Hörmüz boğazının yenidən açılması ilə bağlı intensiv diplomatik danışıqlar aparılır.
Publika.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Bildirilib ki, ABŞ və İran arasında liman blokadasının yumşaldılması müqabilində Hörmüz boğazının mərhələli şəkildə açılması barədə ilkin razılaşma əldə oluna bilər.
Yaxın saatlarda boğazda hərəkətsiz qalan gəmilərlə bağlı vəziyyətdə irəliləyiş gözlənildiyi də vurğulanıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp çərşənbə günü İranla razılaşmanın mümkün olduğuna inandığını, lakin danışıqlar uğursuz olarsa, ölkəyə hücumları bərpa edəcəyini bəyan edib.










