Azərbaycan Prezidentinin keçmiş köməkçisi, tanınmış politoloq Eldar Namazov Kino Agentliyində fəaliyyət göstərəcək.
Qaynarinfo xəbər verir ki, politoloqun adı agentliyin tərkibindəki Seçim Komissiyasına daxil edilib.
Eldar Namazov Seçim Komissiyasının 8 üzvündən biridir.
Qeyd edək ki, Seçim Komissiyasının üzvlərinə 4000 manat məbləğində ödəniş edilir.
Komissiyanın üzvləri:
1. Mərdan Orxan Şiruyyə oglu;
2. Bedelov Nadir Xadmətulla oğlu;
3. Qasımov İlham Zakir oğlu;
4. Şeyxov Yusuf Mansur oğlu;
5. Zəki Mehriban Mürvət qızı;
6. Paşayev İlqar Əli Abbas oğlu;
7. Orucov Yunis Qurbanəli oğlu;
8. Namazov Eldar Saqif oğlu.