İctimai nəqliyyatda qiymətlərin artırılması sərnişinlərin gündəlik xərclərinə birbaşa təsir edəcək.
Bu artımlar fonunda diqqət taksi xidmətlərinə, xüsusilə “manatlıq taksilər”ə yönəlir. Qiymət artımının taksilərə necə təsir edəcəyi isə maraq doğurur.
Bəs taksi xidmətlərində, xüsusilə “manatlıq taksilər”də qiymətlər artırılacaqmı?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, mövsüm əvvəlində taksilərdə qiymət artımı olduğu üçün hələki artım gözlənilmir:
“Düşünmürəm ki, taksilərdə qiymətlər yüksələcək, çünki yeni mövsüm başlayanda taksi qiymətləri bir qədər dəyişib, müəyyən yüksəlmələr olub. Ona görə də taksi qiymətlərinin yüksəlməsini hansısa taksi şirkətləri istəyə bilər, amma müvafiq qurumlar bununla bağlı müəyyən tədbirlər görməlidirlər ki, belə süni qiymət artımı olmasın”.