“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb .....                     Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü .....                     Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi .....                     Kremldən “qazlı” ZƏRBƏ .....                     AZAL-ın təyyarəsi İrəvanda .....                     Sara Əzimovaya yeni vəzifə verilib .....                     Şahin Mustafayev Ermənistanda səfərdədir .....                     Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! .....                     "Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" .....                     Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib .....                     Əlixan Rəcəbov necə uğursuz oldu? .....                     İranda nizam dəyişdi .....                     Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır .....                     “Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək .....                     "Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" .....                     7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin .....                     AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” .....                     Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək .....                     Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi .....                     Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq .....                     “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan .....                     "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Azərbaycan neftinin qiyməti 115 dolları ötüb .....                     Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi .....                     Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                     Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                 

Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Tarix: Bu gün, 11:01 | Çap et

Elə aktyorlar var ki, onlar sənətə əvvəlcə uğursuz, daha dəqiq desək, təbii olaraq xam başlayırlar, tanınmaq, rolu yaxşı oynamaq çətin olur. Ancaq püxtələşdikcə, inkişaf etdikcə hər şey düzəlir. Görürsən ki, bu adam əsl inkişaf yolu keçdi. Biri də var, başlayanda uğuru, istedadı, işığı görünən, ancaq getdikcə pisə doğru mətin addımlar atan, o işığı öləziyən aktyorlar.

Əlixan Rəcəbov ikinci kateqoriyadadır.

Bəlkə də, bir anın içindəki məşhurluq, müəyyən uğur, kütləvi sevilmək özünü realizə etməyə imkan vermədi ona. Bəli, şöhrətin bu cür bir ziyanı da var. Bir də görürsən, şöhrət adamı Əlixan Rəcəbovun gününə qoyur.

O ilk dəfə videoblogerlikdə seçildi, sonra aktyorluqda, sonra da seçilib qurtardı, çıxıb getdi ruhən.

Əlixan Rəcəbov sima olaraq Azərbaycan filminə çox uyğundur, ancaq istedad olaraq indi ən yaxşı halda elə videoblogerdir.

Görünür, mahiyyət etibarı ilə başladığı yerə qayıdıb.

Obrazlı desək, Əlixan Rəcəbov aktyorluq etməsə, əslində, çox yaxşı aktyordur.

Hətta deyərdim, çəkilmədiyi filmlərdə ən yaxşı aktyor oyunu da ona məxsusdur.

Bu gün çəkilən filmlərdə kənardan keçən adamlar daha çox aktyordur, nəinki Əlixan Rəcəbov.

Əlixan Rəcəbovun bir neçə problemi var. Əsas problemlərdən biri odur ki, o, aktyor kimi düşünə bilmir. Bəli, məhz düşünə bilmir. Aktyor kimi oynamaq, özünü aktyor kimi aparmaq ayrı, ancaq bir aktyoru həqiqi aktyor edən nəsnə elə aktyor kimi düşünməkdir.

Ancaq Əlixan Rəcəbov belə məsələlər haqqında düşünmür. Tək o yox, bir sıra aktyorlara aid etmək olar bunu.

Hazırda Azərbaycan filminə, efirinə Əlixan Rəcəbov lazımdır, ancaq sima olaraq. Pis-yaxşı bir məşhurluğu var və bu məşhurluq kommersiyaya işləyə bilir.

Bəlkə də, Əlixan Rəcəbov təkcə videobloger olaraq qalsaydı, bu gün ən yaxşı vayner o idi.

Nə rejissor, nə ssenarist, nə də aktyor kimi özünü doğrulda bilmədi. Eləcə məşhurlaşdı, böyük iddialar, di gəl, altı da boş.

Əlixan ixtisasca Aviasiyanı bitirib. Yaxşı olardı ki, uçsun. Məncə, Əlixan Rəcəbov super uça bilərdi səmada. Gül kimi pilot itirmişik bəlkə də. Uçardı və deyərdi: Sən ey mavi göylər, səmavi göylər…

Ya da uzun müddət davam etdiyi futbolda qalardı. İndi gül kimi topuyla oynayırdı.

Bilməyənlər üçün deyim ki, Əlixan Rəcəbov Rusiyanın Həştərxan şəhərində, “Neftçi Bakı” ŞHK-nun heyətində çempionata qatılıb. Daha sonra bir çox ŞHK liqalarında komandasıyla birlikdə iştirak edib. O cümlədən Azərbaycan yığmasında Belarusun Minskşəhərində 1-ci liqada oyuna qatılıb.

Əlixan Rəcəbov elə bil Azərbaycan kinosunun “yarımçıq tikilmiş villasıdır”. Fasadı bahalı, qapısında parlaq lövhə, içəri girəndə isə görürsən ki, divarlar suvaqsız, işıq sistemi çəkilməyib, mətbəxdə də qaz yoxdur.

Əlixan məsələsində problem budur ki, kamera onu sevir, amma sənət onunla ciddi münasibət qurmaq istəmir. Bir növ, sənət deyir: “Sən yaxşı oğlansan, amma biz dost qalaq”.

Günlərin bir günü istedad qayıdıb Əlixan Rəcəbova deyib ki, sən məndən yaxşılarına layiqsən.

Fikrimcə, aktyor odur ki, girdiyi rolun içində özünə şərait qursun. Əlixan Rəcəbovun girdiyi rollarda şərait var, ancaq o şərait Nail Kəmərlin çəkdiyi yerlər kimidir.

Hansı rolda olursa olsun, Əlixan ancaq özüdür. Obraz dəyişir, adam dəyişmir. Aktyor odur ki, rola girsin. O isə rolun içinə mebel kimi qoyulub. Hərdən birini yerini dəyişirlər.

Obrazın dəyişib ancaq adamın dəyişməməsi texniki yox, daxili problemdir. Çünki aktyor sənəti imitasiya yox, daha çox transformasiya tələb edir. Bu mənada, Əlixanın problemi bəlkə də istedadsızlıq yox, özünü yenidən qurmaq istəməməsidir. Komfort zonasından çıxmamaq. İnsan bir dəfə tamaşaçı sevgisini “asan yolla” qazananda, onu itirmək qorxusu risk etməyə mane olur.

Mənə elə gəlir ki, Əlixan heç bir rejissoru başa düşmür. Məsələn, rejissor ona desə ki, psixoloji dərinlik yarat, Əlixan azı qırx dəqiqə tavana baxar. Elə bilər ki, dərinlik bu cür olur.

Əlixan bir çox hallarda o aktyorlardandır ki, hər layihəyə “mən burdayam” demək üçün girir, “mən kiməm?” sualını vermək üçün yox.

Halbuki onun olduqca geniş nəfəsi var idi. Kim bilir, bəlkə də, zamanla düzələr, onu aldadan nəsnənin adı nədirsə, parıltısına aldanmaz, özünü toparlaya və fərqli rollara girə bilər.

Orxan Saffari

Gununsesi.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56
Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53
AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45
Sara Əzimovaya yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 11:42
Şahin Mustafayev Ermənistanda səfərdədir
Bu gün, 11:34
Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
"Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13
Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08
Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Bu gün, 11:01
İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48
Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42
“Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək
Bu gün, 10:40
"Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" - ETİRAZ VAR...
Bu gün, 10:37
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Bu gün, 10:33
AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
Bu gün, 10:29
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17
Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04
“PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53
"Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47
Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru