Astarada gəlin toy günündə ölüb.
Teleqraf-ın cənub bürosu xəbər verir ki, 2008-ci il təvəllüdlü Astara rayon sakini Əfsanə Maqsud qızı İmanovanın dünən Deqədi kəndində şadlıq saraylarından birində toy məclisi keçirilib.
Toydan sonra gənc gəlin özünü pis hiss edib və təcili Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, hələ 18 yaşı tamam olmayan Əfsanə İmanovanın hamilə olduğu bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.











