İpoteka və Kredit Zəmanət Fondu kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması məqəsdilə tender müsabiqəsi elan edib.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin şərtlərinə görə təchizatçıların təqdim edəcəyi yaşayış sahələrinin ümumi sahəsi 20 000 kv.m-dən az olmamalıdır.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu paytaxt Bakıda satın almaq istədiyi mənzillər üçün 199 milyon 500 min manat (ehtimal olunan qiymət) ödəməyi nəzərdə tutub.













