Mahir Cürətin son halı sevələrini üzüb .....                     Doğrudanmı, biz rusdilli ölkəyik?! .....                     63 milyon manatlıq sifariş alan "universal" şirkət: "Vest-LTD"nun sahibi kimdir? .....                     Manatın gələcəyi: .....                     AİB sədri saxta məhsullara görə bu qurumları günahlandırdı .....                     Vəzifəsini tərk edən deputatın yerinə yeni seçki keçiriləcək? .....                     Bakıdan Moskva ilə bağlı son həmlə .....                     “Azərbaycan Sənaye Sığorta”nın rəhbərlərindən biri vəzifəsini tərk edib .....                     Ən çox şikayət edilən sığorta şirkəti “Atəşgah Sığorta” ASC-dir .....                     “Crystal Group”a yaxın yeni şirkət təsis edilib .....                     “Türk Şengen”inə doğru mühüm addım .....                     Xəzər TV-nin adından dələduzluq edilib .....                     Bizim QAZ ALVERİMİZDƏN DƏ baş çıxarmaq olmur... .....                     Belə getsə, pivə tapılmayacaq, qiymət isə bahalaşacaq .....                     “Dostum ad günümə kokain hədiyyə etmişdi” .....                     15 mindən çox Qarabağ ermənisi Ermənistandan çıxdı .....                     Afət Fərmanqızıdan Zaura XƏBƏRDARLIQ .....                     Ukrayna heyəti ABŞ-yə yollanıb, .....                     Neftin hesabına "yaşayırıq", bir gün qiyməti qəfil düşsə... .....                     Vəzifəli şəxsin oğlu iş yerində öldü .....                     Xanlar Ağalarov "Green Flag Award"ı necə əldə edib? .....                     Məşhur diktor aparıcıları QINADI .....                     "Bank of Baku"dan BİABIRÇILIQ .....                     Ermənilər “günah keçisi” axtarışında .....                     "Hicabın məcburi xarakter alması öz qüvvəsini itirib" .....                     ADSEA-nın strukturu yenidən təşkil edilə bilər .....                     İlham Əliyev Misirdə Nikol Paşinyanla ayaqüstü görüş keçirib .....                     “Söhbət yayıldı ki, guya “Qarabağ” bizə yardım edib, elə şey yoxdur” .....                     Azərbaycanda insanlar televiziyada ən çox nələrə baxırlar? .....                     "Qüdrət müəllim telefon zənglərimi bloka atıb" .....                     Şengen ölkələrinə yeni giriş qaydaları: .....                     Benzin və dizelin bahalaşması əhalinin “cibinə” necə təsir edib? .....                     Elçin Mirzəbəyli ilə bağlı qərar Milli Məclisdə bu rəqəmi dəyişdi .....                     “Köçəryandan xahiş etdim ki, məni evimə aparsınlar” .....                     “Bakcell” media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi .....                     Rəsmi Tehran İran-Azərbaycan-Rusiya formatının əhəmiyyətini açıqlayıb .....                     Fələstinli satqınları dəhşətli ölüm gözləyir .....                     İrəvandan Zəngəzur açıqlaması .....                     10 manatlıq şirkət 25 milyon manatlıq tenderin .....                     Polşada ər-arvad Rusiya kəşfiyyatına casusluqda ittiham edilib .....                 

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ
Tarix: Bu gün, 15:50 | Çap et

“Ermənistanın üç keçmiş lideri Qarabağ məsələsi ilə bağlı təsvir etdikləri mükəmməl həll yollarını niyə həyata keçirmədilər?”

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində paylaşdığı videoda belə deyib.

Onun fikrincə, burada iki variant ola bilər. “Birinci variant ondan ibarətdir ki, onlar cinayətkar hərəkətsizlik nümayiş etdirərək, bəlkə də Ermənistanın deyil, xarici dövlətlərin maraqlarına xidmət edərək, bizi Qarabağ məsələsinin mükəmməl həll yollarından məhrum ediblər.

İkinci variant isə odur ki, onların təsvir etdiyi möhtəşəm həll yolları sadəcə olaraq intellektual axtarışlara əsaslanan siyasi hiylədir və onların həyata keçirilməsi heç vaxt mümkün olmayıb”, - Paşinyan bildirib. Nikol Paşinyanın açıqlaması göstərir ki, Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərində Qarabağ mövzusu hakimiyyət-müxalifət debatında ciddi yer tutacaq.

Radikal müxalifət Nikol Paşinyanı münaqişəni həll etmək imkanlarını itirməkdə və Qarabağı Azərbaycana “təslim etmək”də ittiham edəcək. Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişində tərəflər bir-birinə qarşı ərazi iddialarından imtina etməyə dair öhdəlik götürüblər.

Eyni zamanda, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, suverenliyinə təhdid yaradan hərəkətlərə yol verməyəcəklərinə dair razılaşmaları imzalayıblar. Bu, faktiki olaraq, Ermənistanın Qarabağa olan ərazi iddiasından əl çəkməsi deməkdir. Üstəlik, Nikol Paşinyan Qarabağdan könüllü köçən ermənilərin Azərbaycana qayıtmayacağını bəyan edib. Əgər Ermənistan konstitusiyasının preambula hissəsi ləğv edilərsə, Qarabağa qarşı ərazi iddiasına de-yure xitam veriləcək və tərəflər arasında yekun sülh sazişi imzalanacaq.

Müxalifət isə daha revanşist bəyanatlar verərək işğal dövrünün həll modellərini gündəmə gətirməyə çalışır. Bununla da sanki Ermənistan cəmiyyətində artıq mövcud olmayan status-kvonu bərpa edəcəyinə dair rəy yaratmaq istəyir. Ermənistanın sabiq prezidentləri tərəfindən səsləndirilən bu bəyanatlar bir növ keçmişi geri qaytarmaq və mühafizəkar erməni cəmiyyətində siyasi nastolgiya yaratmağa xidmət edir.

Bu baxımdan, seçkilər öncəsi əsas rəqabətin Nikol Paşinyan hökuməti ilə Robert Köçəryan, Serj Sarkisyan və Levon Ter-Petrosyan arasında gedəcəyi siyasi konfiqurasiya formalaşmaqdadır. Nikol Paşinyanla Erməni Apostol Kilsəsinin qarşıdurması fonunda müxalifətin yeni lideri meydana çıxan və hazırda həbsdə olan rusiyalı milyarder Samvel Karapetyan isə son vaxtlar aktivləşən eks-prezidentlərin kölgəsində qalıb. Əslində, sabiq prezidentlər cəmiyyətə yeni ideya təqdim etmir.

Hətta Paşinyan onların işğal dövrünün həll variantlarını gündəmə gətirməsini məsxərəyə qoyub. “Biri deyir: 1994-cü ilin Budapeşt sənədi ilə biz Qarabağ məsələsini belə həll edirdik. İkincisi deyir: 2001-ci ilin Ki-Vest sənədi ilə biz Qarabağ məsələsini belə həll edirdik. Üçüncüsü deyir:

2011-ci ilin Kazan sənədi ilə biz Qarabağ məsələsini belə həll edirdik. Hər biri qərarlarını elə təsvir edir ki, biri o birindən “gözəl”dir! Bəs onda niyə həll etmədiniz?”,-deyə Paşinyan sual edib. Nikol Paşinyan Budapeşt sənədinin uğursuzluğundan söz açarkən, Levon Ter-Petrosyanı nəzərdə tutur. Yəni bu sammit keçmiş Qarabağ problemini Ermənistanın xeyrinə həll etmədi. Budapeşt sənədi daha çox tərəflər arsında atəşkəsə nail olunmasını, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsini və münaqişənin sülh yolu ilə həllini nəzərdə tuturdu.

ABŞ-nin vasitəçiliyi ilə 2001-ci ildə Ki-Vestdə keçirilən danışıqlarda Ermənistan prezidenti Robert Köçəryanın qeyri-konstruktiv mövqe tutması və heç bir güzəştə getmək istəməməsi müzakirələrin nəticəsiz başa çatması ilə nəticələnib. Ona görə də Ki-Vest sənədində münaqişənin Ermənistanın xeyrinə həll olunmasını əks etdirən hər hansı razılaşma əldə olunmayıb.

Rusiya tərəfindən 2011-ci ildə təklif edilən “Kazan formulu” isə birinci mərhələdə ətraf 5 rayonun Azərbaycana qaytarılmasını, ikinci mərhələdə Kəlbəcər və Laçının işğalına son qoyulmasını, “Dağlıq Qarabağ”ın statusu məsələsinin qeyri-müəyyən müddətə gələcəyə saxlanılmasını nəzərdə tuturdu. Bu sadəcə olaraq, təkliflər paketi idi və Azərbaycan bu sənədlə razılaşmayıb. Üstəlik, Ermənistan siyasi manipulyasiya edərək ətraf rayonları qaytaracağını vəd etsə də, sonradan bundan imtina edib. 1992-ci ildən başlayan bütün danışıqlar prosesi qeyri-obyektiv olduğundan, 2020-ci ildə Azərbaycanın öz ərazilərini müharibə yolu ilə azad etməkdən başqa variantı qalmayıb.

Nikol Paşinyanın “Facebook”-da hər üç prezidenti tənqid etməsi də bununla bağlıdır. Ermənistanın Baş naziri “cinayətkar hərəkətsizlik” deyərkən onların sülhdə maraqlı olmadıqlarını, xarici dövlətlərin maraqlarına xidmət edərək, yəni Rusiyanın sifarişi ilə münaqişəni dondurulmuş şəkildə saxladıqlarını, bunun isə nəticədə Azərbaycanın qələbəsinə səbəb olan müharibəyə gətirib çıxartdığını göstərir.

Ümumiyyətlə, qarşılıqlı səslənən ittihamlar seçkiqabağı daxili auditoriyaya hesablanmaqla yanaşı, həm də məğlubiyyəti bir-birinin üzərinə atmaq cəhdindən xəbər verir. Ermənistan hakimiyyəti və müxalifəti sanki ağır məğlubiyyətə görə “günah keçi”si axtarışına çıxıb. Bu fonda özünü qalib kimi təqdim etmək cəhdləri hakimiyyət uğrunda mübarizənin trendinə çevrilib. Ancaq bütün hallarda regionda artıq xeyli müddətdir mövcud olmayan və keçmişdə qalmış bir status-kvonun yarada biləcəyi reytinq uğrunda mübarizə aparılır ki, bu da Ermənistan cəmiyyəti üçün cəlbedici sayıla bilməz.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mahir Cürətin son halı sevələrini üzüb - VİDEO
Bu gün, 18:05
Doğrudanmı, biz rusdilli ölkəyik?! - AKTUAL
Bu gün, 18:03
63 milyon manatlıq sifariş alan "universal" şirkət: "Vest-LTD"nun sahibi kimdir? - TƏFƏRRÜAT
Bu gün, 17:55
Manatın gələcəyi: - Devalvasiya ehtimalı nə qədər realdır?
Bu gün, 17:51
AİB sədri saxta məhsullara görə bu qurumları günahlandırdı - İLGİNC
Bu gün, 17:49
Vəzifəsini tərk edən deputatın yerinə yeni seçki keçiriləcək? - AÇIQLAMA
Bu gün, 17:45
Bakıdan Moskva ilə bağlı son həmlə - 13 il əvvəl Qəbələdə nə baş verdi?
Bu gün, 17:43
“Azərbaycan Sənaye Sığorta”nın rəhbərlərindən biri vəzifəsini tərk edib
Bu gün, 17:40
Ən çox şikayət edilən sığorta şirkəti “Atəşgah Sığorta” ASC-dir - RƏSMİ
Bu gün, 17:39
“Crystal Group”a yaxın yeni şirkət təsis edilib
Bu gün, 17:32
“Türk Şengen”inə doğru mühüm addım - AKTUAL
Bu gün, 17:30
Xəzər TV-nin adından dələduzluq edilib - AÇIQLAMA
Bu gün, 17:19
Bizim QAZ ALVERİMİZDƏN DƏ baş çıxarmaq olmur... - DƏLİXANADIR VALLAH...
Bu gün, 17:12
Belə getsə, pivə tapılmayacaq, qiymət isə bahalaşacaq - ŞOK SƏBƏB
Bu gün, 17:06
“Dostum ad günümə kokain hədiyyə etmişdi” - TƏFƏRRÜAT
Bu gün, 17:02
15 mindən çox Qarabağ ermənisi Ermənistandan çıxdı
Bu gün, 16:58
Afət Fərmanqızıdan Zaura XƏBƏRDARLIQ - "Lazım olsa, telekanal açaram"
Bu gün, 16:57
Ukrayna heyəti ABŞ-yə yollanıb, Rusiyaya qarşı sanksiyalar müzakirə ediləcək
Bu gün, 16:53
Neftin hesabına "yaşayırıq", bir gün qiyməti qəfil düşsə... - adi təlatümlərdən asılı vəziyyətdə qala bilərik
Bu gün, 16:51
Vəzifəli şəxsin oğlu iş yerində öldü - TƏFƏRRÜAT
Bu gün, 16:49
Xanlar Ağalarov "Green Flag Award"ı necə əldə edib? - Milli Parka verilən mükafatın izi ilə
Bu gün, 16:15
Məşhur diktor aparıcıları QINADI - “Verilişə çağırdığı qonağı tanımır”
Bu gün, 16:13
"Bank of Baku"dan BİABIRÇILIQ - Müəllimə verdiyi kreditə əlavə pul hesablayıb
Bu gün, 16:09
Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ
Bu gün, 15:50
"Hicabın məcburi xarakter alması öz qüvvəsini itirib" - deputat
Bu gün, 15:48
ADSEA-nın strukturu yenidən təşkil edilə bilər
Bu gün, 15:30
İlham Əliyev Misirdə Nikol Paşinyanla ayaqüstü görüş keçirib
Bu gün, 15:22
“Söhbət yayıldı ki, guya “Qarabağ” bizə yardım edib, elə şey yoxdur”
Bu gün, 15:10
Azərbaycanda insanlar televiziyada ən çox nələrə baxırlar? - SİYAHI
Bu gün, 15:08
"Qüdrət müəllim telefon zənglərimi bloka atıb" - Deputat partiyadan çıxarılıb
Bu gün, 15:05
Şengen ölkələrinə yeni giriş qaydaları: - əlvida, pasport möhürü
Bu gün, 15:03
Benzin və dizelin bahalaşması əhalinin “cibinə” necə təsir edib? – Rəqəmlər
Bu gün, 15:01
Elçin Mirzəbəyli ilə bağlı qərar Milli Məclisdə bu rəqəmi dəyişdi - Pul da azalacaq
Bu gün, 14:58
“Köçəryandan xahiş etdim ki, məni evimə aparsınlar” – Misir Mərdanovla MÜSAHİBƏ
Bu gün, 14:54
“Bakcell” media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi
Bu gün, 14:49
Rəsmi Tehran İran-Azərbaycan-Rusiya formatının əhəmiyyətini açıqlayıb
Bu gün, 14:38
Fələstinli satqınları dəhşətli ölüm gözləyir - Tarixin ən acı ironiyası
Bu gün, 14:37
İrəvandan Zəngəzur açıqlaması - Papoyan ermənilərə söz verdi
Bu gün, 13:00
10 manatlıq şirkət 25 milyon manatlıq tenderin - QALİBİ SEÇİLDİ
Bu gün, 12:58
Polşada ər-arvad Rusiya kəşfiyyatına casusluqda ittiham edilib
Bu gün, 12:55
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
"Bircə, qız nəvəm var, kişi kimidir"
Bu gün, 12:24
Hövsanda STADİON ərazisi kimlərə satılıb? - BU NƏDİ BELƏ?
Bu gün, 12:14
Qızılın qiyməti rekord vurur, neft ucuzlaşır... – Qlobal böhran TƏHLÜKƏSİ
Bu gün, 12:07
“Bu məmurlar şəhəri bölüşdürüb satır” - Bakının memarlıq abidələri əldən gedir…
Bu gün, 12:01
Elçin Mirzəbəyli ƏHD Partiyası ilə YOLLARINI AYIRDI - AÇIQLAMA
Bu gün, 11:54
Rəsul Quliyevin övladları: Maliyyəçi, rəssam, keçmiş bank işçisi... - DETALLAR
Bu gün, 11:50
“Tik-Tok” mübahisəsi qanla bitdi: Gecə evində söhbət edib ayrıldı, 1 saat sonra geri dönüb... - TƏFƏRRÜAT
Bu gün, 11:46
Azərbaycanda 55 yaşlı qadın 20 yaşlı kişiyə ərə gedib
Bu gün, 11:34
Müdafiə Nazirliyinin tenderi niyə ləğv edildi? - DETALLAR
Bu gün, 11:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru