Avropa İttifaqının (Aİ) xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas Almaniyanın keçmiş kansleri Gerhard Şröderin Rusiya ilə danışıqlarda vasitəçi olmaq təklifini rədd edib.
Teleqraf xəbər verir ki, o, Aİ ölkələri xarici işlər nazirlərinin mayın sonunda Rusiya ilə mümkün danışıqları müzakirə edəcəklərini açıqlayıb.
“Şröder Rusiya şirkətlərinin tanınmış lobbiçisidir. Əgər o, Aİ nümayəndəsi olsa, masanın hər iki tərəfində oturmuş olacaq”, - Kallas bildirib və bu təyinat imkanını rədd edib.
“Der Spiegel”in yazdığına görə, Almaniyada da Şröderin Rusiya ilə mümkün danışıqlarda vasitəçi olmaq ideyası etirazla qarşılanıb.










