Bu sözləri Britaniyanın müdafiə naziri Con Hili Belçikanın paytaxtı Brüssel şəhərində mətbuata açıqlamasında dilə gətirib. O, NATO-ya üzv ölkələr üzrə həmkarlarının görüşündən qabaq həmçinin vurğulayıb ki, London Ukrayna Ordusunun təchizatı üçün pilotsuz uçuş aparatı (PUA) istehsalını artıracaq. Məlumat üçün bildirək ki, ötən günlərdə Britaniyanın Müdafiə Nazirliyi son 6 ay ərzində Ukraynaya 85 mindən çox PUA təhvil verildiyini bildirmişdi.
"Şərq Qvardiyası Əməliyyatı" keçən ay Polşa ərazisində naməlum PUA-nın aşkarlanması fonunda NATO-nun Baş katibi Mark Rutte tərəfindən başladılıb. Onun sözlərinə görə, bu əməliyyatın işə salınmasında məqsəd alyasın şərq cinahında mövqeləri gücləndirməkdir.
AzVision.az
"NATO-da "Şərq Qvardiyası Əməliyyatı" üzrə missiyamızın müddəti uzadılıb. Bu çərçivədə təyyarələrimiz cari ilin sonunadək Polşa səmasında uçuşlar həyata keçirəcək".