İnsan hüquqlarının müdafiəsində görkəmli vətəndaş cəmiyyətinin fəaliyyətini təltif edən on üçüncü Vatslav Havel İnsan Hüquqları Mükafatı ukraynalı jurnalist və hüquq müdafiəçisi Maksym Butkevyçə verilib.
Gununsesi.info xəbər verir ki, mükafat Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız plenar sessiyasının açılışı günü keçirilən xüsusi mərasimdə təqdim olunub.
Qeyd edilib ki, cənab Butkevych Zmina İnsan Hüquqları Mərkəzinin və Hromadske Radiosunun həmtəsisçisidir.
O, 2022-ci ildə Rusiya işğalının başlanğıcında Ukrayna Silahlı Qüvvələrinə könüllü olaraq xidmət edib və taqım komandiri olub.
Rusiya qüvvələri tərəfindən əsir götürülərək 13 il müddətinə azadlıqdan məhrum edilən o, 2024-cü ilin oktyabrında məhbus mübadiləsində azad edilənə qədər iki ildən çox ağır həbsə dözüb.
Bildirilib ki, o, ədalət və azadlığın müdafiəsində cəsarət və möhkəmliyin güclü simvolu olaraq qalır.
Xatırladaq ki, 2025-ci il Mükafatının iki ikincisi gürcü jurnalist Mzia Amaghlobeli və azərbaycanlı jurnalist Ülvi Həsənlidir.
Onların hər ikisi hazırda öz ölkələrində həbsdədir.
Mərasimi açan AŞPA prezidenti Teodoros Rusopulos bildirib ki, bu il qısa siyahıya alınmış hər üç namizədin jurnalist olması təsadüfi deyil”.
AŞ PA prezideni Gürcüstan və Azərbaycan hökumətlərini həbsdəki jurnalistlərin azad etməyə səsləyib.