25 iyun 2026-cı il saat 11.00- da “Zəyəm Texnologiyalar Parkı” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, yığıncaq Şəmkir rayonu, Zəyəm ŞTQ, S. Vurğun küçəsi 24 (AZ5730) nömrəli ünvanda baş tutacaq.
Səhmdarların illik ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. “Zəyəm Texnologiyalar Parkı” ASC-nin 2025-ci il üçün maliyyə hesabatı.
2. Digər cari məsələlər.









