"Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Azərbaycan neftinin qiyməti 115 dolları ötüb .....                     Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi .....                     Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                     Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                 

Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Tarix: Bu gün, 08:39 | Çap et

İran üçün ölkəmizlə sərhəd daha "gərginlik zonası" deyil, əksinə, sabit və idarəolunan tranzit xətti kimi qəbul olunur

İran ABŞ və İsraillə hərbi əməliyyatlar fonunda Azərbaycanla sərhəddə heç bir gərginlik olmamasından məmnunluq duyur. Bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini, həmçinin Gömrük Administrasiyasının rəhbəri Forud Əsgəri Biləsuvar sərhəd gömrük məntəqəsinin fəaliyyəti ilə tanış olduqdan sonra bildirib.

Onun sözlərinə görə, İran və Azərbaycan arasındakı sərhəddə qarşılıqlı fəaliyyət yüksək səviyyədə qalır. Hərbi əməliyyatlar dövründə sərhəd-keçid məntəqələrində heç bir problem qeydə alınmayıb. Əsgəri qeyd edib ki, Biləsuvar sərhəd-keçid məntəqəsində ixrac, idxal və tranzit əməliyyatlarının həcminin artırılması planlaşdırılır. Gözlənilir ki, bu addımlar Ərdəbil-Biləsuvar azad ticarət zonasını ölkənin ən fəal zonalarından birinə çevirəcək.

ABŞ və İsraillə İran arasında davam edən gərginliklərin fonunda regionun müxtəlif nöqtələrində risklərin artdığı müşahidə olunur. Lakin İran tərəfi Azərbaycanla sərhəddə hər hansı insidentin baş vermədiyini xüsusi vurğulayır. Bu, təkcə texniki idarəetmə uğuru kimi deyil, həm də tərəflər arasında praqmatik və işlək kommunikasiya xəttinin mövcudluğu kimi qiymətləndirilə bilər.

Analitik baxımdan bu vəziyyət göstərir ki, İran üçün Azərbaycan sərhədi “gərginlik zonası” deyil, əksinə, sabit və idarəolunan tranzit xətti kimi qəbul olunur.

Ümumilikdə, Biləsuvar sərhəd məntəqəsi ətrafında aparılan siyasət yalnız iqtisadi modernizasiya layihəsi kimi yox, həm də İranın regionda sabitlik və əməkdaşlıq mesajı kimi oxuna bilər. Əsgərinin açıqlamalarında diqqət çəkən digər məqam Biləsuvarın Mərkəzi Asiya ilə ticarət axınlarında potensial roludur. Bu, İranın sərhəd strategiyasını yalnız ikitərəfli (İran-Azərbaycan) çərçivədə deyil, daha geniş regional logistika şəbəkəsi kontekstində düşündüyünü göstərir.

Ərdəbil-Biləsuvar azad ticarət zonasının aktivləşdirilməsi planı da bu yanaşmanı gücləndirir. Belə zonalar adətən həm ticarət dövriyyəsini artırmaq, həm də regional iqtisadi asılılıqları dərinləşdirmək üçün istifadə olunur.

“Yaxın Şərqdə gərginliyin artması, xüsusilə İranla ABŞ-İsrail xətti arasında hərbi qarşıdurmanın müharibəyə çevrilə bilməsi ehtimalını gücləndirən proseslər regionu getdikcə daha həssas və riskli mərhələyə sürükləyir. Belə bir mürəkkəb geosiyasi fon şəraitində region dövlətlərinin davranış modeli və prioritetləri xüsusi diqqət mərkəzinə çevrilir. Məhz bu kontekstdə qeyd etmək lazımdır ki, Azərbaycan uzun illərdir həm regional, həm də qlobal səviyyədə sabitliyin və təhlükəsizliyin qorunmasına yönəlmiş ardıcıl siyasət yürüdür”.

Bu sözləri “Yeni Müsavat”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. O bildirib ki, rəsmi Bakı prinsipial mövqeyinə sadiq qalaraq öz ərazisinin üçüncü tərəflərə qarşı istifadə olunmasına heç vaxt şərait yaratmayıb və bu xətt dəyişməz olaraq qalır: “Baş verən son hadisələr göstərir ki, bu yanaşma sadəcə siyasi bəyanat deyil, praktik siyasətin əsas elementidir. Diqqətçəkən məqamlardan biri də odur ki, İran tərəfi artıq bu reallığı açıq şəkildə qəbul edir. İranın sənaye, mədən və ticarət nazirinin müavini, eyni zamanda Gömrük Administrasiyasının rəhbəri Forud Əsgərinin Azərbaycanla sərhəddə sabitliyin qorunduğunu və heç bir insidentin qeydə alınmadığını vurğulaması bunun aydın göstəricisidir”.

V.İskəndərovun sözlərinə görə, burada əsas məsələ İranın Azərbaycan istiqamətinə yanaşmasında özünü göstərir: “Tehran bu xətti risk zonası kimi deyil, daha çox etibarlı və funksional tranzit marşrutu kimi dəyərləndirir. Bu isə faktiki olaraq regionda iqtisadi və logistika baxımından alternativlərin qorunmasına xidmət edir. Eyni zamanda belə bir yanaşma İranın mövcud geosiyasi təzyiqlər fonunda iqtisadi əlaqələri tam itirməmək niyyətindən xəbər verir”.

“Ümumilikdə, ortaya çıxan mənzərə onu göstərir ki, burada söhbət yalnız texniki koordinasiyadan getmir. Əksinə, qarşılıqlı maraqlara əsaslanan və praqmatik hesablamalar üzərində qurulan münasibət modeli formalaşır. Bu model sübut edir ki, hətta genişmiqyaslı gərginlik fonunda belə, müəyyən istiqamətlər üzrə rasional əməkdaşlıq qorunub saxlanıla və daha da inkişaf etdirilə bilər” - deyə o vurğulayıb.

ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, Azərbaycan daim cənub qonşusu ilə yaxın əlaqələr qurmaqda maraqlı olub: “Çox yaxşı haldır. Çünki artıq İran rəsmiləri başa düşməyə başlayıblar ki, İran-Azərbaycan sərhədində heç bir gərginlik yoxdur və Azərbaycandan İrana hər hansı bir təhlükə ola bilməz. 60 gündən artıqdır ki, İran-ABŞ və İsrail hərbi əməliyyatları baş verib. Azərbaycan ilk gündən bəyan etdi ki, biz İrana hərbi müdaxiləyə, raketlərlə vurulmasına hava xəttimizdən istifadə olunmasına və baş vermiş münaqişəyə hər hansı bir dəstək verməyəcəyik. Azərbaycan hər zaman İranla ikitərəfli, normal, qarşılıqlı səmimi əlaqələrin inkişaf etdirilməsində maraqlı olub. Hər zaman mədəni, dostluq, iqtisadi, siyasi, diplomatik əlaqələrin möhkəmlənməsində maraqlı olmuşuq. İranın ərazi bütövlüyünü tanımışıq. Eyni dinin daşıyıcılarıyıq. Tarixi əlaqələrimiz mövcuddur. 40 milyondan artıq Azərbaycan türkü İran vətəndaşıdır. Bütün bunlar çox mühüm amillərdir. Bu gün Azərbaycanla münasibətlərinin normal və yaxşı olmasına daha çox İranın ehtiyacı var. Müharibə başlanandan bəlkə də Azərbaycan yeganə ölkədir ki, İrana dəfələrlə humanitar yardım göstərib və bu müharibənin dayanmasını və danışıqlar masasına keçməsini arzu edir. Biz günahsız insanların həyatını itirməməsini arzu edirik. Hörmüz boğazında yaranmış vəziyyətlə bağlı artıq hər kəsə bəllidir ki, ABŞ İranı blokadaya alıb. Uzun illər sanksiya altında boğulan İran üçün bu vəziyyətin həddindən artıq ağır olacağını düşünürəm. İranda sosial vəziyyətin və böhranın qaçılmaz olduğu gözlənilir. Aclıq və ağır şəraitin baş verməsi qaçılmaz olacaq. İran rəsmiləri özləri bəyan edirlər ki, müharibədən sonra körfəz ölkələri ilə münasibətlərin fonunda Azərbaycanla sərhəddə hər hansı bir insidenti baş vermir. Əlbəttə ki, bu təkcə texniki idarəetmə deyil, həmçinin də işlək kommunikasiya xəttinin mövcudluğu kimi qəbul olunur. İran-Azərbaycan ticari əlaqələri, qeyd olunduğu kimi, Mərkəzi Asiya ilə ticarət axınında mühüm rol oynaya bilər. Və bundan bir çox ölkələr iqtisadi səmərəliliyini artıra bilər. Azad ticari zonanın yaranması regional iqtisadi münasibətləri dərinləşdirəcək faktordur. Azərbaycan hər zaman qonşuları ilə bütün əməkdaşlığın tərəfdarı və etibarlı dövləti kimi çıxış edib”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47
Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru