"15.02.2026 tarixində ABB Mobile tətbiqində DigiTransfer xidməti vasitəsilə Türkiyəyə 600 ABŞ dolları göndərdim. Vəsait qarşı tərəfə 25.837,59 TL olaraq çatdı..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Mirtaleh Əliyev adlı istifadəçi yazır.
Narazı vətəndaş dah asonra bildirir: "Təxminən 5 ay sonra, 10.07.2026 tarixində ABB-dən SMS aldım ki, guya bankın sistemində texniki xəta baş verib və köçürmə iki dəfə icra olunub.
Bank əməkdaşı ilə danışarkən bildirdim ki, bu hadisə mənim səhvim deyil və 5 ay ərzində məzənnə dəyişdiyinə görə yaranmış fərqi ödəməyəcəyəm. Telefon danışığında mənə bildirildi ki, Türkiyədən geri qaytarılan məbləğ tutulacaq və məzənnə fərqi mənim üzərimə qoyulmayacaq.
Lakin geri qaytarılan məbləğ 905,56 AZN olduğu halda, hesabımdan 1.031,40 AZN tutuldu.
Diqqətli olun, yoldaşlar..."











