Əsas Səhifə > Güney Press > Ermənistana dəstəyi davam etdirəcəyik

Ermənistana dəstəyi davam etdirəcəyik


Bu gün, 17:04

Avropa Birliyi Ermənistanla əməkdaşlığı və İrəvana dəstəyi davam etdirməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anuar El-Anuni Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, AB Ermənistanın etibarlı tərəfdaşıdır və tərəfdaşlıq hazırda əvvəlkindən daha güclüdür:

“2026-cı ilin mayında ilk dəfə AB-Ermənistan sammiti keçirilib və bu görüşdə AB Ermənistanın demokratik inkişafına dəstəyini bir daha təsdiqləyib. AB Ermənistanın demokratik dayanıqlılığını, o cümlədən xarici informasiya təsirləri və hibrid təhdidlərə qarşı mübarizəsini dəstəkləyir”.


Geri qayıt