Saleh Səmədovun işdən çıxarılan daha bir oğlunun yerinə təyinat .....                     Mədəniyyət Nazirliyinin bir nəfərə bağlı iki şirkətlə işbirliyi .....                     "Aylardır maaş almayan işçilər var..." .....                     Aydın Talıbov "Cahan Şirkətlər Qrupu"nun Naxçıvanda keçirilən yubiley tədbirində iştirak edib .....                     “Lukoil” Azərbaycandakı yanacaqdoldurma məntəqələrini satışa çıxarıb? .....                     Paşinyan Fransada Makronla görüşəcək .....                     Mariya Zaxarovanı şoka salan REALLIQ .....                     Bakıda şirkətin 76 minini mənimsəyən satış təmsilçisinə hökm oxundu .....                     Mehdiyevin Siyəzəndəki adamı təqaüdə göndərilir .....                     Tacir GİZLİNLƏRİ AÇDI .....                     Astarada gəlin toy günündə öldü .....                     Günay Ağamalı mandatını itirəcək? .....                     Ramiz Mehdiyevin yaxın dairəsi parlamentdə hələ də aktivdir .....                     Bank VTB (Azərbaycan) ASC-də Hüquq departamentinə direktor və Baş hüquq inzibatçısı təyin edilib .....                     “Həyat yoldaşım rəhmətə getmişdi, pulu necə verdim bilmirəm” .....                     Mehdiyev indiyədək belə yüzlərlə yazışmalar edib, həm də qeyri-rəsmi xətlə .....                     GDU-nin KİTABI BAĞLANIR... .....                     Keçmiş bələdiyyə sədri ilə birgə ittiham olunan şəxslərdən xəbər var .....                     Nurlan Həsənovu Əli Həsənovun qohumu kimi Ramiz Mehdiyevə KİM CALAYIR? .....                     Azərbaycan SSR-nin vətəndaşı müstəqil Azərbaycanın vətəndaşı ola bilmir... .....                     Paşinyan “sensasion xəbər”i açıqladı .....                     Mehdiyevin əlində kimlər haqqında biabırçı faktlar var? .....                     Erməni kilsəsi yeni qalmaqalın mərkəzində: Olay yaradacaq videolar yayımlanacaq .....                     Kredit təşkilatının İdarə Heyətinə təyinat aldı .....                     BİZİ KİM ZƏHƏRLƏYİR? .....                     Azərbaycanda müflisləşən şirkətin məhkəmə iclası keçiriləcək .....                     Moskva ilə Bakı arasında təhlükəsizlik müzakirələri .....                     Sığorta sektorunun `QALA`SI çoxdan uçub... .....                     Mehdiyevin məktubu müxalifətdə aranı qatdı .....                     Tramp Venesuela hökumətini devirmək niyyətindədir .....                     Günay Ağamalının mandatı ləğv edilə bilər .....                     Pulların LEO BANK-a əmanətdirsə... .....                     Əmrullayevin yəqin ki bundan xəbəri yoxdur... .....                     SOCAR-dakı İXTİSAR BUMU BURALARA DA ÇATDI .....                     Paşinyana vaxt lazımdır... .....                     Azərbaycan ermənilərlə savaşırdı... ABB də Qarabağ qazisi ilə! .....                     Deputatın 'obyektində' utancverici mənzərə .....                     Təhsil təxribatçıları bir məktəbin simasında… .....                     'Padişah'a BİƏT EDƏN hansı məmurdur ki... .....                     İrəvandakı sammitdə Əliyevlə Ərdoğanın iştirakı mümkündür .....                 

Moskva ilə Bakı arasında təhlükəsizlik müzakirələri - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 09:10 | Çap et

Rusiya Azərbaycanla humanitar əlaqələrin qurulmasını azərbaycanlı tərəfdaşları ilə eyni dərəcədə bərpa etməyə hazırdır. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy “RİA Novosti”yə bildirib.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin bərpa edilməməsi üçün heç bir dərin səbəb yoxdur: “Biz həmişə demişik ki, Rusiya tərəfdaşlarının hazır olduğu hər şeyə hazırdır. Azərbaycanlı dostlarımız və həmkarlarımız humanitar əlaqələrin, elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin bərpasına nə dərəcədə hazırdırlarsa, biz də eyni dərəcədə hazırıq”.

O, Rusiya və Azərbaycanı çoxəsrlik tarixin bağladığını, xalqların bir-biri ilə sıx bağlı olduğunu və hər iki ölkədə cəmiyyətin əsasını təşkil edən eyni mənəvi və əxlaqi dəyərləri paylaşdıqlarını qeyd edib: “Mənə elə gəlir ki, münasibətlərimizi tam bərpa etməmək üçün heç bir dərin səbəbimiz yoxdur”.

Qeyd edək ki, Şvıdkoy münasibətlərin gərgin olduğu vaxtda anti-Azərbaycan kampaniyasiyasına qoşulmuşdu. Şvıdkoy iddia etmişdi ki, Azərbaycanda Rusiya mədəniyyəti “ləğv edilir”. Azərbaycan torpaqlarında illeqal formada quraşdırılan erməni əsilli rəssam İvan Ayvazovskinin büstünün götürülməsi ilə bağlı narazılığı da məhz Mixail Şvıdkoy etmişdi.

Rusiya mediasında da Bakı-Moskva münasibətlərinə diqqət var. Politoloq Mixail Neyjmakov “Svobodnaya pressa”ya müsahibəsində deyib ki, 2025-ci ilin noyabr-dekabr aylarında iki ölkənin həm iqtisadi, həm də təhlükəsizlik blokları arasında intensiv təmasların olacağını gözləmək olar. Moskva ilə Bakı arasında praqmatik dialoqun gələcək inkişafı tamamilə mümkündür. Mixail Neyjmakov həmçinin iddia edib ki, Moskva ilə Bakı arasında gərginliyin yenidən güclənməsi Ermənistanda parlament seçkiləri kampaniyasının rəsmi başlanması ərəfəsində və ondan sonra, təqribən 2026-cı ilin fevral-martından iyun ayına kimi müşahidə oluna bilər: “Lakin bu o demək deyil ki, belə gərginliklər mütləq şəkildə açıq şəkildə ictimailəşəcək”.

Politoloq Azad Məsiyev “Yeni Müsavat”a bildirdi ki, Rusiya bizim əzəli və əbədi qonşumuzdur, bu reallığı dəyişmək mümkün deyil: “İki qonşu dövlət arasında münasibətlərin yaxşı olması hər ikisinin milli maraqlarına uyğundur. Əvvəla, onu qeyd edim ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Rusiyanın Avropa ilə əlaqələri demək olar kəsilib. Belə vəziyyətdə Rusiyanın cənub cinahının açıq olması Rusiyanın strateji planıdır. Çünki Rusiya Cənubi Qafqaz üzərindən İrana, oradan İran körfəzinə, Hind okeanına çıxmaq imkanı əldə etməkdir. Eyni zamanda Rusiyadan Azərbaycan üzərindən İrana qaz kəmərinin çəkilməsi planlaşdırılır. Cənubi Qafqazın aparıcı dövləti Azərbaycan olduğu üçün ən müxtəlif sahələr üzrə yaxşı əməkdaşlıq Rusiyanın strateji maraqların cavab verir. Münasibətlərin yaxşı olması Azərbaycanın da maraqlarına zidd deyil. 2022-ci ilin fevralında Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında 43 maddədən ibarət əməkdaşlıq münasibətlərinə aid ciddi bir sənəd imzalanıb. Bu sənədin hər bir müddəası iki dövlət arasında münasibətlərin yaxşı olmasına hesablanıb. Sənəddə təhlükəsizlik məsələlərinə də yer ayrılıb. Məsələyə bu baxımdan da yanaşdıqda Azərbaycanla Rusiya arasında təhlükəsizlik məsələləri ilə bağlı müzakirələri, əməkdaşlığı təbii hesab edə bilərik. Azərbaycanla Rusiya arasında münasibətlər ötən ilin dekabrından sonra yarım ildən artıq müddətdə soyuqlaşsa da artıq münasibətlər düzəlməkdə və inkişaf etməkdədir. Vladimir Putinlə İlham Əliyev arasında yaxşı münasibətlər də iki dövlət arasında bundan sonrakı dövrdə münasibətlərin perspektivi üçün nikbinlik yaradır”.

Politoloq dedi ki, Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşmasını istəməyən Qərbdəki dairələr və Ermənistandır: “Azərbaycanla Rusiya arasında əlaqələrin qırılması və münasibətlərin korlanmasından Ermənistan ölkəmizə qarşı istifadə edib. Bu faktdır. Rusiyanın siyasi elitasında, həm də mediasında erməni millətindən çoxlu sayda insanlar təmsil olunur. Onlar da daim Azərbaycan-Rusiya münasibətlərini pozmaq istiqamətində iş aparırlar. Azərbaycan və Rusiya dövlətinin maraqlarına qarşı olan bu fəaliyyətin nəticələrinin olmaması hər iki dövlətin atdığı və atacağı düzgün addımlardan asılıdır. Müşahidələr göstərir ki, artıq həm Rusiya, həm də Azərbaycan tərəfi humanitar-mədəni, iqtisadi əlaqələrin inkişafını istəyir. Diqqət edirsinizsə, bir neçə ay öncəyə qədər Azərbaycana qarşı sərt mövqeyi ilə seçilən bir sıra Rusiya siyasətçiləri, rəsmiləri də mövqelərində müsbətə dəyişiklik edərək Rusiya-Azərbaycan əməkdaşlığının, əlaqələrinin dərinləşdirilməsinin vacibliyindən danışmağa başlayıblar. Onlardan biri də Mixail Şvıdkoydur. Bu mövqe dəyişikliyi müsbət tendensiyadır və ümid yaradır ki, qarşıdakı zamanlarda Rusiya-Azərbaycan münasibətlərinin yenidən gərginləşəcəyi proqnozları heçə çıxacaq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saleh Səmədovun işdən çıxarılan daha bir oğlunun yerinə təyinat - FOTO
Bu gün, 12:06
Mədəniyyət Nazirliyinin bir nəfərə bağlı iki şirkətlə işbirliyi DAVAM EDİR...
Bu gün, 12:04
"Aylardır maaş almayan işçilər var..." - NARAZILIQ VAR...
Bu gün, 11:59
Aydın Talıbov "Cahan Şirkətlər Qrupu"nun Naxçıvanda keçirilən yubiley tədbirində iştirak edib - FOTO
Bu gün, 11:55
“Lukoil” Azərbaycandakı yanacaqdoldurma məntəqələrini satışa çıxarıb? – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:53
Paşinyan Fransada Makronla görüşəcək
Bu gün, 11:51
Mariya Zaxarovanı şoka salan REALLIQ – Tarixi manipulyasiya yoxsa siyasi sifariş CƏHDİ?
Bu gün, 11:11
Bakıda şirkətin 76 minini mənimsəyən satış təmsilçisinə hökm oxundu
Bu gün, 11:09
Mehdiyevin Siyəzəndəki adamı təqaüdə göndərilir - İDDİA
Bu gün, 11:03
Tacir GİZLİNLƏRİ AÇDI - “O adamla mənim aramda…”
Bu gün, 10:55
Astarada gəlin toy günündə öldü - HAMİLƏ İMİŞ...
Bu gün, 10:51
Günay Ağamalı mandatını itirəcək? – Qalmaqalın pərdəarxası
Bu gün, 10:46
Ramiz Mehdiyevin yaxın dairəsi parlamentdə hələ də aktivdir - ONA GÖRƏ DƏ...
Bu gün, 10:44
Bank VTB (Azərbaycan) ASC-də Hüquq departamentinə direktor və Baş hüquq inzibatçısı təyin edilib - DOSYE
Bu gün, 10:32
“Həyat yoldaşım rəhmətə getmişdi, pulu necə verdim bilmirəm” – MƏHKƏMƏDƏ rüşvət qalmaqalı
Bu gün, 10:27
Mehdiyev indiyədək belə yüzlərlə yazışmalar edib, həm də qeyri-rəsmi xətlə - FAKT BUDUR
Bu gün, 10:19
GDU-nin KİTABI BAĞLANIR... - proses başlayıb...
Bu gün, 10:11
Keçmiş bələdiyyə sədri ilə birgə ittiham olunan şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:06
Nurlan Həsənovu Əli Həsənovun qohumu kimi Ramiz Mehdiyevə KİM CALAYIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:58
Azərbaycan SSR-nin vətəndaşı müstəqil Azərbaycanın vətəndaşı ola bilmir... - GİLEY
Bu gün, 09:54
Paşinyan “sensasion xəbər”i açıqladı - GÖRÜN, NƏ İMİŞ...
Bu gün, 09:48
Mehdiyevin əlində kimlər haqqında biabırçı faktlar var? - AKTUAL
Bu gün, 09:46
Erməni kilsəsi yeni qalmaqalın mərkəzində: Olay yaradacaq videolar yayımlanacaq - “İravunk”
Bu gün, 09:44
Kredit təşkilatının İdarə Heyətinə təyinat aldı - BUNDAN SONRA...
Bu gün, 09:26
BİZİ KİM ZƏHƏRLƏYİR? - "AQTA-nın sənədi olmada marketlərə bir ərzaq daxil ola bilməz"
Bu gün, 09:22
Azərbaycanda müflisləşən şirkətin məhkəmə iclası keçiriləcək - TƏFƏRRÜAT
Bu gün, 09:17
Moskva ilə Bakı arasında təhlükəsizlik müzakirələri - NƏ BAŞ VERİR?
Bu gün, 09:10
Sığorta sektorunun `QALA`SI çoxdan uçub... - GİLEY
Bu gün, 09:07
Mehdiyevin məktubu müxalifətdə aranı qatdı - TƏFƏRRÜAT
Bu gün, 08:54
Tramp Venesuela hökumətini devirmək niyyətindədir - KİV
Bu gün, 07:49
Günay Ağamalının mandatı ləğv edilə bilər - Bu fakt yetərlidir ki...
Bu gün, 07:40
Pulların LEO BANK-a əmanətdirsə... BATDIN!
Bu gün, 07:29
Əmrullayevin yəqin ki bundan xəbəri yoxdur... - MÜRACİƏT
Bu gün, 07:16
SOCAR-dakı İXTİSAR BUMU BURALARA DA ÇATDI - "Hələ gec deyil — ayılın!"
Bu gün, 07:12
Paşinyana vaxt lazımdır... - ONA GÖRƏ DƏ...
Bu gün, 07:02
Azərbaycan ermənilərlə savaşırdı... ABB də Qarabağ qazisi ilə! - İNDİ DƏ...
Bu gün, 06:56
Deputatın 'obyektində' utancverici mənzərə - FOTO, VİDEO
Bu gün, 06:49
Təhsil təxribatçıları bir məktəbin simasında… - BU NƏDİ BELƏ?
Bu gün, 06:44
'Padişah'a BİƏT EDƏN hansı məmurdur ki... - qanun-manun hərləmir...
Bu gün, 06:41
İrəvandakı sammitdə Əliyevlə Ərdoğanın iştirakı mümkündür - GÖZLƏNTİ
Bu gün, 06:30
Mehdiyevin müxalifət sevgisi - Bu işdə kimlərin barmağı var?
Bu gün, 06:28
Sülhə gedən... ticarət yolları - Azərbaycan və Ermənistanın mövqeləri necə fərqlənir?
Bu gün, 06:25
"Çəki atdığım üçün sevə-sevə bir-bir o libasları geyinirəm"
Bu gün, 06:21
PKK-nın geri çəkilməsi ciddidir, amma tam etibar etmək olmaz - GƏLİŞMƏ
Bu gün, 06:18
Ramiz Mehdiyevin cinayət işi və həbsi barədə rəsmi açıqlamalar nədən ləngiyir?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:34
Keçmiş MTN polkovniki: Ramiz Mehdiyev çevriliş planını təkbaşına... - TƏFƏRRÜAT
Dünən, 18:32
Rusiya bizi parçalamağa çalışır, təhlükədəyik - Frederiksen
Dünən, 18:27
Dövlət xəstəxanaları: Daha həkimə gedəndə "əlimiz cibimizdə" olacaq - AXI NİYƏ?
Dünən, 18:03
Monteneqroda həbs olunan azərbaycanlıların taleyi – Deputat açıqladı
Dünən, 18:01
Elman Nəsirovdan Şərurlu İsfəndiyarın ev təklifinə REAKSİYA
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru