Kimsə əliəyrilikdən çəkinmir... .....                     “BANK MAMED”İN OĞLU DEYİR Kİ, ƏCƏB EDİRİK... .....                     Milli Məclis yenidən buraxılır? .....                     "Qarabağ münaqişəsi dövründə Azərbaycanın Ukrayna və Qərbdən aldığı dəstək formal xarakter daşıyırdı" .....                     Keçmiş nazirlə bağlı ŞOK İDDİA .....                     Qlobal böhran gəlir: Azərbaycanı nə gözləyir? .....                     Salyanın başına belə oyun açırlar .....                     20 illik məmurun oğlundan XƏBƏR VAR .....                     Əli Kərimliyə avtomobil bağışlayan Nuru Əliyev kimdir? .....                     Fuad Nəcəfli 5 milyon manat mənimsəyib .....                     "Test sistemi dəyişə bilər" .....                     Quru sərhədlərlə bağlı son dəqiqə açıqlaması .....                     Sabiq MTN şefi “gözü önündəki” təhlükəni niyə “görməyib”? .....                     İrəvan İsrailə yaxınlaşır: Azərbaycan və İran faktoru necə dəyişir? .....                     "Flora Kərimovanın 500 mahnısının 100-ü baldır, 400-nün isə dəxli yoxdu..." .....                     "Əgər Pənah bəy öz namizədliyini verməsə..." .....                     Putin ABŞ rəsmiləri ilə nələri müzakirə etdi? .....                     Quru sərhədlər açılacaqmı? .....                     “Günə 800 manat qazanırdıq” .....                     Paşinyan dediyini etdi .....                     Gecə klubundan çıxıb “Carsharing” in avtomobilini qaçırdı .....                     “Haqlı olaraq bizdə belə bir şübhə yaranır ki, .....                     Yeni il qabağı otellərdə FANTASTİK QİYMƏTLƏR .....                     Ramiz Mehdiyevə yaxın olan... aid olan şirkətlər... .....                     Rusiyaya görə Avropa Türkiyəni Ermənistanla “birləşdirmək” istəyir .....                     Heyvan bazarları bayramda açılacaq? .....                     Azərbaycanda bu qurum ləğv edilə bilər .....                     Qarabağla əlaqədar 13 sənəd yayıldı: Əliyev güzəştə getmir, Sərkisyan Putinin yanına qaçır .....                     Koxalski "Qarabağ"dan gedir? .....                     Zəngəzur dəhlizindən həm də Avropa İttifaqı faydalana bilər .....                     Aİ-nin sabiq ali nümayəndəsi saxlanılıb .....                     Gələn il xaricdən daha çox borc ala bilərik .....                     Tiktoker "Roşka"nın tələbi yenə rədd edildi .....                     Nazirlikdə yeni peşə qurumu .....                     Mikayılovun 'həqiqətləri' və HƏQİQƏTLƏR... .....                     “Çevriliş işi”ndə sıra generallara çatdı .....                     Təbrizdə “Koroğlu” tamaşasına görə qalmaqal yarandı .....                     AXCP sədrinin həbsi o demək deyil ki, partiya ləğv olunacaq... .....                     Bunlar son 32 ildə hakimiyyət-xalq münasibətlərini gərginləşdirməyə çalışıblar .....                     İrəvan Azərbaycanla sülhün daha da institutlaşdırılması üçün səylərini davam etdirəcək .....                 

Nazirlikdə yeni peşə qurumu – Dövlət Agentliyi ləğv edilir?
Tarix: Dünən, 16:43 | Çap et

Bu gün “Peşə Təhsili: nailiyyətlər və çağırışlar” konfransında Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli bildirib ki, Elm və Təhsil Nazirliyinin strukturunda dəyişikliklər aparılır.

O qeyd edib ki, peşə təhsilinə cavabdeh olan yeni bölmə yaradılıb. Onun sözlərinə görə, ölkə üzrə peşə təhsili siyasətini müəyyən edən, bu sahədə planlaşdırma, monitorinq və qiymətləndirmə funksiyasını həyata keçirən müvafiq qurum fəaliyyət göstərir: “Eyni zamanda, bu qaydaların və siyasətin icrasına məsul olan, əməliyyat funksiyalarını yerinə yetirən Peşə Təhsili üzrə Dövlət Agentliyi mövcuddur”.

Qeyd etmək yerinə düşər ki, uzun müddət idi, bəzi ekspertlər ölkədə peşə təhsili sahəsində problemlərin olduğunu vurğulayırdılar. Hətta Peşə Təhsili üzrə Dövlət Agentliyinin ləğv olunması ilə bağlı çağırışlar edilirdi.

Bəs nazirlikdə yeni bölmənin yaradılmasından sonra növbəti addım Peşə Təhsili üzrə Dövlət Agentliyinin ləğvi olacaq?

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Elm və Təhsil Nazirliyinin strukturunda peşə təhsilinə cavabdeh yeni bölmənin yaradılması idarəetmənin mərkəzləşdirilməsi, strategiyanın daha aydın formalaşdırılması və bu sahədə dövlət nəzarətinin gücləndirilməsi baxımından məqsədyönlü addımdır. Son illərin statistikasına nəzər salındıqda görünür ki, ölkədə peşə təhsili sisteminin miqyası sürətlə genişlənib: 2018-ci ildə peşə təhsilinə qəbul 18 min nəfər olduğu halda, 2024-cü ildə bu rəqəm 41 min nəfəri ötüb. Bu qədər genişlənən sahədə idarəetmənin daha sistemli şəkildə təşkili labüddür və yeni bölmənin yaradılması məhz bu ehtiyacın nəticəsidir.

“Təhsil haqqında” Qanunun 5-ci maddəsi dövlətin təhsil sahəsində vahid siyasət yürütməsini, təhsil pillələri arasında koordinasiyanın təmin edilməsini tələb edir. Orta ixtisas və peşə təhsili ilə bağlı hüquqi bazada da göstərilir ki, təhsil siyasəti ayrıca, icra isə ayrıca qurum tərəfindən həyata keçirilməlidir. Peşə Təhsili üzrə Dövlət Agentliyi siyasətin icrası və əməliyyat funksiyalarının daşıyıcısıdır. Nazirlik daxilində strateji planlaşdırma, monitorinq və qiymətləndirmə funksiyasını daşıyan yeni bölmənin yaradılması qanunun tələb etdiyi “siyasətin müəyyən olunması” elementinin institusional gücləndirilməsi deməkdir. Buradan göründüyü kimi, Agentliyin ləğvi yox, funksiyaların bölünməsi və sistemin çevikləşdirilməsi istiqamətində addım atılıb”.

Ekspert deyib ki, bu dəyişikliklərin müsbət tərəfi ondan ibarətdir ki, peşə təhsilinin inkişafı artıq yalnız icra səviyyəsində deyil, birbaşa Nazirlik səviyyəsində strateji idarəetmə müstəvisində aparılacaq:

“Dünyanın inkişaf etmiş təhsil sistemlərində – Finlandiya, Cənubi Koreya, Avstriya və Almaniyada – peşə təhsili siyasəti məhz nazirliklərin strateji idarəetmə bölmələri tərəfindən müəyyən edilir, icra isə ayrıca agentliklər tərəfindən həyata keçirilir. Bu modelin üstünlüyü siyasət və icra arasında vəzifə bölgüsünün aydın olması, qərarların daha çevik qəbul edilməsi və strateji tənzimləmənin güclənməsidir. Azərbaycanda da eyni yanaşmanın tətbiqi peşə təhsilinin modernləşdirilməsi baxımından mütərəqqi addımdır. Mənfi tərəf kimi qeyd edilə biləcək əsas risk koordinasiya boşluğu ola bilər. Əgər yeni bölmənin siyasətqurma funksiyası ilə Agentliyin icra funksiyası arasında mexanizmlər dəqiq müəyyən edilməzsə, paralellik və resurs itkiləri baş verə bilər. Lakin Elm və Təhsil Nazirliyinin son illər bütün struktur islahatlarına yanaşmasında müşahidə olunan ardıcıllıq – məktəbəqədər təhsildən tutmuş ali təhsilə qədər idarəedici vahidlərin optimallaşdırılması – göstərir ki, bu dəyişiklik də sistemli yanaşmanın davamıdır və risklərin qarşısının alınması üçün əvvəlcədən planlaşdırma aparılıb.

Müqayisə etdikdə görünür ki, Azərbaycanda peşə təhsilinə keçid sürəti dünya ölkələrinə nisbətdə daha yüksəkdir. OECD ölkələrində orta hesabla şagirdlərin 45%-i peşə təhsilinə yönəlir, Azərbaycanda bu rəqəm hazırda 18–20% arasındadır və artım dinamikası sürətlidir. Qəbul statistikasının son beş ildə iki dəfə artması və əmək bazarında texniki peşələrə tələbatın yüksəlməsi göstərir ki, idarəetmənin gücləndirilməsi üçün belə struktur dəyişikliyinə ehtiyac vardı. Yeni bölmə vasitəsilə əmək bazarı ilə daha sıx koordinasiya, ixtisasların daha düzgün planlaşdırılması və regionlar üzrə balanslaşdırılmış peşə təhsili siyasəti qurula bilər”.

Kamran Əsədov qeyd edib ki, dəyişəcək ən mühüm məsələ peşə təhsili üzrə qərarların mərkəzləşdirilmiş şəkildə, daha dəqiq analitik baza üzərində formalaşdırılmasıdır:

“Bu isə nəzarətin, monitorinqin və qiymətləndirmənin Nazirlik səviyyəsində güclənməsi deməkdir. Dəyişməli olan əsas məsələlərdən biri peşə təhsili müəssisələrinin regionlar üzrə bərabər inkişafının təmin olunması, kadr hazırlığının standartlaşdırılması və Agentlik ilə Nazirlik yeni bölməsi arasında koordinasiya mexanizmlərinin daha da təkmilləşdirilməsidir. Bu prosesə parallel olaraq, siyasət və icra arasında məlumat mübadiləsinin institusional əsaslara bağlanması zəruridir.

Elm və Təhsil Nazirliyinin bu addımı müsbət qərar kimi qiymətləndirilə bilər. Nazirliyin həyati əhəmiyyət daşıyan sahələri – müəllim hazırlığı, məktəblər, ali təhsil və hazırda genişlənən peşə təhsili – üzrə strukturu optimallaşdırması idarəetməyə çeviklik gətirir, resursların daha effektiv bölüşdürülməsini təmin edir və təhsil sistemində strateji düşüncəni gücləndirir. Peşə təhsilinə cavabdeh yeni bölmənin yaradılması uzunmüddətli perspektivdə həm tələbə qəbul planlamasının, həm də əmək bazarı ilə uyğunluğun daha yaxşı təmin olunmasına imkan verəcək. Hesab edirəm ki, bu dəyişiklik Agentliyin ləğvini deyil, peşə təhsilinin daha güclü, daha sistemli və daha koordinasiyalı idarə olunması üçün strukturun təkmilləşdirilməsini göstərir. Bu, ölkədə peşə təhsilinin sürətli inkişaf tempinə adekvat cavabdır və müasir təhsil idarəetmə modelləri ilə tam uyğundur”.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kimsə əliəyrilikdən çəkinmir... - "Səbəb məlumdur..."
Bu gün, 07:37
“BANK MAMED”İN OĞLU DEYİR Kİ, ƏCƏB EDİRİK... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:31
Milli Məclis yenidən buraxılır? - "Növbədənkənar parlament seçkilərinin keçirilməsi..."
Bu gün, 07:21
"Qarabağ münaqişəsi dövründə Azərbaycanın Ukrayna və Qərbdən aldığı dəstək formal xarakter daşıyırdı" - İNCƏLƏMƏ
Bu gün, 07:11
Keçmiş nazirlə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
Bu gün, 07:08
Qlobal böhran gəlir: Azərbaycanı nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 07:05
Salyanın başına belə oyun açırlar - BU NƏDİ BELƏ?
Bu gün, 07:03
20 illik məmurun oğlundan XƏBƏR VAR - İLGİNC İDDİA
Bu gün, 06:57
Əli Kərimliyə avtomobil bağışlayan Nuru Əliyev kimdir? - “Nurgün Holdinq”in müəmmalı fəaliyyəti
Bu gün, 06:46
Fuad Nəcəfli 5 milyon manat mənimsəyib - Təkcə bir əməliyyatdaca...
Bu gün, 06:44
"Test sistemi dəyişə bilər" - NƏ BAŞ VERİR?
Bu gün, 06:39
Quru sərhədlərlə bağlı son dəqiqə açıqlaması - Yanvarın 1-dən…
Bu gün, 06:37
Sabiq MTN şefi “gözü önündəki” təhlükəni niyə “görməyib”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:33
İrəvan İsrailə yaxınlaşır: Azərbaycan və İran faktoru necə dəyişir? - AKTUAL
Bu gün, 06:31
"Flora Kərimovanın 500 mahnısının 100-ü baldır, 400-nün isə dəxli yoxdu..."
Bu gün, 06:26
"Əgər Pənah bəy öz namizədliyini verməsə..." - AXP-də TƏDARÜK VAR
Bu gün, 06:22
Putin ABŞ rəsmiləri ilə nələri müzakirə etdi? - Uşakovdan AÇIQLAMA
Bu gün, 06:19
Quru sərhədlər açılacaqmı? - AKTUAL
Dünən, 18:14
“Günə 800 manat qazanırdıq” – Qumar quranlardan etiraf
Dünən, 17:53
Paşinyan dediyini etdi - Qarabağ danışıqlarının məxfi sənədlərini niyə açdı?
Dünən, 17:50
Gecə klubundan çıxıb “Carsharing” in avtomobilini qaçırdı – Qəza törətdi
Dünən, 17:49
“Haqlı olaraq bizdə belə bir şübhə yaranır ki, Gürcüstan hansısa üçüncü qüvvə ilə əlbir işləyir...”
Dünən, 17:45
Yeni il qabağı otellərdə FANTASTİK QİYMƏTLƏR - "Rəqabət kifayət qədər geniş deyil"
Dünən, 17:42
Ramiz Mehdiyevə yaxın olan... aid olan şirkətlər... - İşin içində Heydərov da var...
Dünən, 17:38
Rusiyaya görə Avropa Türkiyəni Ermənistanla “birləşdirmək” istəyir
Dünən, 17:25
Heyvan bazarları bayramda açılacaq? - AKTUAL
Dünən, 17:23
Azərbaycanda bu qurum ləğv edilə bilər – Sınaqdan keçirilir
Dünən, 17:18
Qarabağla əlaqədar 13 sənəd yayıldı: Əliyev güzəştə getmir, Sərkisyan Putinin yanına qaçır - “Armenpress”
Dünən, 17:15
Koxalski "Qarabağ"dan gedir?
Dünən, 17:05
Zəngəzur dəhlizindən həm də Avropa İttifaqı faydalana bilər -ŞƏRH
Dünən, 17:03
Aİ-nin sabiq ali nümayəndəsi saxlanılıb
Dünən, 16:58
Gələn il xaricdən daha çox borc ala bilərik – Limit 6 milyarda qaldırılır
Dünən, 16:52
Tiktoker "Roşka"nın tələbi yenə rədd edildi
Dünən, 16:47
Nazirlikdə yeni peşə qurumu – Dövlət Agentliyi ləğv edilir?
Dünən, 16:43
Mikayılovun 'həqiqətləri' və HƏQİQƏTLƏR... - Yəqin nəzərə alarlar...
Dünən, 16:38
“Çevriliş işi”ndə sıra generallara çatdı - NƏ BAŞ VERİR?
Dünən, 16:23
Təbrizdə “Koroğlu” tamaşasına görə qalmaqal yarandı - TƏFƏRRÜAT
Dünən, 16:13
AXCP sədrinin həbsi o demək deyil ki, partiya ləğv olunacaq... - BUNUN ÜÇÜN...
Dünən, 16:11
Bunlar son 32 ildə hakimiyyət-xalq münasibətlərini gərginləşdirməyə çalışıblar - Professor
Dünən, 16:01
İrəvan Azərbaycanla sülhün daha da institutlaşdırılması üçün səylərini davam etdirəcək - Mirzoyan
Dünən, 15:59
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi”?! - Emin Əmrullayevin adı hallanır
Dünən, 15:57
“Azərsutəchizattikinti” 9 milyon manata Cəbrayılın su xətləri və kollektorlarını tikəcək - TENDER NƏTİCƏSİ
Dünən, 15:54
“Ramiz Mehdiyev işi”: 50 nəfərlik siyahı bir-bir açılacaq - İLGİNC
Dünən, 15:51
Əri dini təriqətə qoşulan qadının DİŞLƏRİNİ QIRDI - TƏFƏRRÜAT
Dünən, 15:46
Kürəkənini öldürən kişinin qızı DANIŞDI - "Onu evə qoymurdum"
Dünən, 15:43
Qaqik Tsarukyan barəsində cinayət işi başlanıb
Dünən, 15:40
“Qaçqınkom” 136 minə bu şirkətdən 9 min cibli jaket alır - TƏFƏRRÜAT
Dünən, 15:39
Ermənistan hökuməti Qarabağ danışıqlarına dair sənədləri dərc edib
Dünən, 15:32
Paşinyanın deputatlığa namizədlər siyahısındakı Knyaz Həsənov kimdir?
Dünən, 15:26
İrəvanda 2026-cı ilin yazında Ermənistan-Aİ birinci sammiti keçiriləcək
Dünən, 15:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru