Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi olub.
Teleqraf xəbər verir ki, bu barədə insayder jurnalist Fabritsio Romano X sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, 54 yaşlı mütəxəssis Fransa Futbol Federasiyası ilə uzunmüddətli müqavilə imzalayıb. Tərəflər arasında şifahi razılıq hələ ötən ilin noyabrında əldə olunmuşdu. Bu müddətdə klublardan gələn təkliflərə baxmayaraq, razılaşma qüvvədə qalıb.
Zidan bu vəzifədə Didye Deşamı əvəzləyib. Fransa millisi 2026-cı il dünya çempionatını dördüncü pillədə başa vurmuşdu.
Qeyd edək ki, Fransa yığması Zidanın rəhbərliyi altında ilk oyununu sentyabrın 25-də UEFA Millətlər Liqasında səfərdə Türkiyəyə qarşı keçirəcək.












