın arzuladığı sərhədlərinə çatmaq üçün Slavyansk-Kramatorsk aqlomerasiyasına hücuma göndərə bilər. Lakin bu, o qədər böyük itkilərə səbəb olar ki, rəsmi təbliğatçılar tərəfindən elan edilən hər hansı bir "qələbə" Pirr qələbəsi kimi görünər. Bəzi “Z-ekspertlər” Donbasın qalan hissəsinin işğalı üçün Rusiyanın 1 milyona yaxın itki verməli olacağını deyirlər.

Üstəlik, hazırda Ukrayna dronlarının təkcə Donetsk və Luqanska deyil, hətta Urala da asanlıqla çata bildiyi vəziyyətdə, bütün işğal edilmiş ərazilərin Rusiya tərəfindən necə idarə oluna və saxlanıla biləcəyi də şübhə altındadır.

Beləliklə, dronlara qarşı əlac tapılmayınca, yüzminlərlə, hətta milyonlarla insanı orduya səfərbər etməyin mənası olmayacaq, vəziyyət dəyişməyəcək.

Bütün bu qeyd etdiklərimiz rasional, məntiqli yanaşmadan doğan nəticələrdir. Ancaq problem ondadır ki, Kreml çoxdan reallıq hissini və ölçüsünü bilərəkdən, yaxud özü də bilmədən itirib. Bəzən elə qərarlar və açıqlamalar verilir ki, bunların normal ağılın məhsulu olduğunu heç cür qəbul etmək omur. Ona görə də yeni səfərbərlik ehtimalını tamamilə istisna etmək də doğru olmaz. Odur ki, xüsusilə də Rusiya vətəndaşlığı olan həmvətənlərimizin mümkün qədər Rusiyadakı qeydiyyat ünvanından kənarda yaşaması, heç bir müqaviləyə imza atmaması, hərbi komissarlıqlardan mümkün qədər uzaq durması gərəkdir.

Cəlal Məmmədli

“AzPolitika.info”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu
Bu gün, 13:15
Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir - TƏFƏRRÜAT
Bu gün, 13:10
İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ
Bu gün, 13:08
TƏBİB-də kadr dəyişiklikləri davam edir - BU DƏFƏ...
Bu gün, 13:06
Nazir regional idarə rəislərinin yerini dəyişdi - BUNDAN SONRA...
Bu gün, 13:03
Baş həkim öz istəyi ilə işdən çıxarıldı - ƏMR
Bu gün, 13:02
Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? - QARDAŞ ÖLKƏDƏ VƏZİYYƏT PİSLƏŞİR
Bu gün, 12:59
AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib - FOTO
Bu gün, 12:57
Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib - FOTO
Bu gün, 12:53
İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynovdan kimlər və niyə şikayətçidirlər? - İLGİNC FAKTLAR
Bu gün, 12:47
Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək
Bu gün, 12:40
Ermənistan Rusiyaya idxalı qadağan edilmiş malları digər ölkələrə yönləndirəcək - Paşinyan
Bu gün, 12:37
Kişi keçmiş arvadını övladları ilə birgə icazəsiz gəzintiyə çıxdığına görə döydü
Bu gün, 12:28
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
Bu gün, 12:25
Ermənistanda hərbçinin meyiti aşkarlanıb - “Armenpress”
Bu gün, 12:22
RUSLARIN SƏFƏRBƏRLİK QORXUSU - Mümkün qərar azərbaycanlılar üçün də təhlükəlidir
Bu gün, 12:21
Putini Ermənistandan rədd edəcəyik - Babacanyan
Bu gün, 12:18
"CHP-yə qarşı təzyiqlər demokratiyaya zərbədir" - İsa Qəmbər
Bu gün, 12:11
Nazirdən QƏRAR - Yeni qadağalar başladı
Bu gün, 12:10
Azər Mursaqulov yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 12:04
Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən AÇIQLAMA
Bu gün, 11:49
Amansız qətl törədən böyük biznes sahibinə böyük bəraət – Öldürülən qadının yaxınları etiraz edir
Bu gün, 11:46
“Sürücü yola yox, xətlərə baxır” – Professor AYNA-nı tənqid etdi
Bu gün, 11:43
TƏBİB-ə yeni təyinat - BU GÜNDƏN...
Bu gün, 11:37
165 ailədən Kəmaləddin Heydərova MÜRACİƏT - "Çıxarış yoxdur deyə..."
Bu gün, 11:33
Daha bir neçə separatçı evlərindən çıxarılır - KİV
Bu gün, 11:20
Keçmiş deputat Əlihüseyn Əliyev vəfat edib
Bu gün, 11:18
İbtidai təhsil sistemində təhsil mulyajlarının konveyeri - Sistemli maneələr və innovasiya imitasiyası
Bu gün, 11:17
Son bir ildə Mərkəzi Bankın valyuta ehtiyatları 1,6 milyard dollar artıb
Bu gün, 11:15
Kart ödənişləri ilə bağlı qərar verildi – Nə dəyişəcək?
Bu gün, 11:13
Yarım milyon manatlıq dələduzluqla bağlı məhkəmədə məcburi gətirilmə qərarı çıxarılıb
Bu gün, 11:12
“PAŞA Həyat Sığorta” şirkətində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:08
DSMF-nin filial müdiri vəzifəsindən azad olundu - ƏMR
Bu gün, 11:05
Məişət məsələləri üzrə ekspert, feminist deputatımız - Saffari yazır…
Bu gün, 10:59
Əkiz övladlarını itirən aparıcı yenidən ana oldu - VİDEO
Bu gün, 10:57
Kəlbəcərdəki vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 10:52
Dayısı oğlu ilə birgə keçmiş arvadını oğurlayan şəxs qərardan şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 10:49
Tramp onu Azərbaycana səfir GÖNDƏRİR - FOTO
Bu gün, 10:48
BOĞAZI QURUYAN Qorçulu sakinləri... - İllərdir davam edən içməli su problemi...
Bu gün, 10:45
Saleh Məmmədovun kadrı şərikinin başına BELƏ OYUN AÇDI - Keçmiş AAYDA şefinin də xəbəri olub, amma...
Bu gün, 10:31
1 ayın əsgərinin ölüm işi - Məhkəmədə GƏRGİN ANLAR
Bu gün, 10:20
Sağlam Radio 93 FM fəaliyyətə başlamasının iki ilini qeyd edir
Bu gün, 10:19
Eyni sertifikat, fərqli qiymət: Azərbaycanda IELTS imtahanları niyə DAHA BAHADIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13
Fuad Çıraqov Gürcüstanda təhsil məsələləri üzrə müşavir oldu - BUNDAN SONRA...
Bu gün, 10:11
Rüşvət alan 19 vəzifəli şəxs qərardan narazıdırlar
Bu gün, 10:09
Rusiya ordusu Ukraynaya genişmiqyaslı zərbə endirib - MN
Bu gün, 10:07
Cənab Nəsirli də YAMAQÇILIQLA məşğuldur... - FOTOFAKT
Bu gün, 10:06
Ermənistan bu tarixə qədər Aİ üzvü olmayacaq - "İzvestiya"
Bu gün, 10:03
“Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritet yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:58
Azərbaycanda yeni xəstəxana korpusu tikilir
Bu gün, 09:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru