Əliyevin 22 illik planında yeni vəziyyət: Cəbrayıl və Zəngilanın statusu dəyişir .....                     Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını 85 maddə ilə genişləndirdi .....                     "Azərbaycan Sənaye Sığorta" bu il də zərərlə işləyir .....                     Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb .....                     “İranın hərbi potensialını bərpa etməsi üçün 20 il lazım olacaq” .....                     Bakıda pəncərəni silən qadın binadan yıxılıb öldü .....                     Sibiqa Gürcüstanla münasibətlərdə yeni səhifə açmaq niyyətində olduğunu bildirib .....                     Azər Həsrəti niyə söyürlər? .....                     Allahşükür Paşazadə iki prezidentin XANIMI İLƏ... .....                     Bölgələrə yağan yağış: Bakıda cibləri “yandıracaq”? .....                     Tehran Vaşinqtonla nüvə proqramının müzakirəsindən imtina etdi .....                     Getdikcə dərinləşən böhranın ortasında: .....                     Aİ Ermənistanın Avropa seçimini dəstəkləyəcək .....                     ABŞ-nin İran əməliyyatının hərbi xərcləri 77 milyard dolları keçdi .....                     Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb .....                     "TikTok"da canlı açıb söyüş söyən 3 dost HƏBS OLUNDU .....                     Mübahisəli xəritələr, mürəkkəb proses: Sərhədlərin müəyyənləşdirilməsi niyə uzanır? .....                     Molla rejiminin vəhşiliyi DAVAM EDİR... .....                     "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" auditor seçib .....                     “Onlar narazıdır, incik düşüblər, Şəfiqə xanım seçilməlidir, başqalarının jek müdirinin yanında da hörmətləri yoxdur” .....                     Vəfa Şərifova sosial şəbəkə hesabında xəstəxanadan paylaşım edib .....                     Avropada Azərbaycan qazına ARTAN MARAQ .....                     “Elə bil ki, başıma daş düşür, nəyə gəldi çəkil də, aktyor deyilsən?” .....                     Rusiyanın Paşinyanı bitirəcək məxfi planı-şok sənəd yayıldı .....                     Fermerlər satdığı pambığın pulunu niyə ala bilmir? .....                     Azərbaycanda iş tapa bilməyənlər ən çox bu ölkələrə səfər edir .....                     “Türk Hava Yolları”nın təyyarəsi Nepalda eniş edərkən yanıb .....                     40 işçi aylardır maaş ala bilmir... .....                     Rusiyapərəst siyasətçinin Moskva ilə vasitəçi olmaq istəyi rədd edildi .....                     Postsovet ölkələrində xərçəng ona görə daha çox insanı öldürür ki... .....                     İranın koordinasiyası ilə daha bir tanker Hörmüz boğazından keçib .....                     Cənab Cəlilov bayram günü camaata OT YOLDURUR... .....                     Rusiyanı geniş Avrasiyanın mərkəzində yerləşən kiçik "Moskoviya" kimi təsvir edən xəritələr çoxdur .....                     Boris Pistorius Ukraynaya elan olunmamış səfər edib .....                     Əgər Rusiya üçün "Dağlıq Qarabağ" mövcuddursa, niyə Kalininqrad Azərbaycan üçün "Köniqsberq" olmasın? .....                     "A-Qrup Sığorta"nın mənfəəti 55 %-ə yaxın azalıb .....                     "İndi hansısa bunkerdə, ya da gizli zonadadır" .....                     Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilinib .....                     "Bu iş belə olmur, “ictimai saziş” pozulur..." .....                     Ruslar geosiyasi təcridin fəsadlarını hiss edir .....                 

Azər Həsrəti niyə söyürlər? - ərəb-fars-ruspərəstlər xor təşkil ediblər
Tarix: Bu gün, 12:17 | Çap et

Ötən həftə sosial şəbəkələrin milli seqmentində adı ən çox hallandırılan şəxs jurnalist və ictimai-siyasi fəal Azər Həsrət oldu.

Onun əvvəlcə islam dininin türk xalqlarına təsirinə dair dediyi sözlər geniş ictimai polemikaya, qalmaqala rəvac verdi, daha sonra Rusiya tərəfindən işğal olunan xalqların rus mədəniyyətinin basqısına məruz qalmasına dair fikirləri ikinci bir polemika dalğası törətdi.

“Polemika” deyəndə mədəni çıxır, əslində ortada ciddi bir fikir dartışması, arqumentlər mübadiləsi yox idi, həm ərəb-farspərəstlər, həm də ruspərəstlər Azərin adına eləcə kütləvi şəkildə pis-pis epitetlər qoşur, açıq-aşkar söyür, təhqir edirdilər.

A.Həsrətin dedikləri ilə razılamamaq və mübahisə etmək, əlbəttə ki, mümkündür, hətta zəruridir, amma onun opponentləri yalnız təhqir yolunu seçmişdilər və psixoloji terror mühiti yaratmışdlar. Başqa adı yoxdur, bu, məhz psixoloji terror mühitidir.

Həm də çox qəribəydi, özlərini daha üstün mədəniyyətin daşıyıcısı kimi göstərənlər elə ilk cümlələrindəcə palaz-payəndaz səviyyəsi sərgiləyirdilər.

Belə ağır sözlü ritorika müxtəlif dini məzhəblərə tapınan sektant həmvətənlərimiz üçün adi şey olsa da, özlərini hər zaman aborigen xalqdan, yəni Azərbaycan türklərindən bir baş üstün sayan yerli “rusdilli”lərin və onlarla həmrəylik nümayiş etdirən slavyan mənşəli əcnəbi istifadəçilərin bu sayaq qeyri-mədəni bəlağəti təəccüb doğururdu. Sözlərinə Puşkinlə, Tolsyoyla başlayırlar, amma türmə jarqonları ilə davam edirlər.

Onlar Azər Həsrətin ünvanına nələr demirdilər. İndi həmin təhqirlərin, çoxdan tanıdığım Azər Həsrətə zərrəcə yaraşmayan ağır sözlərin bir qismini burada iqtibas edək, özünüz baxın. Onun mənası “Rusiya işğal altına aldığı xalqları araqa dadandırdı” fikrinə etiraz edənlər A.Həsrət barədə bu cür yazırdılar: “Axmaq”, “çoban”, “neandertal”, “debil”, “qoyun”, “şizofrenik”, “eybəcər”, “yazıq”, “zavallı” və sair və ilaxır. Söyüşün, təhqirin qomu yüz rus rublu.

Hələ bəziləri Azər Həsrətə öz kəndinə qayıdıb qoyun otarmağı məsləhət görür, bəziləri “mağarada yaşayan əcdadları”na sataşırdı.

Sanki 5 min il əvvəl bu yerlərin insanları mağaralarda, birtəhər düzəltdikləri daldalanacaqlarda yaşayanda, şimaldakılar, qərbdəkilər villalarda, qəsrlərdə ömür sürürmülər. “Kəndinə qayıdıb qoyun otarsın” deyənlər isə sanki gözlərini həyata Yelisey sarayında açıb, Bukinhem sarayında böyüyüblər və ali irqin nümayəndələridir. Çobanlıq niyə təhqiramiz peşə olsun ki? Bura insanları kastalara bölünmüş Hindistandır, haradır?

Mədəni dünyada çoxdan sübut olunub ki, bir mübahisəli fikrə qarşı dözümsüzlük göstərmək mədəniyyətsizliyin ta özüdür. Normal dildə ifadə edilmiş fikrin cavabı normal şəkildə söyüşsüz, isterikasız, təhqirsiz verilməlidir.

Azər Həsrət vətənpərvərdir və 30 ildən çoxdur tanıdığıma görə deyə bilərəm ki, nasist deyil, başqa xalqları xor görmür, ancaq öz xalqını xor görənlərə, ona problem yaradanlara da təhəmmül etmir.

Onun “ruslar digər xalqları arağa dadandırdı” fikri isə bütün postsovet məkanında geniş yayılmış, yarızarafat-yarıgerçək səsləndirilən bir fikirdir. Məsələn, Qazaxıstanda tez-tez deyirlər ki, “ruslar bizə araq içməyi öyrətdi, ancaq qədərini demədilər”.

Ümumiyyətlə, spirtli içkiləri daha çox qəbul etmək aludəçiliyi bütün şimal xalqlarında var. Bu, iqlimin şərtləndirdiyi vərdişdir. Bunun üzərinə vurğu salaraq, bir xalqı “alkoqolik xalq” adlandırmaq da düzgün deyil. Ona qalsa, finlər arağı ruslardan da çox içir. Bu, başqa mövzudur.

Söhbət ondan gedir ki, həmişə başqa xalqlardan itaət görən, yeri gələndə başqalarını “çurki”, “qıyıqgöz”, “qarayanbız”, “qıllı”, “kütbeyin” və s. adlandıran, təhqir edən ruslar öz ünvanlarına xoşagəlməz epitet eşidəndə isterikaya qapılırlar. Sanki bunların hamını təhqir etmək üçün eksklüziv hüquqları var, amma heç kəs onlara ayama qoşa bilməz.

Azər Həsrəti təhqir edənlər hələ onun məsuliyyətə cəlb edilməsini də istəyirlər, maddəsini də tapıblar: “Milli nifaqı qızışdırmaq”.

Bəs sabah Azər ünvanına yazılan söyüş və təhqirləri skrin-şot edib DİN-ə təqdim və şikayət etsə, nə olacaq? Çox zaman olduğu kimi, kompüter arxasında şirə dönənlərin çoxunun səsi batacaq.

Bu qovğada ən xoşagəlməzi isə başqa millətə yaltaqlıq izhar edərək öz həmvətəninə təhqir yağdıranların çox olmasıdır. Bu, Roma Papasından artıq katolik olmaq cəhdidir, adamda bir az milli təəssübkeşlik hissi olar. Bir az da söhbətin məğzinə varmaq vərdişi lazımdır. Hələ bir baxın, görün, Azər Həsrət nə deyib, necə deyib, ondan sonra səs-səsə verərək söyərsiniz.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əliyevin 22 illik planında yeni vəziyyət: Cəbrayıl və Zəngilanın statusu dəyişir
Bu gün, 13:05
Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını 85 maddə ilə genişləndirdi - TASS
Bu gün, 13:02
"Azərbaycan Sənaye Sığorta" bu il də zərərlə işləyir
Bu gün, 12:50
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTO
Bu gün, 12:43
“İranın hərbi potensialını bərpa etməsi üçün 20 il lazım olacaq” – Tramp
Bu gün, 12:34
Bakıda pəncərəni silən qadın binadan yıxılıb öldü
Bu gün, 12:30
Sibiqa Gürcüstanla münasibətlərdə yeni səhifə açmaq niyyətində olduğunu bildirib
Bu gün, 12:20
Azər Həsrəti niyə söyürlər? - ərəb-fars-ruspərəstlər xor təşkil ediblər
Bu gün, 12:17
Allahşükür Paşazadə iki prezidentin XANIMI İLƏ... - Bir şəklin tarixçəsi
Bu gün, 12:09
Bölgələrə yağan yağış: Bakıda cibləri “yandıracaq”? - NƏ ETMƏLİ?
Bu gün, 12:04
Tehran Vaşinqtonla nüvə proqramının müzakirəsindən imtina etdi
Bu gün, 12:02
Getdikcə dərinləşən böhranın ortasında: - İranın gələcəyi yeni rəhbərliyin addımlarından asılıdır
Bu gün, 11:59
Aİ Ermənistanın Avropa seçimini dəstəkləyəcək - Kos
Bu gün, 11:57
ABŞ-nin İran əməliyyatının hərbi xərcləri 77 milyard dolları keçdi
Bu gün, 11:53
Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb
Bu gün, 11:51
"TikTok"da canlı açıb söyüş söyən 3 dost HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 11:47
Mübahisəli xəritələr, mürəkkəb proses: Sərhədlərin müəyyənləşdirilməsi niyə uzanır? - GƏLİŞMƏ
Bu gün, 11:41
Molla rejiminin vəhşiliyi DAVAM EDİR... - Daha bir soydaşımız...
Bu gün, 11:39
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" auditor seçib
Bu gün, 11:35
“Onlar narazıdır, incik düşüblər, Şəfiqə xanım seçilməlidir, başqalarının jek müdirinin yanında da hörmətləri yoxdur”
Bu gün, 11:33
Vəfa Şərifova sosial şəbəkə hesabında xəstəxanadan paylaşım edib
Bu gün, 11:31
Avropada Azərbaycan qazına ARTAN MARAQ – Daha bir ölkə idxala başlamaq İSTƏYİR
Bu gün, 11:26
“Elə bil ki, başıma daş düşür, nəyə gəldi çəkil də, aktyor deyilsən?” - Xalq artistindən ETİRAZ
Bu gün, 11:23
Rusiyanın Paşinyanı bitirəcək məxfi planı-şok sənəd yayıldı - “Armenpress”
Bu gün, 11:17
Fermerlər satdığı pambığın pulunu niyə ala bilmir? - PROBLEM
Bu gün, 11:14
Azərbaycanda iş tapa bilməyənlər ən çox bu ölkələrə səfər edir - SİYAHI
Bu gün, 11:04
“Türk Hava Yolları”nın təyyarəsi Nepalda eniş edərkən yanıb
Bu gün, 11:01
40 işçi aylardır maaş ala bilmir... - AXI NİYƏ?
Bu gün, 10:45
Rusiyapərəst siyasətçinin Moskva ilə vasitəçi olmaq istəyi rədd edildi
Bu gün, 10:41
Postsovet ölkələrində xərçəng ona görə daha çox insanı öldürür ki... - AKTUAL
Bu gün, 10:35
İranın koordinasiyası ilə daha bir tanker Hörmüz boğazından keçib - KİV
Bu gün, 10:31
Cənab Cəlilov bayram günü camaata OT YOLDURUR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:29
Rusiyanı geniş Avrasiyanın mərkəzində yerləşən kiçik "Moskoviya" kimi təsvir edən xəritələr çoxdur - Moskvanın nəzərinə
Bu gün, 10:20
Boris Pistorius Ukraynaya elan olunmamış səfər edib - "RBK-Ukrayna"
Bu gün, 10:17
Əgər Rusiya üçün "Dağlıq Qarabağ" mövcuddursa, niyə Kalininqrad Azərbaycan üçün "Köniqsberq" olmasın? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:16
"A-Qrup Sığorta"nın mənfəəti 55 %-ə yaxın azalıb
Bu gün, 10:13
"İndi hansısa bunkerdə, ya da gizli zonadadır" - KİV
Bu gün, 09:59
Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilinib - AÇIQLAMA
Bu gün, 09:53
"Bu iş belə olmur, “ictimai saziş” pozulur..." - partiya sədri
Bu gün, 08:15
Ruslar geosiyasi təcridin fəsadlarını hiss edir - Kəşfiyyat
Bu gün, 08:06
44 günlük müharibənin qapalı səhifəsi – Əliyev o ölkəni də məğlub etdi
Bu gün, 08:05
İsrail “Hizbullah”la mübarizəni dayandırmayacaq - Baş nazir
Bu gün, 08:03
Fəhlənin alın təri üzərində qurulan PİRAMİDA... - REPLİKA
Bu gün, 07:39
Nərgiz Məhəmmədi azad edilib - TƏFƏRRÜAT
Bu gün, 07:28
Nəfəsimizi kəsən DEMOQRAFİK BÖHRAN... - BU NƏDİ BELƏ?
Bu gün, 07:19
"Bu sistemdə alın təri yox, kabinet havası qiymətləndirilir..." - NARAZILIQ VAR...
Bu gün, 07:12
Tramp İranın Obama dövründə böyük üstünlük qazandığını deyib
Bu gün, 06:53
Netanyahu Hörmüz boğazı ilə bağlı vəziyyətin düzgün qiymətləndirilmədiyini etiraf edib - "CBS News"
Bu gün, 06:51
"Deyirlər niyə elə geyinmişdin?” - Kəmalə Günəşli o videodan DANIŞDI
Bu gün, 06:38
Burda qanunlar AYAQ ALTINDADIR - ÖZBAŞINALIQ
Bu gün, 06:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru