Britaniyanın ABŞ-dakı səfiri olmuş Ceyms Braysın maraqlı bir kitabını sizə təqdim edirəm. "Zaqafqaziya və Ararat" adlanan kitabını 1876-cı ildəki səyahətləri zamanı yazıb və Qafqazda coğrafiya və xalqlar barədə qeydlər edib.
O, azərbaycanlılar, gürcülər, ermənilər və ruslar arasındakı münasibətləri, onların həyat tərzi barədə gördüklərini neytral bir mövqedə yazıb.
Müəllifin Qafqaz səyahətinin ən önəmli məqamı Bakı şəhərini gördükdən sonra yazdığıdır:
"Bakı gələcəkdə dünyanın ən böyük enerji mərkəzlərindən biri olacaq"
Daha sonra o yazır:
" Bakıdan tutmuş Təbrizə qədər geniş bir ərazidə danışılan Azərbaycan Türk dili dil eynidir"
İngilis diplomat yazır ki, tarixdə "Caucasian Albania" adı ilə mövcud olan qədim dövlətin coğrafi və siyasi davamı Azərbaycandır. Müəllif xüsusilə qeyd edir ki, Qafqazda mövcud olmuş xristian Albaniya rusların vasitəsilə ermənilərin təsir altına düşmüş və qədimdən tatarlara (Azərbaycanlıları belə də adlandırır) məxsus kilsə və məbədlər onların əlindən alınıb ermənilərə verilib.Onun fikrincə, ermənilər öz dini təsirlərini yayaraq bəzi yerli alban qruplarını özlərinə tabe etmiş və onları "erməniləşdirmişlər".
Braysın kitabında Azərbaycan xalqının etnik kökləri barədə xüsusi qeydlərə rast gəlinir. O, yazır ki, Azərbaycan türkləri gəlmə köçərilər kimi rus və ermənilərin dedikləri kimi deyil, bu torpaqların qədim sakinləri olmaqla yanaşı albanların və digər yerli tayfaların varisləridir.
O yazır ki, Azərbaycan dili bütün Qafqazda, Şimali İranda və hətta Orta Asiyanın bəzi hissələrində anlaşılan əsas dildir.Brays qeyd edir ki, Qafqazın digər xalqları çox vaxt öz aralarında anlaşmaq üçün məhz bu dildən istifadə edirlər.
Qafqaz xalqlarının xüsusiyyətlərini təhlil edib yazır:
"Azərbaycanlılar torpağa bağlı, cəsarətli və hərbi ruhludurlar. Eyni zamanda sözünə daha sadiqdirlər"
Brays azərbaycanlıları Qafqazın "ən köklü və stabil" etnik gücü kimi xüsusi olaraq vurğulayır və yazır:
" Azərbaycan türklərinin (tatar) dili və dini kimliyi o qədər güclüdür ki, o, zamanla bölgədəki digər kiçik etnik qrupları öz daxilində əritmək potensialına malikdir"
Ermənilər ilə Azərbaycanlıları belə müqayisə edir:
" Azərbaycanlılar mərd, sadə və döyüşkəndir, ermənilər isə hiyləgər, hesabçıl və rusa xidmət edirlər. Azərbaycanlılar köklü xalqdır, ermənilər isə Rus-Qacar və Rus-Osmanlı müharibələrindən sonra rusların dəvəti və himayəsi ilə kütləvi şəkildə İrəvan, Qarabağ və Tiflis ətrafına köçürülüblər"
İrəvan şəhərini gəzən və qeydlər aparan müəllif İrəvanı erməni şəhəri hesab etmir. Əksinə, o, şəhərin həm zahiri görünüşü, həm də əhalisinin tərkibi baxımından müsəlman -türklərə aid olmasını təsdiq edir.
O, yazır ki, ruslar İrəvanı işğal etdikdən sonra erməniləri bura köçürməklə bir "xristian şəhəri" yaratmağa cəhd etsələr də, bura qədim türk müsəlman kimliyinə məxsus olub.
Kitabın giriş hissələrində yazılır:
"Kür çayının suvardığı bu geniş və münbit düzənliklər qədimlərin dediyi Albaniyadır və bu gün də buraların əsl sahibləri öz həyat tərzləri ilə o qədim dövrlərin sadəliyini qoruyub saxlayırlar."
müəllif: Prof.Dr. Zaur Aliyev - "DİA-AZ"








