“Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək .....                     Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? .....                     Media hara gedir? .....                     Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! .....                     Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır .....                     Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi .....                     ASCO sədri ona yüksək vəzifə verdi .....                     Mətanət Əsədovadan İSMARIŞ: .....                     Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI .....                     8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb? .....                     Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" .....                     Bakıda evlər bahalaşacaq, amma hamısı yox .....                     Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, .....                     Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir .....                     “Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” .....                     Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir .....                     Putin ailəsi haqda sirri açdı: .....                     Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi .....                     ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik .....                     Anar Əsədli barəsində qərar verilib .....                     “Kanalizasiya yağış suyunu daşıya bilmir” .....                     Moskva ilə İrəvan arasında dərinləşən böhran .....                     Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir .....                     “Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” .....                     AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib .....                     Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı .....                     Ermənistanda 2 yeni “Rus evi” açılacaq .....                     Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır .....                     Rusiya Ermənistanda daha iki Rus Evi açır .....                     “Bu, ədalətli deyil!” .....                     İcra Hakimiyyəti bir milyonluq gül alır .....                     “Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” .....                     TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib .....                     Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? .....                     Telli aparıcıları yıxıb-sürüdü: .....                     Prokuror müğənni qardaşını öldürənə .....                     Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? .....                     "Boğulurdum, hələ belə ağrı görməmişdim" .....                     Bakıda qızını bıçaqlayan qadına hökm oxundu .....                 

Şengen ölkələrinə yeni giriş qaydaları: - əlvida, pasport möhürü
Tarix: 13-10-2025, 15:03 | Çap et

29 Avropa ölkəsinin xarici sərhədlərini keçmək üçün yeni qaydalar Avropa İttifaqı (Aİ) ilə vizasız rejimin olub-olmamasından asılı olmayaraq, Aİ-dən kənar ölkələrin vətəndaşları üçün 2025-ci il oktyabrın 12-dən qüvvəyə minib. Şengen ölkələri Elektron Giriş Çıxış Sistemini (EES) tətbiq edib. Bu sistem üçüncü ölkə vətəndaşlarının beynəlxalq hava limanlarında, qatar stansiyalarında, yol sərhədi keçidlərində və dəniz limanlarında giriş və çıxış zamanı biometrik məlumatlarını toplayacaq və yoxlayacaq.

“DW”nin məlumatına görə, Aİ-nin daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner bazar günü dərc olunmuş bəyanatında “EES yeni ümumi Avropa miqrasiya və sığınacaq sistemimizin rəqəmsal əsasını təşkil edir” deyə bildirib. Bəyanatda vurğulanıb ki, qüvvəyə minmiş yeni qaydalar viza müddətindən artıq qalanları izləmək üçün nəzərdə tutulub və şəxsiyyət saxtakarlığı ilə mübarizə və qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədi daşıyır.

EES 180 günlük müddət ərzində 90 günə qədər qısa müddətdə Şengen ölkələrinə gələn üçüncü ölkə vətəndaşlarının məlumatlarını elektron şəkildə qeyd edəcək. Bu qayda Şengen zonasında yaşamaq icazəsi olan üçüncü ölkə vətəndaşlarına şamil edilməyəcək.

Aİ ölkələrinin rezidentləri və vətəndaşları, habelə uzunmüddətli Şengen vizası sahibləri üçün ayrıca növbələr yaradılacaq, burada onlardan viza və ya yaşayış icazəsi, pasport təqdim etmələri tələb olunacaq.

Yeni sistemlə ilk dəfə əlaqə saxladığınız zaman sizdən fotoşəkil çəkdirmək və barmaq izlərini götürmək tələb olunacaq. Bu, pasport məlumatlarınızı da ehtiva edən rəqəmsal qeyd yaradacaq. Şengen zonası sərhədini sonrakı keçidlər zamanı biometrik məlumatlarınız bu qeydlə təsdiqlənəcək. 12 yaşdan kiçik uşaqların barmaq izlərini təqdim etməsinə ehtiyac yoxdur.

Uşaqlar ya xüsusi EES terminallarında, ya da pasport məlumatlarını skan edən və sərnişinlərin biometrik məlumatlarını toplayan sərhəd-keçid məntəqələrində qeydiyyatdan keçməlidirlər. Maşınlardan yalnız biometrik pasport sahibləri istifadə edə biləcək.

Bütün sərhəd-keçid məntəqələri dərhal yeni sistemə keçməyəcək. EES-in tətbiqi mərhələli olacaq: 2026-cı il aprelin 10-dək onun bütün buraxılış məntəqələrində tam tətbiq edilməsi, pasport ştamplarının məlumat bazasında elektron qeydlərlə əvəzlənməsi nəzərdə tutulur.

Hələlik Avropa səlahiyyətliləri bu sistemdən hansı sərhəd keçidlərində və nə vaxt istifadə etməyə başlamağa qərar verə biləcəklər. Keçid dövrü sərhədçilərə, nəqliyyat işçilərinə və səyahətçilərə yeni prosedurlara uyğunlaşmaq üçün vaxt verməlidir.

İlk altı ayda standart analoq pasportun yoxlanılması və möhürlənmə prosedurunun adi qaydada davam edəcəyi gözlənilir, lakin sərnişinlərdən paralel olaraq biometrik məlumatların təqdim edilməsi də tələb oluna bilər. Sərhədçilər yalnız sistem tam işə düşənə qədər pasportlara möhür vura biləcəklər.

EES sisteminin məqsədi sərhəd nəzarətini sürətləndirmək və onu daha səmərəli etməkdir. Avropa Komissiyası vəd edir ki, biometrik və pasport məlumatları Şengen zonasına ilkin giriş və çıxış zamanı qeydə alınacağından, hər bir sonrakı giriş və çıxış yalnız çox sürətli yoxlama tələb edəcək, çünki məlumatlar artıq sistemdə olacaq. Komissiya əmin edir ki, yeni sistem hər kəs üçün səyahətləri daha təhlükəsiz, sadə və sürətli edəcək.

Avropa Komissiyasının sözçüsü Markus Lammert bildirib ki, EES təkcə sərnişinlər üçün səyahəti asanlaşdırmayacaq, həm də Aİ-yə vizasız ölkələrin vətəndaşları da daxil olmaqla, sui-istifadə ilə mübarizə aparmağa kömək edəcək.

180 gün ərzində Şengen zonasında artıq 90 gün qalmış şəxs yenidən daxil olmağa cəhd edərsə, sərhəddə girişdən imtina ediləcək. Bundan əlavə, girişdən imtina barədə məlumatlar EES-də qeyd ediləcək və ya fiziki şəxs EES-də qeydiyyatdan keçmək üçün uyğun deyilsə, onun pasportuna girişdən imtina möhürü vurulacaq.

“Yeni rəqəmsal sistem sərhəd keçidləri ilə bağlı etibarlı məlumatları təmin edəcək və sistematik olaraq müddətdən artıq qalan şəxsləri, habelə sənəd saxtakarlığı və şəxsiyyət oğurluğu hallarını müəyyən edəcək”, - Lammert Brüsseldə keçirdiyi brifinqdə bildirib.

İndi bütün səyahət məlumatları ümumavropa məlumat bazasında saxlanılacaq və bu, səlahiyyətlilərə Şengen zonası daxilindəki ölkələr arasında əcnəbilərin hərəkətini daha effektiv şəkildə izləməyə imkan verəcək.

Əvvəllər hər bir Aİ ölkəsi yalnız öz məlumat bazasına çıxış əldə edirdi. İndi Şengen ölkələri Aİ-yə daxil olan bütün şəxslər haqqında məlumat mübadiləsi aparacaq və eyni məlumatlara çıxış əldə edəcək. Brüssel rəsmilərinin sözlərinə görə, EES sərhəd xidmətləri və hüquq-mühafizə orqanlarına sərnişin məlumatlarına çıxış imkanı verəcək, səlahiyyətlilərə təhlükəsizlik təhdidlərini müəyyənləşdirməyə və cinayət və terrorizmlə mübarizə aparmağa kömək edəcək.

Müəllif: Turan Abdulla - AYNA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək
Bu gün, 18:06
Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? - BU NƏDİ BELƏ?
Bu gün, 17:58
Media hara gedir? – Azər Ayxan yazır
Bu gün, 17:51
Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 17:45
Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır - NARAZILIQ VAR...
Bu gün, 17:38
Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi - TƏFƏRRÜAT
Bu gün, 17:36
ASCO sədri ona yüksək vəzifə verdi - FOTO
Bu gün, 17:31
Mətanət Əsədovadan İSMARIŞ: - “Az idi cadu edənim, sən də…”
Bu gün, 17:26
Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI - Şahid DANIŞIR
Bu gün, 17:20
8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?
Bu gün, 17:14
Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" - Hansı əməliyyatı etdirib?
Bu gün, 17:10
Bakıda evlər bahalaşacaq, amma hamısı yox - Ekspertdən proqnoz
Bu gün, 17:06
Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, məhkəməsi başlayır
Bu gün, 17:03
Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir - BUNA GÖRƏ...
Bu gün, 17:00
“Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” - Harut Sassunyan
Bu gün, 16:56
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir
Bu gün, 16:52
Putin ailəsi haqda sirri açdı: - “Atam və anam…”
Bu gün, 16:48
Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi
Bu gün, 16:46
ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik - Pezeşkian
Bu gün, 16:26
Anar Əsədli barəsində qərar verilib - MƏHKƏMƏ
Bu gün, 16:24
“Kanalizasiya yağış suyunu daşıya bilmir” - Bakıda selin əsas səbəbi açıqlandı
Bu gün, 16:22
Moskva ilə İrəvan arasında dərinləşən böhran - “Sən kişisən, yoxsa qadın?”
Bu gün, 16:20
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir - DETALLAR...
Bu gün, 16:18
“Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” - Levon Köçəryan - erməni mətbuatı
Bu gün, 16:16
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 16:12
Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib - Ermənistan KİV
Bu gün, 16:10
Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı - VİDEO
Bu gün, 16:08
Ermənistanda 2 yeni “Rus evi” açılacaq - KİV
Bu gün, 15:59
Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır -“Blumberq”
Bu gün, 15:29
Rusiya Ermənistanda daha iki Rus Evi açır
Bu gün, 15:16
“Bu, ədalətli deyil!” - Ekspert parklanma ödənişlərinə etiraz edir
Bu gün, 15:13
İcra Hakimiyyəti bir milyonluq gül alır - DETALLAR
Bu gün, 15:11
“Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” – Şeyx Əbdüldən SƏS-KÜYLÜ açıqlamalar
Bu gün, 15:03
TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
Bu gün, 14:55
Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? - GÖZLƏRİ YOLDADIR
Bu gün, 13:12
Telli aparıcıları yıxıb-sürüdü: - “Quyruğunu basanın başından basacağam”
Bu gün, 13:07
Prokuror müğənni qardaşını öldürənə 19 il CƏZA İSTƏDİ
Bu gün, 13:04
Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? - TƏFƏRRÜAT
Bu gün, 12:58
"Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev
Bu gün, 12:57
Bakıda qızını bıçaqlayan qadına hökm oxundu
Bu gün, 12:52
208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək - AY, MAŞALLAH...
Bu gün, 12:48
Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: - “Paşinyan bu kəndi...”
Bu gün, 12:47
Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı - “Mən Tokayev deyiləm ki...”
Bu gün, 12:41
Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur - “İravunk”
Bu gün, 12:39
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 12:35
Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:32
“Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat - DOSYE
Bu gün, 12:27
Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 12:23
“Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi - BUNDAN SONRA...
Bu gün, 12:18
AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
Bu gün, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru