Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                 

Mehdiyevin məktubu müxalifətdə aranı qatdı - TƏFƏRRÜAT
Tarix: 29-10-2025, 08:54 | Çap et

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktubun mətninin yayılması yenə də geniş müzakirələrə səbəb olub. Ondan başlayaq ki, məktubun saxta ola biləcəyi haqda iddia var. “Mehdiyevin Rusiyaya ünvanladığı məktubun saxta olduğunu deyənləri də başa düşmək mümkündür. Cünki Mehdiyevin hər şeyi saxtadır: alimliyi də, akademikliyi də, dövlət xadimliyi də, "dərinliyi" də və sair". Bu sözləri sabiq deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, tanınmış YAP-çı, uzun illər Ramiz Mehdiyevə qarşı açıq mübarizəsi ilə tanınan Alqış Musayev qeyd edib.

O bildirib ki, saxtakarlıq Mehdiyevin xislətidir: “Bu səbəbdən Mehdiyevin adı çəkilən kimi ilk xatırlanan saxtakarlıq anlayışı olur. O məktub da Mehdiyevin saxtakarlığının ifadəsidir. Amma faktdır, saxta deyil”.

R.Mehdiyevin yaşadığı villada axtarış zamanı müstəntiqlər maraqlı mənzərənin şahidi olub. Gununsesi.info xəbər verir ki, PA-nın sabiq rəhbəri villada otaqların birini iclas salonu edib. “Belə ki, salonun başında özü üçün kreslo qoyduran Mehdiyev 50-60 nəfərin oturması üçün oturacaqlar da qoydurub. Bundan başqa, Mehdiyevin oturduğu masanın sağ tərəfində çıxışçılar üçün nəzərdə tutulan tribuna da qurulub. Görünür, Ramiz Mehdiyev gizli fəaliyyətinə buradan başlayıbmış. Amma Dövlət Təhlükəsizlik Xidmətinin onun bu məkrli planını yarımçıq qoyması səbəbindən Ramiz Mehdiyevin iclas salonu da iştirakçısız qalıb”, - deyə xəbərdə iddia olunur.

“Mehdiyevin ölkəmizdə dövlət çevrilişi məqsədi ilə Moskvaya göndərdiyi iddia edilən məktubunda dövlət idarəçiliyinin yeni modeli təklif olunur. Bu məktubun həqiqi və ya feyk olmasından asılı olmayaraq, seçki, referendum, islahat, hakimiyyət bölgüsü və sair demokratiya atributlarının gen-bol təkrarlanmasına baxmayaraq, təklif edilən model gerçək diktaturaya zəmin yaradan avtoritar hakimiyyət sistemidir.

Müsavat Partiyasının başqanı İsa Qəmbər belə qeyd edib. “Açar cümlə budur: "Qanunverici, icraedici və məhkəmə hakimiyyətinin fəaliyyətinə nəzarət Dövlət Şurası tərəfindən həyata keçiriləcək". Bu orqanın seçki yolu ilə formalaşacağı vədi heç kimi aldada bilməz", - o bildirib.

Mehdiyevin “Dövlət Şurası” adlı yeni idarəetmə modeli təklifi də ciddi müzakirə mövzusuna çevrilib. Yada salaq ki, məktubda ölkədə qanunverici, icra və məhkəmə hakimiyyətlərinin fəaliyyətinə nəzarətin 50 nəfərlik “Dövlət Şurası” adlı quruma verilməsi təklif olunur. Bu orqanın tərkibinə dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrinin daxil edilməsi nəzərdə tutulur.

Müsavat Partiyası Ali Məclisinin sədri Arif Hacılı deyib ki, Mehdiyevin bu ideyası yeni deyil, oxşar modeli 2003-cü ildə Etibar Məmmədov təklif edib. “Bu, təqribən 2003-cü ildə Etibar Məmmədovun bizə təkifinin oxşarıdır. Dövlət Şurası sədrinin ümumxalq səsverməsindən keçmədən dövlətə rəhbərlik etməsi modeli”, - Arif Hacılı bildirib.

Məsələ ilə əlaqədar Etibar Məmmədovun reaksiyası maraqlı olub. E.Məmmədov Arif Hacılının “cəfəng adam” olduğunu və belə adamlara cavab vermədiyini bildirib, onun iddialarını isə cəfəngiyyat adlandırıb.

R.Mehdiyevin YAP-dan çıxarılması mövzusu da aktualdır. “Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə bağlı həbs qərarı verilib və artıq onun digər əməlləri də üzə çıxır. Yeni Azərbaycan Partiyasından da (YAP) onun çıxarılması ilə bağlı məsələyə mütləq baxılacaq. Bununla bağlı konkret vaxt deyə bilmərəm. Amma əminəm ki, o, YAP-da qalmayacaq”. YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə belə deyib. O bildirib ki, Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək üçün Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə yazdığı məktubdan xəbəri yoxdur: “Amma onunla bağlı nə qədər sənəd üzə çıxsa belə, mən onun haqqında mənfi fikirdəyəm”.

Arif Rəfimzadə hesab edir ki, bu kimi faktların çoxluğunun-azlığının heç bir mənası yoxdur: “Bu adam oradan, yəni Prezident Administrasiyasından getməli idi. Çünki onun qanunazidd hərəkətləri çox olub”.

Deputat Musa Quliyev də Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək üçün Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə yazdığı məktubu şərh edərkən bildirib. Deputat “Teleqraf”a deyib ki, millətə, dövlətə xəyanətdən ağır ittiham yoxdur: “Ramiz Mehdiyevin ünvanladığı məktubda "Dövlət Şurası" yaradılması ilə bağlı təklifinə gəlincə, bu, sovet rejimin naftalin qoxuyan təfəkkürüdür. O düşüncəni həyata keçirmək normal ağıla sığmayan bir şeydir. Vəzifədən gedəndən sonra AMEA-da, nəvəsinin toyunda oyunlar çıxardı. Bunların hamısı dövlətə meydan oxumaq idi. Dinc durmaq, xalqından üzr istəmək əvəzinə, Azərbaycanla Rusiya arasında münasibətlər bir az soyuyan kimi, xəyanət addımı atdı. Bunu heç kəsə bağışlamaq mümkün deyil. Hüquq-mühafizə orqanları da bu məsələ ciddi münasibətlərini bildirirlər, araşdırmalar gedir. Məxfilik qorunduğu üçün hələlik geniş informasiyalara sahib deyilik. Amma yəqin ki, bunlar zamanla ictimaiyyətə də açıqlanacaq. Bu, həm də görk olmalıdır. Azərbaycan dövləti heç vaxt olmadığı qədər indi çox güclüdür. Cənab Prezidentin reytinqi 100 faizin üzərindədir, xalqın etimadını qazanıb. Belə bir halda xəyanət yolu tutmaq bəlkə də Allahın cəzasıdır".

Deputat “Dövlət Şurası”nın 50 nəfərlik siyahısında müxalifət liderlərinin olması ilə bağlı yayılan xəbərlərə də münasibətini açıqlayıb: “Siyahıda müxalifət liderlərinin olması ilə bağlı xəbərlər mənim üçün heç də təəccüblü deyil. Bu məsələ ortaya çıxandan sonra xaricdə oturub Azərbaycanda aranı qarışdırmaq istəyənlər çox fəallıq göstərirlər. Bu da məsələnin təsadüfi olmadığını göstərir. Düşünürəm ki, istintaq çox ciddi nəticələr ortaya qoyacaq”.

Xatırladaq ki, Səbayel Məhkəməsinin qərarı ilə PA-nın sabiq rəhbəri barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Bu gün, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Bu gün, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Bu gün, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Bu gün, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Bu gün, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Bu gün, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Bu gün, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Dünən, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Dünən, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Dünən, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Dünən, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Dünən, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Dünən, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Dünən, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Dünən, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 09:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru