Keçən ilin əvvəlindən bəri ABŞ-dən ən azı 85 çinli alim Çindəki tədqiqat institutlarına köçüb Onların yarıdan çoxu 2025-ci ilin payına düşür.
AzVision.az xəbər verir ki, ekspertlərin rəyinə istinad edən “CNN” telekanalının məlumatına görə, “beyin” axını Ağ Evin elmə xərcləri azaltmaq və xarici kadrlar üzərində nəzarəti gücləndirmək istəyi fonunda güclənə bilər. Çin isə əksinə, innovasiyaya sərmayələri aktiv şəkildə artırır.
“Çin universitetləri və korporasiyaları xarici alimlərə yüksək maaşlar, səxavətli bonuslar və geniş imtiyazlar təklif edirlər. İqtsiadi Əəməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) hesabatına əsasən, Pekin təkcə 2023-cü ildə elmi tədqiqatlara 780 milyard dollardan çox vəsait xərcləyəcək. Bu isə, demək olar ki, ABŞ ilə bərabərləşməkdir”, - telekanal vurğulayır.
Stenford Universitetinin araşdırmasına görə, yalnız 2010-2021-ci illər arasında ABŞ-dən Çinə təxminən 12 min 500 alim köçüb.
Qeyd edək ki, bundan əvvəl “Financial Times (FT)” qəzeti amerikalı milyarder İlon Maskın yüksək tələbləri və aktiv siyasi mövqeyi fonunda son bir il ərzində onun şirkətlərindən top-menecerlərin əhəmiyyətli dərəcədə işdən getdiyini yazıb.