Ölkə futbolunun keçmiş flaqmanı «Neftçi» son illər mənfəətə keçə bilməyib.
"DİA-AZ" İDMAN-a istinadla xəbər verir ki, Bakı komandası 2023-2-24-cü illərdə zərərlə işləyib.
Komanda 2023-cü ildə ümumiyyətlə rekord səviyyədə - 3 milyon 516 min manat zərər etmişdi.
2024-cü ildə klub maliyyə vəziyyətini dəfələrlə yaxşılaşdırmağa nail olsa da, mənfəətə çıxa bilməyib. «Neftçi» 2024-cü ili 120 min manat xalis zərər göstəricisi ilə tamamlayıb.