Paşinyan Putinə cavab verib: .....                     “Biz Azərbaycanla sülhə can atmalıyıq” .....                     Ermənistan müxalifətinin lideri baş nazirliyə namizəd olmayacaq .....                     Rusiya “qardaş xalqı boşamaq” istəmir .....                     "Finans Kredit” BOKT-un vaxtı keçmiş kreditləri .....                     Putin niyə Zelenskiyə birdən-birə “cənab” dedi? .....                     Yaponiya Yaxın Şərqdəki böhranın başlanğıcından bəri ilk dəfə Azərbaycandan neft alacaq .....                     Azərbaycanlı və erməni qızın müzakirə yaradan .....                     Kremlpərəst revanşistdən çağırış: .....                     “Azərbaycanlıların Zəngəzur dəhlizindən keçməsinə icazə verilməyəcək” .....                     “2026-cı il tarixə ənənəvi rus müstəmləkələrinin .....                     “Azərbaycanla sülh sazişi imzalana bilməz” .....                     Akif İslamzadənin son durumu: .....                     Qağaməli müəllimin kantorundə DƏRƏBƏYLİK: “Deyirlər ki, xoşun gəlmir get başqa yerdə iş tap...” .....                     Əliyevin 22 illik planında yeni vəziyyət: Cəbrayıl və Zəngilanın statusu dəyişir .....                     Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını 85 maddə ilə genişləndirdi .....                     "Azərbaycan Sənaye Sığorta" bu il də zərərlə işləyir .....                     Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb .....                     “İranın hərbi potensialını bərpa etməsi üçün 20 il lazım olacaq” .....                     Bakıda pəncərəni silən qadın binadan yıxılıb öldü .....                     Sibiqa Gürcüstanla münasibətlərdə yeni səhifə açmaq niyyətində olduğunu bildirib .....                     Azər Həsrəti niyə söyürlər? .....                     Allahşükür Paşazadə iki prezidentin XANIMI İLƏ... .....                     Bölgələrə yağan yağış: Bakıda cibləri “yandıracaq”? .....                     Tehran Vaşinqtonla nüvə proqramının müzakirəsindən imtina etdi .....                     Getdikcə dərinləşən böhranın ortasında: .....                     Aİ Ermənistanın Avropa seçimini dəstəkləyəcək .....                     ABŞ-nin İran əməliyyatının hərbi xərcləri 77 milyard dolları keçdi .....                     Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb .....                     "TikTok"da canlı açıb söyüş söyən 3 dost HƏBS OLUNDU .....                     Mübahisəli xəritələr, mürəkkəb proses: Sərhədlərin müəyyənləşdirilməsi niyə uzanır? .....                     Molla rejiminin vəhşiliyi DAVAM EDİR... .....                     "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" auditor seçib .....                     “Onlar narazıdır, incik düşüblər, Şəfiqə xanım seçilməlidir, başqalarının jek müdirinin yanında da hörmətləri yoxdur” .....                     Vəfa Şərifova sosial şəbəkə hesabında xəstəxanadan paylaşım edib .....                     Avropada Azərbaycan qazına ARTAN MARAQ .....                     “Elə bil ki, başıma daş düşür, nəyə gəldi çəkil də, aktyor deyilsən?” .....                     Rusiyanın Paşinyanı bitirəcək məxfi planı-şok sənəd yayıldı .....                     Fermerlər satdığı pambığın pulunu niyə ala bilmir? .....                     Azərbaycanda iş tapa bilməyənlər ən çox bu ölkələrə səfər edir .....                 

Putin niyə Zelenskiyə birdən-birə “cənab” dedi? – Gözlənilməz bəyanatın şifrələri
Tarix: Bu gün, 14:37 | Çap et

Moskvada keçirilən 9 May paradının səhəri günü Rusiya Prezidenti Vladimir Putin sensasiya yaradacaq fikirlərlə çıxış etdi.
O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə istənilən neytral ölkədə görüşməyə hazır olduğunu söylədi.
Qeyd edək ki, buna qədər Putin Zelenski ilə görüşü ya mümkünsüz hesab edir, ya da olsa-olsa, danışıqlar üçün onu Moskvaya dəvət edirdi. Paraddan dərhal sonra isə Putinin Ukrayna məsələsində mövqeyində sanki yumşalma meylləri hiss olunur.
Onu da xatırladaq ki, 9 May paradında iştirak üçün Moskvaya gələn Slovakiyanın baş naziri Robert Fitso səfər ərəfəsi Zelenskinin mesajını Putinə çatdıracağını bəyan etmişdi. Bu əsasda belə düşünülür ki, Putinin səsləndirdiyi son fikirlərdə Fiskonun Zelenskidən gətirdiyi mesajların da müəyyən rolu ola bilər.
Mövzu ilə bağlı Bakupost.azn suallarını sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb.
- Tofiq müəllim, Putin Ukrayna məsələsində doğrudanmı yumşalır?
- Putin Zelenski ilə istər Moskvada, istərsə də üçüncü ölkədə görüşməyə hazır olduğunu bəyan edib. Amma o, belə bir görüşün yalnız yekun mərhələdə ola biləcəyinə də işarə vurub. Yəni Putin bu açıqlamasında danışıqların bitdiyi, artıq sənədə imza atmaq lazım gələn dövrünü nəzərdə tutub. Boş-boş görüşlərə ehtiyacın olmadığını söyləyib.
- İndiyə kimi, Putin heç Zelenskinin adını çəkmirdi. Çəksə də onu faşist kimi xarakterizə edirdi. Son çıxışında isə Putin Zelenskiyə artıq “cənab” deyə müraciət edib. Bu açıqlama nəyin göstəricisidir?
- Bəllidir ki, hərbi əməliyyatlarla nə Rusiya, nə də Ukrayna öz məqsədlərinə çata bilmirlər. Bu açıq şəkildə görünür. Belədə qismən də olsa, deyə bilərik ki, təmas xəttində atəşkəs rejiminə bənzər bir vəziyyət yaranıb. Hazırda hər iki tərəf ən ciddi zərbələri raket və dronlar vasitəsilə endirir. Belə təəssürat yaranır ki, bu yöndə də hansısa razılıq əldə olunsa, demək olar, de-fakto atəşkəs rejimi bərqərar olacaq.
- Yəni müharibə dayanır?
- Düzdür, siyasi mövqelər dəyişməz olaraq qalacaq. Hansısa Ukrayna ərazisinin Rusiya tərəfinin nəzarəti altında qalmasına baxmayaraq, hüquqi baxımdan Kiyev təbii ki, onların aneksiyasını tanımayacaq. Amma vaxtilə Azərbaycana dedikləri kimi, Ukrayna məsələsində də status məsələsi gələcək nəsillərə qalmalıdır. Belədə istisna etmirəm ki, Rusiya bu və ya digər məsələlərdə “nə sülh, nə də hərb” vəziyyətinə hazırdır. Hətta gördük ki, Moskvada keçirilən 9 May paradı da məhz Ukrayna Prezidentinin “icazəsilə” baş verdi.
- Putin niyə bu fikrə əvvəllər deyil, məhz keçirdikləri sönük paraddan sonra gəldi?
- Təbii ki, parad əsasən təbliğat məqsədi daşıyan bir hadisə idi. Amma həmin tədbir güc nümayişi əvəzinə, zəiflik nümunəsi kimi yaddaşlarda qaldı. O baxımdan hamıya bəlli oldu ki, Rusya hərbi müstəvidə Ukraynanı məğlub edəcək iqtidarda deyil. Günü-gündən Rusiya üçün müharibənin ağırlığı daha da artır. Belədə aydın şəkildə görünür ki, bu və ya digər məsələlərdə hansısa vəziyyət dəyişməlidir.
- Slovakiyanın baş naziri Viktor Fitso Moskvaya gəlməmişdən əvvəl açıqladı ki, Putinə Zelenskindən detallarını gizli saxladığı müəyyən mesajlar çatdıracaq. Putinin bu bəyanatında Fiskonun gətirdiyi mesajların da hansısa bir rolu ola bilərmi?
- Müharibənin dayandırılması üçün çalışan bir çox iştirakçı var. Əsas fəallıq göstərən də ABŞ Prezidenti Donald Trampdır. Hətta Azərbaycanın da bu və ya digər şəkildə mesaj ötürməklə prosesə xidmət göstərdiyini istisna etmirəm. Bunlar baş verəcək. Bu mənada Putinin son bəyanatında Fiskonun ona çatdırdığı mesajın da müəyyən rolu ola bilər. Bu da istisna deyil.
- Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib ki, cari ilin mayın sonunda qurumda Rusiya ilə potensial danışıqlar məsələsini müzakirə edəcəklər. Bu artıq AB-nin də Moskva ilə dialoqa üstünlük verməyə başladığına işarə sayıla bilərmi?
- Müharibə aparan tərəflərdən heç biri hansısa siyasi öhdəlik götürməyə hazır deyil. Deməli, onlar arasında ehtimal edilən saziş ancaq atəşkəsə hesablanmış texniki bir saziş olacaq. Qalan məsələləri isə gələcək nəsillərə ötürəcəklər. Ona görə də danışıqlarda iştirak üçün hansısa qurumların dəvət olunacağını da görəcəyik. Həmin qurumlardan biri də Avropa Birliyi ola bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Putinə cavab verib: - Aİ və Aİİ arasında seçim üçün referendum gündəmdə deyil
Bu gün, 15:10
“Biz Azərbaycanla sülhə can atmalıyıq” - Ter-Petrosyan
Bu gün, 15:00
Ermənistan müxalifətinin lideri baş nazirliyə namizəd olmayacaq - "Mənim belə bir məqsədim yoxdur"
Bu gün, 14:55
Rusiya “qardaş xalqı boşamaq” istəmir - Vodolatski danışdı
Bu gün, 14:52
"Finans Kredit” BOKT-un vaxtı keçmiş kreditləri - ARTIB
Bu gün, 14:44
Putin niyə Zelenskiyə birdən-birə “cənab” dedi? – Gözlənilməz bəyanatın şifrələri
Bu gün, 14:37
Yaponiya Yaxın Şərqdəki böhranın başlanğıcından bəri ilk dəfə Azərbaycandan neft alacaq - "Reuters"
Bu gün, 14:25
Azərbaycanlı və erməni qızın müzakirə yaradan VİDEOsu
Bu gün, 14:21
Kremlpərəst revanşistdən çağırış: - Seçkiləri dayandırın, Ermənistan yalnız Rusiya ilə getməlidir
Bu gün, 14:18
“Azərbaycanlıların Zəngəzur dəhlizindən keçməsinə icazə verilməyəcək” - “Hraparak”
Bu gün, 14:11
“2026-cı il tarixə ənənəvi rus müstəmləkələrinin ortaq tarix və mənəvi dəyərlərdən imtina ili kimi düşəcək...”
Bu gün, 14:03
“Azərbaycanla sülh sazişi imzalana bilməz” - Marukyan belə deyir...
Bu gün, 13:58
Akif İslamzadənin son durumu: - “Ayağa qalxıb, gəzir”
Bu gün, 13:55
Qağaməli müəllimin kantorundə DƏRƏBƏYLİK: “Deyirlər ki, xoşun gəlmir get başqa yerdə iş tap...” - BU NƏDİ BELƏ?
Bu gün, 13:47
Əliyevin 22 illik planında yeni vəziyyət: Cəbrayıl və Zəngilanın statusu dəyişir
Bu gün, 13:05
Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını 85 maddə ilə genişləndirdi - TASS
Bu gün, 13:02
"Azərbaycan Sənaye Sığorta" bu il də zərərlə işləyir
Bu gün, 12:50
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTO
Bu gün, 12:43
“İranın hərbi potensialını bərpa etməsi üçün 20 il lazım olacaq” – Tramp
Bu gün, 12:34
Bakıda pəncərəni silən qadın binadan yıxılıb öldü
Bu gün, 12:30
Sibiqa Gürcüstanla münasibətlərdə yeni səhifə açmaq niyyətində olduğunu bildirib
Bu gün, 12:20
Azər Həsrəti niyə söyürlər? - ərəb-fars-ruspərəstlər xor təşkil ediblər
Bu gün, 12:17
Allahşükür Paşazadə iki prezidentin XANIMI İLƏ... - Bir şəklin tarixçəsi
Bu gün, 12:09
Bölgələrə yağan yağış: Bakıda cibləri “yandıracaq”? - NƏ ETMƏLİ?
Bu gün, 12:04
Tehran Vaşinqtonla nüvə proqramının müzakirəsindən imtina etdi
Bu gün, 12:02
Getdikcə dərinləşən böhranın ortasında: - İranın gələcəyi yeni rəhbərliyin addımlarından asılıdır
Bu gün, 11:59
Aİ Ermənistanın Avropa seçimini dəstəkləyəcək - Kos
Bu gün, 11:57
ABŞ-nin İran əməliyyatının hərbi xərcləri 77 milyard dolları keçdi
Bu gün, 11:53
Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb
Bu gün, 11:51
"TikTok"da canlı açıb söyüş söyən 3 dost HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 11:47
Mübahisəli xəritələr, mürəkkəb proses: Sərhədlərin müəyyənləşdirilməsi niyə uzanır? - GƏLİŞMƏ
Bu gün, 11:41
Molla rejiminin vəhşiliyi DAVAM EDİR... - Daha bir soydaşımız...
Bu gün, 11:39
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" auditor seçib
Bu gün, 11:35
“Onlar narazıdır, incik düşüblər, Şəfiqə xanım seçilməlidir, başqalarının jek müdirinin yanında da hörmətləri yoxdur”
Bu gün, 11:33
Vəfa Şərifova sosial şəbəkə hesabında xəstəxanadan paylaşım edib
Bu gün, 11:31
Avropada Azərbaycan qazına ARTAN MARAQ – Daha bir ölkə idxala başlamaq İSTƏYİR
Bu gün, 11:26
“Elə bil ki, başıma daş düşür, nəyə gəldi çəkil də, aktyor deyilsən?” - Xalq artistindən ETİRAZ
Bu gün, 11:23
Rusiyanın Paşinyanı bitirəcək məxfi planı-şok sənəd yayıldı - “Armenpress”
Bu gün, 11:17
Fermerlər satdığı pambığın pulunu niyə ala bilmir? - PROBLEM
Bu gün, 11:14
Azərbaycanda iş tapa bilməyənlər ən çox bu ölkələrə səfər edir - SİYAHI
Bu gün, 11:04
“Türk Hava Yolları”nın təyyarəsi Nepalda eniş edərkən yanıb
Bu gün, 11:01
40 işçi aylardır maaş ala bilmir... - AXI NİYƏ?
Bu gün, 10:45
Rusiyapərəst siyasətçinin Moskva ilə vasitəçi olmaq istəyi rədd edildi
Bu gün, 10:41
Postsovet ölkələrində xərçəng ona görə daha çox insanı öldürür ki... - AKTUAL
Bu gün, 10:35
İranın koordinasiyası ilə daha bir tanker Hörmüz boğazından keçib - KİV
Bu gün, 10:31
Cənab Cəlilov bayram günü camaata OT YOLDURUR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:29
Rusiyanı geniş Avrasiyanın mərkəzində yerləşən kiçik "Moskoviya" kimi təsvir edən xəritələr çoxdur - Moskvanın nəzərinə
Bu gün, 10:20
Boris Pistorius Ukraynaya elan olunmamış səfər edib - "RBK-Ukrayna"
Bu gün, 10:17
Əgər Rusiya üçün "Dağlıq Qarabağ" mövcuddursa, niyə Kalininqrad Azərbaycan üçün "Köniqsberq" olmasın? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:16
"A-Qrup Sığorta"nın mənfəəti 55 %-ə yaxın azalıb
Bu gün, 10:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru