“Oktyabrın əvvəlində Suriyada keçirilən parlament seçkiləri cəmiyyətin birləşməsinə xidmət edir və ölkənin siyasi qüvvələri arasındakı əlaqələrin daha da güclənməsinə kömək edəcək”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Suriya Prezidenti Əhməd Şaraa ilə görüşündə deyib:
Rusiya lideri bildirib ki, Suriyada prezident tərəfdarı qüvvələrin qələbəsini “böyük uğur” adlandırıb:
“Suriya indi çətin dövrlər yaşayır, amma keçirilən parlament seçkiləri bütün siyasi qüvvələr arasında əlaqə və qarşılıqlı fəaliyyətin güclənməsinə xidmət edəcək. Bunu sizin böyük uğurunuz hesab edirəm, çünki bu, cəmiyyətin konsolidasiyasına gətirib çıxarır”.