Macarıstan Avropa Birliyinin Ermənistana 100 milyon avro verməsini qadağan edib.
"DİA-AZ" Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Nəşr Macarıstanın “Wizz Air” aviaşirkəti ilə Ermənistan arasında əldə edilmiş razılaşma barədə yazıb:
“Nikol Paşinyan bunu “böyük nailiyyət” hesab edir. İqtisadiyyat naziri Papoyan bunun hansı iqtisadi fayda gətirəcəyini soruşduqda isə heç bir rəqəm qeyd etməyib, sadəcə, konkretləşdirmədən çox böyük faydaların olacağını bildirib.
Hökumət isə siyasi reklam üçün riskə gedib, hətta Gümrü hava limanında “Wizz Air” üçün uçuşlar açıblar, mülki aviasiyanın keçmiş rəhbəri Tatevik Revazyan bu barədə ehtiyatla danışıb. Çünki bir sıra mütəxəssislər Şirak hava limanının peşəkarlığına şübhə ilə yanaşırlar.
“Wizz Air” Macarıstan hava yolu şirkətidir. Bu il AB-yə üzv ölkələr Avropa Sülh Fondundan Ermənistana 100 milyon avro “qeyri-öldürücü hərbi yardım” ayırmaq qərarına gəlib, amma həmin Macarıstan bu qərara veto qoyub. Nəticədə Ermənistan heç nə ala bilməyib”.
Mənbə vurğulayıb ki, Macarıstanın bu qərarı Azərbaycanla yaxın və strateji münasibətlərdən irəli gəlir.