Məşhur kafe bağlanandan və sahibi vəfat edəndən sonra FHN istismarına icazə verib? .....                     Reklam rəqəmsallaşdıqca niyə bulanıqlaşır? .....                     Anasını amansızlıqla öldürən Emilə .....                     Paşinyan Rusiyanın "radioaktiv siyasi tullantılar"ını "dəfn" edir: .....                     Xəzərə görə Azərbaycan üçün yeni fürsət: .....                     SEPAH və Pezeşkian üz-üzə qaldı .....                     Köçəryana görə Rusiyadan gələcək zəng heç nəyi dəyişdirməyəcək .....                     "Bank Respublika"nın səhmdarı "Ekolizinq"in əsas təsisçisi olub .....                     “Bu “aferist”lərin əlinə düşməyin” .....                     Paşinyanın Bakıya qarşı ən böyük səhvi: .....                     Avropa İttifaqı “qara pullar”ın Gürcüstana daxil edilməsinin yolunu axtarır .....                     Ermənistanda qərargah rəisi saxlanıldı .....                     Azərbaycanda çay istehsalçısına yeni rəhbər təyin edilib .....                     Hansı keçmiş SSRİ ölkələrinin paytaxtında Bakı adlı küçə var? .....                     AZAL uçuş dəyişiklikləri ilə bağlı sərnişinlərə müraciət edib .....                     Problemli kreditlər 723 milyon manata çatdı .....                     İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirləri bölüşdürməyə razılaşıb .....                     Hərbi möhlətlər bu halda ləğv ediləcək .....                     "Qanuni oğru" olduğu üçün 10 il həbs cəzası aldı .....                     Pərvin Salahovaya bu agentlikdə vəzifə verildi .....                     Qaxda 722 min manatlıq yol təmiri .....                     Polad müəllim... bu xanım bəs, sizin yanınızda NİYƏ VAR? .....                     Polad Bülbüloğlunun yenidən evlənməsi xəbəri doğru deyilmiş... .....                     Tək "Qarabağ"ı yox, Azərbaycan klublarını ciddiyə almağa başlayıblar .....                     13 minlik Boradigah qəsəbəsinin poçtu bağlanır? .....                     Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşının .....                     “Müsəlman dövlətlərinin ittifaqı yaradılmalıdır” .....                     Əməkdar artist KİMİ QINADI: .....                     “Satışa çıxarılan milyonluq villa…” .....                     Serj Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyulub .....                     MİDA əməkdaşının sürücüsünün dələduzluq əməli: “Pulu notariusun qarşısında aldım" .....                     Bakıda doğulan erməni kral ailəsinin Tiflisdəki məşhur otelini və bankını satın alır .....                     Xalq artistinin keçmiş həyat yoldaşından cəsarətli paylaşım .....                     Ermənistan dəmir yollarının gələcək operatoru kim olacaq? .....                     “Barselona”, yoxsa “Qalatasaray”? .....                     Prorektorun vəzifəsi ləğv edildi .....                     Qod Nisanovun bazarından haqq tələb edən avtoritet həbs edildi .....                     AĞKÖYNƏKDƏ QARA İŞLƏR... .....                     “Nazir olanda bəzi tələbələri təhsil haqqından azad edirdim, sonra yoxladılar və bizi cəzalandırdılar” .....                     Odlar Yurdu Universitetindəki kəsirləri həll etmək vədi ilə pul alan şəxs azadlığa buraxıldı .....                 

Neftin hesabına "yaşayırıq", bir gün qiyməti qəfil düşsə... - adi təlatümlərdən asılı vəziyyətdə qala bilərik
Tarix: 13-10-2025, 16:51 | Çap et

"Artıq 5 ildir xüsusilə rəqəmsallaşma başlayandan vergi ciddi sürətdə investisiyaları üstələyir. Cari ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 29 142,4 milyon manat təşkil edib ki, bu da doqquz aylıq proqnozu 675,2 milyon manat və ya 2,4 faiz üstələyib". Bizimyol.info xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi xəbər verir. Qeyd edilib ki, gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 12 455,8 milyon manat təşkil edərək proqnozdan 614,2 milyon manat və ya 5,2 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 34,5 milyon manat təşkil edərək proqnozdan 8,2 milyon manat və ya 31,2 faiz, sair daxilolmalar 563,2 milyon manat təşkil edərək proqnozdan 304,4 milyon manat və ya 2,2 dəfə çox, Dövlət Neft Fondundan transfert isə 10 860,7 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib. Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 9 ayı ərzində 24 668,2 milyon manat məbləğində icra edilib.

Büdcədəki artıqlıq yarananda ölkənin böyük banklarında depozit kimi yatırılır. Bu, nə dərəcədə effektiv nəticə verən sərmayədir? Ümumiyyətlə, bunu hansı istiqamətdə yatırım etmək daha səmərəli nəticə verə bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisad elmləri doktoru, professor Saleh Məmmədov bildirib ki, büdcənin artması iqtisadiyyatın daralması, zəifləməsi deməkdir: “Vergilərin daha sürətlə artması heç yaxşı hal deyil, son 9 ayda 5 %- dən çox artıb, amma ümumi iqtisadi artım (ümumi daxili məhsul artımı) heç bir 1 % də deyil. Bu, çox mənfi haldır. Bir tərəfdən büdcənin artmasını həmişə bəzi alimlər və iqtisadçılar, hətta bəzi hökumət xadimləri çox müsbət qiymətləndirir ki, bizim büdcəmiz bu qədər artdı. Büdcənin artması iqtisadiyyatın daralması, zəifləməsi deməkdir. Dövlətin bütün idarəetməni əlində cəmləşdirilməsi məsələsi deməkdir. Dövlətin daha çox iqtisadiyyata nüfuz etməsi və müdaxilə etməsi deməkdir. Tarix boyu dünya təcrübəsi göstərir ki, dövlət nə vaxt iqtisadiyyata müdaxilə edir, ölkənin iqtisadiyyatı çökür. Bu, tək bizə aid deyil. Bu, bütün dövlətlərə və bütün tarixə aiddir. Nə vaxt ki, vətəndaş dövlətdən daha sürətlə zənginləşir, insanların əlində qalan pul daha çoxalır, daha yüksəlir. Bu da nəticədə iqtisadiyyatın daha sürətli inkişafına gətirib çıxarır. Təsadüfi hallarda olub ki, dövlət güclənsin, büdcəsi daha sürətlə artsın, eyni zamanda iqtisadiyyat inkişaf etsin, amma vətəndaşların hesabına güclənsin. Vətəndaşların zənginləşməsi ilə dövlət, ölkə güclənirsə, bu da çox faydalıdır. Amma vətəndaşlar zəifləsin, özəl sektor zəifləsin, ölkənin dövlətə yığılan pulları dövlətin xəzinəsi güclənsin bu həmişə mənfi hal kimi qiymətləndirilir. Bu, bütövlükdə zərər gətirən hallardır. İqtisadiyyat bir dövlətin əlindədir, digəri isə özəl qurumlardadır, özəl şəxslərdədir, əhalidədir. Həmişə ikinci hissə əhali biznes daha çox inkişaf edəndə, daha çox yüksələndə o zaman inkişaf var, o zaman rifah var. Nə vaxt ki, dövlət daha çox pul yığır, dövlət büdcəsi daha artır o zaman dövlət, ümumiyyətlə bütöv cəmiyyət çökməyə doğru gedir. Dövlətin iqtisadi cəhətdən vətəndaşa nisbətən daha daha çox zənginləşməsi həmişə mənfi nəticələrə gətirib çıxarır. Və ölkələrin bötövlükdə nüfuzunun, dövlətin imkanlarının zəifləməsinə gətirib çıxarır. Çünki vətəndaşın əlində pul qalanda, biznesdə pul qalanda bu pullar 3 dəfə, 4 dəfə daha çox səmərə verir, nəinki dövlətdə. Bu, bütün ölkələrdə belədir. Hətta ABŞ-da da belədir. Tramp gələndə nə qədər artıq xərcləmələr, biabrçılıqlar, böyük yeyintilər çıxarıb ortaya qoydu”.

Saleh Məmmədov qeyd edib ki, pulları götürüb büdcədə saxlamaqla, xəzinəyə oturtmaqla iqtisadiyyata zərər vurmuş oluruq: “Pulun əsas prinsipləri var. Bu prinsiplər nədən ibarətdir? Birinci ondan ibarətdir ki, vətəndaşın əlində qalan pul dövlətin əlində qalan puldan qat-qat güclü və səmərəlidir. Bir misal deyim. Bir mənzil tikintisində indi özəl sektor 1 kvadrat metrini 500 manata tikir. Adam özü gedib materialını alır, yaxud özəl şirkət işi görür, amma dövlətdə bu mənzillərin tikintisinə hər kvadratmetrinə 1800, 2000, 2200 manat pul xərclənir. 25-30 % tikintiyə gedir, qalanı hamısı ortada yeyilir. Bütün dövlətlərdə, millətlərdə vəziyyət belədir. Ona görə də əksəriyyət ölkələr dövlətdən qaçır. Yəni əsas resurslar biznesə yönəldilir. Bu da son dərəcə böyük effekt verir.

İkinci prinsip - bu günün dolları sabahın dollarından daha qüvvətlidir. Bu gün xərclənməli olan manatı və ya dollar sabaha saxlama, dəyər itirəcək. Digər bir prinsip, risksiz dollar və ya manat risklidən daha güclüdür. Pulları götürüb büdcədə saxlamaqla, xəzinəyə oturtmaqla iqtisadiyyata zərər vurmuş oluruq. Ölü pul heç nəyə bir şey edən deyil. Pulun sabaha keçməsi özü də riskdir, bir gecədə kim aparacaq. Əgər imkan varsa, dünən maliyyələşdir ki, sabaha istər-istəməz o pul dəyərdən düşür. Gətirib xəzinədə bunu yığanda, ya xəzinədə doldurub yığanda o daha çox dəyər itirir. Amma bizdə əməl olunmur. Məsələn; dövlətin büdcəsinə bu qədər pul yatırdırlar. İndiyə kimi yatırdılırdı. Amma indi yenə heç olmasa yeni tərkibdə Maliyyə Nazirliyinin kollektivi onun bir düzgün yolunu seçiblər. Daha çox depozit kimi dövriyyə qoyur və bunu aktivləşdirməyə kömək edir. Bu pulun 3 milyard 4 milyard büdcədə profisiti (artıqlığı) var. Bu pulun gedib ictimaiyyətə dövriyyəyə çatması ölkənin iqtisadiyyatına çox təkan verir, ən azı aktivləşmə yaranır, özəl sektora investisiya mənbəyi artır və mütləq faizlər düşür, bazarda kredit təklifi artırsa pulun faizi mütləq düşəcək. Amma onun xəzinədə oturub hesabda yatırılması çox böyük zərbə vurur. Həm pul hər gün öz dəyərini itirməkdə davam edir, həm də inkişafa təsir edə bilmir. Dövlətdə isə pul nə qədər canlansa, nə qədər böyüsə, nə qədər çoxalsa, bir o qədər fayda aşağı düşür. Pul nə qədər aktiv olanda o zaman diridir, nə vaxt ki, passivdir, hesablarda yatır, o pul ölüdür. Ölü pul da heç nə verən deyil.

70-ci illərdən bəri dünyada belə bir qanunauyğunluq formalaşıb və bu dünya iqtisadiyyatına çox böyük təkan verib: ÜDM-un vergilərə nisbətən daha üstün artması qanunauyğunluğu. Bu demək olar ki, bütün dünya ölkələrində riayət olunur. Daimi periodik olaraq vergi dərəcələri azalır, hansı ölkə vergi dərəcələrini daha çox azaldırsa, o da daha sürətlə inkişaf edir. Vergilərin ümumi daxili məhsula nisbətən (ÜDM) daha sürətlə artması nəinki vergilərin, bütövlükdə iqtisadiyyatın çökməsinə gətirib çıxarır. Çünki hesab edin ki, keçən il 100 manat qazanmışıq. 100 manatdan biz təqribən bugünkü xərclərlərlə 13 -14 manat vergi veririk. Gələn il biz planlaşdırdıq, ümumi daxili məhsul 1 % artıb və planlaşdırılandan xeyli aşağıdır. 101 manat qazandıq. 101 manat sən keçən il versəydin, bu gün 10,1 manat vermək olar. Amma sən onu 5 % -lə verirsən. 10,5 manat. Gör nə qədər artım qalıb. Hesab edin ki 0,4 manatı hardansa tapmalıdır. Vətəndaş onu verə bilmir, investisiya pul göndərəcəyi, iqtisadi inkişafa pul göndərəcək. Dövlət məcburdur başının üstünü kəsir ki, mütləq verməlisən. O ki istehsalata qoyacaqdı, yeni vergi obyekti, yeni iş yeri yaradacaq idi ondan kəsir verir dövlətə. Dövlət də orda aktivliyi pozdu, dayandırdı. Gətirib cibində xəzinəsində bunu saxlayıb”.

Professor Saleh Məmmədov vurğulayıb ki, bugünkü gün verginin daha sürətlə artması böyük bir zidiyyətə gətirib çıxarır: “Qeyd edim ki, maliyyə naziri qərar verdi ki, bu qədər pulu yenidən dövriyyəyə soxur və kreditlərin faizi heç olmasa bir az düşdü, iqtisadiyyatda aktivlik əmələ gəldi. Getdikcə xeyli artım yüksəlir. Bu qaydada hərəkət etmək lazımdır. Buna görə dünyada bu qanun 70-ci illərin böyük böhranları bir təklif nəzəriyyəsinə uyğun olaraq isbat etdi ki, vergi dərəcələrinin azalması, vergilərin ümumi daxilə məhsula nisbətən daha az sürətlə artması dövlətin müdaxiləsini məhdudlaşdırır və özəl sektora imkan açdırır. Çox böyük artımlar əmələ gəldi. O vaxtdan bu vaxta hansı ölkəyə baxsan görəcəkəsən ki, vergi dərəcələri getdikcə azalır, amma ümumi daxili məhsul artır. Bugünkü gün bütün dünya Amerika, Avropa, Sinqapur, Çin bu yolla gediblər. Vergiləri azaltmaqla, dövlətin cibinə yığılan pulların azaltmaqla, özəl sektorda böyük məbləğdə investisiyalar saxlamaqla. Amma bizdə tərsinə gedir. Artıq 5 ildir xüsusilə rəqəmsallaşma başlayandan vergi ciddi sürətdə investisiyaları üstələyir. Ümumi iqtisadi artımı üstələyir. Elə olub 10-15 % vergi artıb, heç 1 % də ümumi daxili məhsul artmayıb. Bu iqtisadiyyata böyük zərbədir. Belə iqtisadiyyat mütləq çökəcək. Ona görə bugünkü gün verginin daha sürətlə artması böyük bir zidiyyətə gətirib çıxarır. İqtisadiyyatın inkişafına böyük zərbə vurur, məhz buna görədir ki, iqtisadi artım yoxdur, çox zəifir. İqtisadi artım nə ilə olsun? İnsanlar əlində qalan pulla çalışır ki, yeni obyekt yaratsın. Sən ora üçün nəzərdə tutulan pulu əlindən alırsan və aldın, iqtisadiyyat dayandı. Dövlətin iqtisadiyyatına ümid olmaq olmaz. Neftin hesabına yaşayırıq, amma bir gün neft yoxa çıxacaq, birdən də neftin qiyməti düşsə, biz adi təlatümlərdən asılı vəziyyətdə qala bilərik. Ona görə vergilərin və büdcənin artırılmasını məhdudlaşdırmaq lazımdır.

Mənə çatan informasiyaya görə builki büdcənin artımı çox azdır. Cəmi 0,2 % dir. Bilmirəm ki, kim tərtib edib, necə tərtib edib? Amma ümumi iqtisadi qanunlara çox uyğun düzgün prosesdir. Amma keçən ilin nəticəsi, keçən ilin büdcənin icrası bu çox mənfi haldır. Bu qədər özəl sektoru müflisləşdirmək, çökdürmək olmaz. İnkişaf onların əlindədir. İnvestisiyalara qoyuluş dediyim yeni vergi obyektlərinin yaradılması xərcləri ÜDM-nin bu il 13 %-ə gəlib düşüb. Təsəvvür edin bu rəqəm məhsulun ümumi daxili məhsulda payı 13 % -ə düşür. 13 % heç əsas fondları saxlamağa çatmır. Əfqanıstan, Yəmən kimi geridə qalmış ölkələrdə 17-18% dir. Qonşularımızda 25%-30%-35 %-dir və daimi qalxır. Çin niyə yüksək sürətlə inkişaf edib? Çin ümumi daxili məhsulda investisiyaların payını 44-45 % dən aşağı endirmir. Bizdə də 70-ci illərdə çox yüksək inkişaf var idi. Kommunist Partiyasının vaxtında, o zaman investisiyaların payı 50%-ə çatırdı . Bizdə 2000-ci ildən sonra yenə ciddi artım başladı. Hətta 30 ildə 1 ili rekord vurduq. 35% O zaman investisiyaların payı 58 %-ə 60 % -ə qaldırıldı. Təsəvvür edin ki, bu gün 13 %-dir. Budur nəticəsi. Dövlət vergi halında pulları bütün şəxslərin əlində nə var toplayır yığır, amma inkişafa pul qalmır, iqtisadi artıma pul qalmır. Yeni iş yerlərinin artırılmasına pul qalmır. 2019-2020-ci ildə pandemiya dövründə ildə 192 min iş yeri yaradılırdı. 2024-cü ildə 92 minə düşüb. Yeni yaradılmış iş yerlərinin sayı 2 dəfədən çox aşağı düşüb. Bu qədər işsizliyi, bu qədər imkansızlığı , bir tərəfdən də rəqəmsallaşma, süni intellekt, iş yerlərini azaldır, ixtisara salır, bunun nəticəsində işsizlərin sayı ikiqat artır”.

Professorun sözlərinə görə, hökumət əmanətlərini xüsusi olaraq dövriyyəyə buraxmaq və ciddi bir kateqoriya kimi iqtisadi kateqoriyalara salmaq lazımdır: “Büdcənin profisitinin depozitə yatırılması çox ağıllı, düşünülmüş və faydalı faktdır. Bunu mütləq etmək lazımdır. Hökumət əmanətləri 90-cı illərdə bank qanununda nəzərdə tutmuşduq. O vaxt bank qanunlarını mən hazırlamışdım. Hökumət əmanətləri deyə bir sistem əmanətlərin təsnifləşdirilməsini etmişdik. Bugünkü günə qədər o vaxt 1 -ci qanunla qəbul olundu, 2-ci 1996-cı ildə təzə redaksiyaya təzə qanun qəbul olundu. Bu bölməni də ordan çıxarmışdılar. İndiyə kimi əmanətlərin təsnifləşdirilməsi deyə qanunvericilik aktları mən görməmişəm. Bəlkə hardasa xırda təlimat var, amma mən rastlaşmamışam. Hökumət əmanətlərini xüsusi olaraq dövriyyəyə buraxmaq və ciddi bir kateqoriya kimi iqtisadi kateqoriyalara salmaq lazımdır. Hökumətin bu gün Maliyyə Nazirliyinin pulu ora qoymasının da hansı hüquqa əsaslandı. Bu hüququ əsası faktiki olaraq yoxdur, amma eləmək lazımdır ki əmanətlərin təsnifləşdirilməsi haqqında heç olmasa bir mərkəz bankının təlimatını hazırlamaq lazımdır, yaxud hökumətin bir qərarının əsasnaməsini qəbul etmək lazımdır ki, maliyyə naziri də rahat olaraq, yaxud da ki başqa orqanlar hökumət əmanəti olaraq banklara hökumətin imkanlarının hamısını yerləşdirə bilsin. Məsələn; 130 milyarda manata yaxın valyuta rezervlərimiz, dövlətin müxtəlif qurumlarında, pensiya fondunda, işsizlik, tibbi sığorta fondunda, dövlət şirkətlərində, neft fondunda milyardlarla pul yatır, digər tərəfdən iqtisadiyyatda kəskin investisiya qıtlığı yaşanır, kredit təklifi minimum səviyyədədədir, faizlər isə dözülməz dərəcədə çox yüksəkdir. Bu pullar dövriyyəyə daxil edilməli, hökumət əmanətləri kimi maliyyə aktivinə çevrilməlidir ki, özəl sektor bun investisiyaya yönəldilsin. İnvestisiya bazarını aktivləşdirmək üçün bu resursların 30-40%-i tam yetərlidir, bu tədbir faizləri 2-4%-ə endirəcək.

O zaman canlanma əmələ gələr. Ölkədə investisiya qıtlığı, pul qıtlığı aradan qaldırılar, iqtisadi artım 20-30% qalxa bilər”.

Bizimyol.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur kafe bağlanandan və sahibi vəfat edəndən sonra FHN istismarına icazə verib? - SİYAHI
Bu gün, 18:12
Reklam rəqəmsallaşdıqca niyə bulanıqlaşır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:11
Anasını amansızlıqla öldürən Emilə - 18 il həbs
Bu gün, 18:08
Paşinyan Rusiyanın "radioaktiv siyasi tullantılar"ını "dəfn" edir: - "Qarabağ klanı" dağıdılır, Azərbaycanla sülh sazişinin önü açılır
Bu gün, 18:06
Xəzərə görə Azərbaycan üçün yeni fürsət: - 5 qüvvə regionda rəqabəti artırır
Bu gün, 17:32
SEPAH və Pezeşkian üz-üzə qaldı - Bir neçə həftə vaxt verildi
Bu gün, 17:30
Köçəryana görə Rusiyadan gələcək zəng heç nəyi dəyişdirməyəcək - Simonyan
Bu gün, 16:45
"Bank Respublika"nın səhmdarı "Ekolizinq"in əsas təsisçisi olub
Bu gün, 16:41
“Bu “aferist”lərin əlinə düşməyin” – Tanınmış aktrisa “Kontakt Home”u biabır etdi
Bu gün, 16:38
Paşinyanın Bakıya qarşı ən böyük səhvi: - Rusiyadan sonra Avropaya da yox deyilir?
Bu gün, 16:33
Avropa İttifaqı “qara pullar”ın Gürcüstana daxil edilməsinin yolunu axtarır - Qorduladze
Bu gün, 16:30
Ermənistanda qərargah rəisi saxlanıldı - Əsgər ölümü
Bu gün, 16:27
Azərbaycanda çay istehsalçısına yeni rəhbər təyin edilib - ƏMR
Bu gün, 16:22
Hansı keçmiş SSRİ ölkələrinin paytaxtında Bakı adlı küçə var? - SİYAHI
Bu gün, 16:18
AZAL uçuş dəyişiklikləri ilə bağlı sərnişinlərə müraciət edib - DİQQƏT
Bu gün, 16:14
Problemli kreditlər 723 milyon manata çatdı - Son 1 ildə 37% artım
Bu gün, 16:12
İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirləri bölüşdürməyə razılaşıb - SEPAH
Bu gün, 16:07
Hərbi möhlətlər bu halda ləğv ediləcək - DİQQƏT
Bu gün, 16:04
"Qanuni oğru" olduğu üçün 10 il həbs cəzası aldı - DETALLAR
Bu gün, 15:06
Pərvin Salahovaya bu agentlikdə vəzifə verildi
Bu gün, 15:03
Qaxda 722 min manatlıq yol təmiri - Layihəni 10 manatlıq şirkət icra edəcək
Bu gün, 14:57
Polad müəllim... bu xanım bəs, sizin yanınızda NİYƏ VAR? - "Biz saatlarla gözlədik..."
Bu gün, 14:48
Polad Bülbüloğlunun yenidən evlənməsi xəbəri doğru deyilmiş... - SƏN DEMƏ...
Bu gün, 14:43
Tək "Qarabağ"ı yox, Azərbaycan klublarını ciddiyə almağa başlayıblar - Qurban Qurbanov
Bu gün, 14:38
13 minlik Boradigah qəsəbəsinin poçtu bağlanır? - Sakinlər Prezidentə müraciət etdi
Bu gün, 14:34
Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşının cəzası ağırlaşdırıldı
Bu gün, 13:06
“Müsəlman dövlətlərinin ittifaqı yaradılmalıdır” - Pezeşkian
Bu gün, 13:04
Əməkdar artist KİMİ QINADI: - "Səsi olmayana deyir, "əla oxudun""
Bu gün, 13:01
“Satışa çıxarılan milyonluq villa…” – Xalq artistinin qızı gerçəyi AÇIQLADI
Bu gün, 13:00
Serj Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyulub - “Sputnik Armenia”
Bu gün, 12:57
MİDA əməkdaşının sürücüsünün dələduzluq əməli: “Pulu notariusun qarşısında aldım" - TƏFƏRRÜAT
Bu gün, 12:54
Bakıda doğulan erməni kral ailəsinin Tiflisdəki məşhur otelini və bankını satın alır - DETALLAR
Bu gün, 12:47
Xalq artistinin keçmiş həyat yoldaşından cəsarətli paylaşım – Fit görünüşü diqqət çəkdi
Bu gün, 12:42
Ermənistan dəmir yollarının gələcək operatoru kim olacaq? - Mümkün ssenarilər
Bu gün, 12:38
“Barselona”, yoxsa “Qalatasaray”? - Azərbaycanı böyük püşk həyəcanı gözləyir
Bu gün, 12:34
Prorektorun vəzifəsi ləğv edildi - Rəşad Əliyev müşavir təyin olundu
Bu gün, 12:31
Qod Nisanovun bazarından haqq tələb edən avtoritet həbs edildi - "ZAYKA" VƏ DƏSTƏSİNƏ QARŞI XÜSUSİ ƏMƏLİYYAT
Bu gün, 12:27
AĞKÖYNƏKDƏ QARA İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 12:16
“Nazir olanda bəzi tələbələri təhsil haqqından azad edirdim, sonra yoxladılar və bizi cəzalandırdılar” - Misir Mərdanovdan ETİRAF
Bu gün, 12:07
Odlar Yurdu Universitetindəki kəsirləri həll etmək vədi ilə pul alan şəxs azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:01
ETM-dən qəribə tender: Məktəblilər üçün tonal krem alınacaq - BU NƏDİ BELƏ?
Bu gün, 12:00
AGA Group-un faktorinq biznesi 3.4 mln. manat xalis mənfəət əldə edib – Bununla belə işçi sayını azaldır
Bu gün, 11:55
Ermənistan MN “Monte” filminə dəstəkdən imtina etdi - “Hraparak”
Bu gün, 11:49
İsmayıl Xəlilovdan İnam Kərimova şikayət ediləcək - BUNA GÖRƏ...
Bu gün, 11:48
İsrailin Hagag Group-u Azərbaycanda tikinti biznesinə başlamağı planlaşdırır
Bu gün, 11:45
İsrail mediası "Hapoel"in "Sabah"a məğlubiyyəti haqqında: Böyük xəyal son anda puç oldu - DAYCEST
Bu gün, 11:43
Rüfət Əzizov onu direktor təyin etdi - FOTO
Bu gün, 11:34
Moskva niyə TRIPP-dən narahatdır? - GƏLİŞMƏ
Bu gün, 11:31
“Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə işləmir” – Ekspert
Bu gün, 11:30
Müğənni Könül Kərimovanın adı hallanan məhkəmədə YENİLİK - TƏFƏRRÜAT
Bu gün, 11:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru