“Kontakt Home” camaatla MƏZƏLƏNİR .....                     "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi .....                     Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! .....                     AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir .....                     "Kim 100-200 manat üçün işləməkdən imtina edər?" .....                     Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? .....                     Bu pulları dəyişsəz, itirə bilərsiniz .....                     "Arvad" sözünü dilimizdən çıxaraq? .....                     "Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" .....                     Masada 3 ssenari var: Hansı ağır gələcək? .....                     Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır .....                     Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? .....                     Rusiyadan qaçan bankir: .....                     MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi .....                     Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü .....                     Bu gün QURBAN BAYRAMIDIR... .....                     “MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                     “Vaşinqton sənədini cırıb atmayacağıq” .....                     “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi .....                     Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                     "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu .....                     MDB ölkələrinə şok mesaj: .....                     Merdən Xankəndidən köçmüş ermənilərə: .....                     ABŞ atəşkəsi pozdu, cavab verəcəyik .....                     “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat .....                     200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi .....                     Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur .....                 

Azərbaycanla Ermənistan arasında “saat əqrəbləri” bu dəfə Çində tutuşduruldu və... - Rusiyaya “sarı kart” göstərildi
Tarix: 4-09-2025, 08:49 | Çap et

Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan Ağ Evdə imzalanmış tarixi sənədlərin üstündən bir ay, Abu-Dabu görüşündən isə iki ay keçməmiş bu dəfə Çində bir araya gəldilər. “Saat əqrəbləri” indi də bu dövlətdə tutuşduruldu.

Rusiya isə növbəti dəfə “ofsaytda” saxlanıldı. Halbuki 44 günlük Vətən savaşından sonra Əliyev, Paşinyan və Putin il ərzində dəfələrlə üçlü formatda görüşmüş, birgə bəyanatlar (Moskva, Soçi) qəbul etmişdilər.

Şübhə yox ki, Əliyevlə Paşinyanın, Ərdoğanla Paşinyanın Çin danışıqları sülh prosesinə əlavə stimul verəcək. Bu kimi təmaslar, eləcə də Azərbaycan və Ermənistanın 1-ci xanımlarının ilk dəfə görüşərək birgə şəkil çəkdirməsi iki xalq arasında nə qədər çətin də olsa, etimad mühitinin yaranmasına və düşmənçilik səhifəsinin daha tez qapanmasına, barışığın əldə olunmasına yardımçı ola bilər.

Artıq böyük sülhə doğru yolda iki ən ciddi əngəldən biri aradan qalxıb. ATƏT-in Minsk Qrupu rəsmən ləğv olunub. Qalır Ermənistan Konstitusiyasına müvafiq düzəlişi edib paraflanmış sülh müqaviləsini imzalamaq, tərəflər arasında, o cümlədən Ankara və İrəvan arasında diplomatik münasibətlər qurmaq.

Təbii ki, bundan sonra bütün anti-Türk çevrələr və müharibə tərəfdarları, özəlliklə erməni lobbisi və erməni kilsəsi, habelə Ermənistanda Rusiyaya bağlı qüvvələr və rəsmi Kreml bütün güclərini məhz konstitusiya dəyişikliyinə qarşı səfərbər edəcəklər. Çünki bu, onların aranı qarışdırmaq üçün sonuncu rıçağıdır.

Bəs Moskvanın öz günahı üzündən prosesdən kənarda qalması, obrazlı desək, Çində Bakıdan “sarı kart” alması böyük sülhə hansı əngəli yarada bilər? Rusiyanın Ermənistan əhalisini Paşinyana qarşı qaldırmaq potensialı nə dərəcədə ciddidir?

Siyasi ekspert Züriyə Qarayevanın sözlərinə görə, Rusiyanın müdaxilə imkanları tükənir. Onun fikrincə, sonuncu istinad nöqtəsi üçtərəfli sazişdir, Bakı və İrəvan onun qüvvədən düşdüyünü birgə bəyanatla elan edə bilər. Z.Qarayeva hesab edir ki, Çində üçtərəfli görüşün olmayacağı da gözlənilən idi: “İlk növbədə Azərbaycan-Rusiya münasibətləri pisləşib. İkincisi, belə bir formatda görüşə ehtiyac yox idi, çünki tərəflər sülh mətnini paraflayıblar. Yəni Rusiyanın iştirakı ilə müzakirə ediləcək mövzular yalnız əməkdaşlıq sahələri ola bilərdi. Əgər Moskva Bakı ilə İrəvan arasında hər hansı mövzuda vasitəçilik etməyə həvəslənibsə, buna zərurət qalmayıb. Bu mənada Rusiyanın sonuncu bəhanəsini də əlindən almaq lazımdır. Söhbət 10 noyabr sənədindən gedir. Bu günlərdə Paşinyanın sözlərinə Zaxarova cavab verdi ki, üçtərəfli saziş qüvvədə qalır. İndi buna cavab olaraq hər iki tərəf bəyannamədən çıxdığını bildirməlidirlər. Mənim gözləntim budur ki, belə bir qərar olacaq. Ondan sonra Rusiyanın regiondakı məsələlərə qarışmağa imkanı olmayacaq”.

Z.Qarayeva hesab edir ki, Cənubi Qafqaz yeni dövrə daxil olur və böyük dəyişikliklər olacaq: “Artıq nəqliyyat kommunikasiyalarının açılması qaçılmazdır. Çinin də bu layihələrə böyük marağı var. Belə olan halda, Rusiya köhnə narrativlərlə siyasət yürüdə bilməz. Bölgədə onun qalması üçün yeganə yolu Azərbaycan və Ermənistanla əməkdaşlıqdır. Əgər imperiya zehniyyəti ilə yaşamağa davam etsə, bu ölkələri özündən kiçik görsə, Rusiya təzyiq yolları ilə heç nə edə bilməyəcək”.

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev Rusiyanın Ermənistanda inqilab potensialı olmadığını düşünür. Onun fikrincə, yalnız hərbi çevrilişə əl ata bilər ki, bu da real görünmür: “Ona görə əhalini Paşinyanın üstünə qaldırmaq çətindir. Rusiyanın müxtəlif ssenariləri ola bilər, sadəcə, Ermənistan hakimiyyəti ilə münasibətlər indi əvvəlki qədər gərgin deyil. Hətta Paşinyan Rusiyanı "qardaş ölkə" adlandırdı. Burada Azərbaycan-Rusiya əlaqələrinin korlanmasından sui-istifadə elementi də var. Ancaq bütün hallarda, Bakı və İrəvan əsas məsələləri həll ediblər. Yekun sülh müqaviləsi üçün konstitusiya dəyişikliyi olmalıdır. Məncə, Ermənistan buna da gedəcək. Yəni işi yarımçıq qoymaq olmaz. Bundan sonra Rusiyanın regionda araqarışdıranlıq etməsi üçün bütün alətlər əlindən çıxacaq. Hazırda Moskva proseslərə müdaxilə edə bilmir. Çünki Ukrayna müharibəsi onu strateji cəhətdən xeyli dərəcədə zəiflədib. Bu da ciddi şəkildə təsirlərini göstərməkdədir. Artıq Cənubi Qafqazda Rusiya mövqeyini itirib. Duqin də etiraf etdi ki, bölgədən çıxarılıblar. Ona görə də Çində Azərbaycan və Ermənistan liderləri öz təşəbbüsü ilə görüşdülər, vasitəçiyə ehtiyac qalmadı. Putinin iştirakı ilə üçtərəfli görüşə ehtiyac da yox idi". 

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın 10 noyabr üçtərəfli bəyanat barədə dediklərinə münasibət bildirib. Zaxarova keçirdiyi brifinqdə Paşinyanın bəyanatını “nitq fiquru” adlandırıb. Zaxarova qeyd edib ki, 2020-2022-ci illərin üçtərəfli razılaşmaları aktual olaraq qalır, tərəflərdən heç biri onlardan çıxmayıb, bu barədə sənədlər də mövcud deyil. Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının qüvvədən düşdüyünü bildirib. Ermənistan lideri deyib ki, “noyabrın 9-na qayıtmağa ehtiyac yoxdur”. “9 noyabr 9 noyabrda qaldı”, - Paşinyan əlavə edib.

“Yeni Müsavat” 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
"Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25
Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17
"Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13
Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09
Bu pulları dəyişsəz, itirə bilərsiniz – Gözlənilməz problem yarandı
Bu gün, 06:02
"Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Bu gün, 06:00
"Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" - GƏLİŞMƏ
Bu gün, 05:58
Masada 3 ssenari var: Hansı ağır gələcək? - İNCƏLƏMƏ
Bu gün, 05:55
Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır - AMMA...
Bu gün, 05:53
Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:51
Rusiyadan qaçan bankir: - “Hamı onun ölümünü gözləyir”
Bu gün, 05:48
MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi - TƏFƏRRÜAT
Bu gün, 05:44
Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
Bu gün, 05:38
Bu gün QURBAN BAYRAMIDIR... - QUTLU OLSUN!
Bu gün, 05:32
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Dünən, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Dünən, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Dünən, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Dünən, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Dünən, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Dünən, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Dünən, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Dünən, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Dünən, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Dünən, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Dünən, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Dünən, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Dünən, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Dünən, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Dünən, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Dünən, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Dünən, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Dünən, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Dünən, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Dünən, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Dünən, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Dünən, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Dünən, 15:37
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Dünən, 15:33
"Gazelli Group" yenidən təşkil olunur
Dünən, 15:31
“Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Dünən, 15:15
Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Dünən, 15:10
"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 15:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru