ABŞ prezidenti Donald Tramp Alyaskanın Ankoric şəhərində keçirilən Rusiya-Amerika sammitinin Macarıstanda Rusiya lideri Vladimir Putinlə mümkün yeni görüş üçün şərait yaratdığına inanır.
"Report"un məlumatına görə, bunu amerikalı lider Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
Trampdan qarşıdakı görüşün Ankoric sammitindən fərqli bir nəticə verəcəyinə inanıb-inanmadığı soruşulub: "Düşünürəm ki, Alyaska yeni görüş üçün şərait yaradıb. Çox keçmədi, amma şərait yaratdı".